çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Mədəniyyətimizin dünya təbliğində nisbətən zəif yerimiz - müstəqillik dövrü kinomuzun problemləri…

Image


Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə uzun illərdir başlanılsa da, hələ də mədəniyyətin, incəsənətin elə vacib sahələri, istiqamətlər var ki, biz onları dünyaya lazımı səviyyədə təqdim edə bilməmişik.

Məsələn, elə götürək kinonu. Azərbaycan kinosunun dünya kino arenasına çıxışı o qədər dar və məhduddur ki, bir-iki istisnanı nəzərə almasaq, bizim filmlər dünyada tanınmır. Nəinki dünyada, hətta yaxın ölkələrdə, Türk dünyasında belə filmlərimizin təbliğatı çox zəifdir. Azərbaycan kinosunun dünyaya çıxışı zəif olduğu kimi, müxtəlif kateqoriyalı film festivallarında elə də böyük uğur qazana bilmir.  Bunun səbəbi əlbəttə, filmlərimizin zəif olması ilə bağlı deyil, əksinə bizim kifayət qədər maraqlı filmlərimiz var. Qətiyyən o iddiada da deyilik ki, Azərbaycanda dünya çapına çıxacaq film çəkmək üçün rejissor yoxdur, əksinə, var.

  • Niyə biz beynəlxalq kino festivallarında söz sahibi ola bilmirik?

Azərbaycan kinosunun dünyaya çıxışına mane olan amillərin çox olduğu deyilir. Ekspertlər hesab edir ki, kinomuzu dünyaya çıxarmaq üçün müxtəlif şərtlərə əməl etməliyik. Yəni dünya kinosunun, kino bazarının öz şərtləri var, biz də o şərtlər daxilində addımlar atmalıyıq. Son 30 ildə biz bu addımı ata bilməmişik. İndiyə qədər nə beynəlxalq Kann Festivalında bir yer qazana bilmişik, nə də “Oskar”ımız var. Əslində, kinonun irəliləməsi üçün bütün vacib şərtlərə əməl edilməlidir, bu sahədə xarici kino şirkətləri ilə işbirliyi olmalıdır. Azərbaycan kinosunda peşəkarlar çoxdur,  sadəcə, o peşəkarların yolunu açmaq, işlərinə dəstək vermək lazımdır. Bir də, təbii ki, burada lobbiçiliyin də rolu çox olmalıdır…Azərbaycan filmləri beynəlxalq festivallara qatılır, insafən müxtəlif kateqoriyalı festivallarda ödüllər də qazanır, amma bununla da iş bitir. Azərbaycan kinosu beynəlxalq kino festivallarında aparıcı qüvvə rolunu oynamalıdır. Çünki bizim filmlər nə ideya, nə bədiilik, nə aktyor oyunu, nə də texniki cəhətdən zəifdir. Sadəcə olaraq bizim lobbiçiliyimiz zəifdir. Azərbaycanın beynəlxalq festivallarda söz sahibi olması çox vacibdir. Ekspertlər hesab edir ki, Azərbaycan AVROMAŞ-ın üzvü olmalıdır, yalnız bundan sonra kinomuzun beynəlxalq aləmə yolu açıla bilər. Mədəniyyət Nazirliyi kino sahəsi ilə bağlı bir sıra işlərə start verib, o cümlədən də Kino Agentliyinin yaradılacağını bəyan edir. Amma hələ Kino Agentliyi yaradılmayıb. Belə bir qurumu 30 il əvvəl də yaratmaq olardı, amma yaradılmadı ki, Azərbaycan kinosunu beynəlxalq aləmə daşımaq asan olsun.

