Cyprus Post-un da köşə yazarı olan yazıçı və rejissor Ferhat Atik bu dəfə sənədli filmi ilə yenidən gündəmdədir...
22 ölkənin təmsilçiliyi ilə yaradılmış "XXI əsrin insanlıq forumu"nun 3 ildir prezidenti olan Ferhat Atikin "Miqrasiya Psixologiyası" sənədli filmi indi də Birləşmiş Millətlər Təşkilatı tərəfindən ekranlaşdırılır.
Onun yazdığı kitablar Türkiyə, İngiltərə və ABŞ-da bestsellerlər siyahısına düşüb, Türkiyədə Ədəbiyyat Mükafatını qazanıb. Hazırda isə "Öz Divanında Psixoanalitik" kitabı ən yaxşı kitab nominasiyasında seçilən Ferhat Atikin "Köç Psixologiyası" sənədli filmi Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən ekranlaşdılır. İlk nümayiş 2021-ci il noyabrın 28-dən dekabrın 18-dək Küveytdə keçiriləcək.
Layihənin prodüseri və rejissoru olan Ferhat Atikin bu sənədli filmi 5 dəfə Nobel mükafatına namizəd göstərilən Sigorney mükafatı laureatı, dünya şöhrətli Kipr türk professoru, doktor Vamık C. Volkanın 70 illik peşəkar köç psixologiyası təlimindən bəhs edir.
Bu əsərləri ilə dünya şöhrəti qazanan və yarım milyondan çox kitab satışı ilə ölkəsinin ən çox kitabı satılan müəllifi olmuş Ferhat Atikin iki yeni kitabı da oxucularla görüşünü gözləyir. Bunlardan birincisi Yeni il qabağı piştaxtalarda yerini almaq üçün öz növbəsini gözləyən əfsanəvi Afrika lideri Nelson Mandelanın tərcümeyi-halıdır. Ferhat Atik bu əsərləri ilə bir tərəfdən Dünya Bioqraflar Dərnəyinin tam üzvü, digər tərəfdən isə PEN Beynəlxalq Dünya Yazarlar Birliyinin üzvlüyü ilə nadir türk yazarlarından biri sayılır.
Müəllifin İngiltərədəki Phonix nəşriyyatında nəşr olunan “Öz divanında Psixoanalitik” kitabı isə avqust ayında “Journal of the American Psychoanalytic Association” jurnalında akademik olaraq qiymətləndirilib və bu barədə beynəlxalq məqalə dərc edilib.
SAMİRƏ