Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər Günü ərəfəsində geniş auditoriyaya təqdim olunacaq. Bu barədə "Bakı-Xəbər"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, təqdimat mərasimi cari ilin noyabr ayının 5-də saat 19.00-da Heydər Əliyev Sarayında baş tutacaq.
İradə SARIYEVA