  • “Bu mövzularda film çəkib dünya arenasına rahatca çıxarmaq olar”

Aktyor Faiq Mirzəyev mövzuya maraqlı bir şərh verib: “Deməzdim ki, Azərbaycanda yaxşı filmlərin çəkilməyi üçün istedadlı aktyorlarımız, yaxud da pul yoxdur. Belə bir sual çıxır ortaya ki, məgər çəkilən savadsız, mənasız, duzsuz filmlərə pul xərclənmir? Həmin filmlərdə istedadlı aktyorlar da var, Hollivud, Bollivud, İran və Türk filmlərinə ayrılan pul qədər də olmasa da, o filmlərə yaxşı pul ayrılır. Bu problemin kökündə başqa səbəblər dayanır. Dünya arenasına çıxmaq üçün məhəllə kütləsinin zövqünə yox, daha bəşəri mətləblərə toxuna biləcək rejissor, ssenarist lazımdır ki, ətrafına istedadlı aktyorları yığsın və o filmə nə qədər lazımdırsa, o qədər də pul ayrılsın. Belə olsa, filmlərimiz dünya arenasına çıxacaq. Yoxsa, "3 badam 1 qoz” mövzularla, məhəllə mövzuları ilə, qurşaqdan aşağı söyüşlərlə, yaradıcı heyətdə olan birinin yaşadığı primitiv sevgi macəraları ilə, heyətdəki adamların aralarındakı zarafatlardan əmələ gələn ssenarilərlə alınmayacaq. Dünya qloballaşır, rejissor, ssenarist sənəti də qloballaşır, onlar dünyada nələrin baş verdiyini, dünyanı nələrin maraqlandırdığını bilməlidirlər.

Məsələn, deyirik ki, "Sarı gəlin”i ermənilər oğurladı. Bəs yaxşı, bugünə kimi niyə bu mövzuda bir film çəkilməyib? Yaxud da Fransada vəfat etmiş milyonçu Mirzə Əsədullayevin qızı, Musa Nağıyevin nəvəsi, mütərəqqi fikirli bir xanım Ümbülbanu (Banin) haqqında bir film çəkilməyib. Bu mövzularda film çəkib dünya arenasına rahatca çıxarmaq olar”.

  • Türk dünyasının vahid kino mərkəzi yaradılsın...

Azərbaycanda olan kino mütəxəssisləri deyir ki, bu sahədə hər şey sıfırdan başlamalıdır. Onlar hesab edir ki, xarici kino şirkətlərini Azərbaycana dəvət etmək lazımdır. Postsovet ölkələrinin əksəriyyətinin kinosunun dünyaya çıxışını tezləşdirən xarici kino kompaniyaları ilə çəkdikləri müştərək filmlərdir. Ekspertlərin fikrincə, Azərbaycan beynəlxalq aləmə çıxmaq üçün müştərək layihələrdə iştirak etməlidir, amma bizdə beynəlxalq müştərək kino layihələrinə maraq elə də yüksək deyil. Ekspertlərin fikrincə, Azərbaycan AVROMAŞ-a üzv olandan sonra artıq bizim beynəlxalq aləmdə kinomuzun təbliğinə heç bir əngəl qalmayacaq. Bu təşkilata üzvlük həm də bizim kinomuza sərmayələrin yatırılmasına şərait yaradacaq. Azərbaycan kinosunun beynəlxalq əlaqələrinin gücləndirilməsi üçün xeyli işlər də görülməlidir. Ən vacibi isə kinoprokatdır ki, bizim filmlərimizin çox cüzi hissəsini kinoprokatda görə bilərik. Dünyanın çox az ölkəsində Azərbaycan kinosunu tanıyırlar. Acı da olsa deyək ki, heç Türk dünyasında bizim kino tanınmır. İstanbulda Türk Şurasının mediaforumu keçirilərkən mövzulardan biri kino və serial sahəsində əlaqələrin qurulması idi. Hətta orada belə təşəbbüslər də olub ki, Türk dünyasının vahid kino mərkəzi yaradılsın və burada kino çəkilişləri, müşrərək layihələr, habelə kinonun təbliği həyata keçirilsin. Əslində, bu da maraqlı ideyadır, həyata keçərsə bu sahədə çox yeniliklərə, inkişafa imza ata bilərik. Əlbəttə, Azərbaycan kinosu beynəlxalq aləmdə tanıdılmalı, festivallarda yüksək ödüllər almalıdır...Bunun üçün isə qarşıda duran çox böyük çətinlikləri aşmalıyıq.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