çərşənbə günü, 30 sentyabr 2026
     

Əlimizdəki “Koroğlu” dastanını Təbrizyan deyilən erməni yazıb?

Image


Koroğlu xalq qəhrəmanı kimi tariximizə düşüb. Xalq qəhrəmanı Koroğlunun şücaətindən bəhs edən “Koroğlu” dastanı Azərbaycan qəhrəmanlıq eposları arasında xüsusi fərqlənir. Mütəxəssislər deyir ki, “Koroğlu” dastanı xalqımızın mübarizələrlə dolu tarixi ilə bağlı qəhrəmanlıq eposudur.

Folklor alimləri deyir ki, bu eposda təsvir edilən hadisə və surətlər xalqımızın XVI-XVII əsrlər həyatı ilə yaxından səsləşir, daha dəqiq desək, eposdakı qəhrəmanlıq tarixi XVI əsrin sonu, XVII əsrin əwəllərində Azərbaycan və Türkiyə ərazisində meydana çıxan Cəlalilər hərəkatı ilə əlaqələndirilir. “Koroğlu” dastanı 18 qoldan ibarətdir.

“Koroğlu” dastanlarının xalqımızın dilində əzbər olduğu, Koroğlunun gerçək tarixi qəhrəman kimi sevildiyi bir dövrdə qeyri-mütəxəssislər tərəfindən bəzi iddialar səsləndirilir. Bəziləri çıxıb  “Koroğlu” dastanının 12 variantından danışıb və iddia ediblər ki, guya əlimizdə olan Koroğlu obrazını hansısa erməni Təbrizyan yaradıb.

Təbrizyan kimdir ki, bizim xalqımızın tarixi qəhrəmanının obrazını yaratsın?

  • “Hər kəs öz bildiyi işlə məşğul olsa yaxşı olar”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklorşünaslıq İnstitutunun Aşıq sənəti şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, “Koroğlu” dastanı Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır və onun hansısa bir Təbrizyanla əlaqəsi yoxdur. Bunun uydurma olduğunu vurğulayan E.Məmmədlinin sözlərinə görə, dünyada “Koroğlu”nun tədqiqatı, tərcüməsi, nəşri ilə məşğul olan bir sıra mütəxəssislər olub, indi də var. Onların heç biri hansısa Arakel Təbrizyana istinad etməyib. “Çox təəssüflər olsun ki, mütəxəssislər kənarda qalır, qeyri-peşəkarlar onların sahəsinə aid olmayan məsələlərlə bağlı fikir yürüdürlər, iddialar irəli sürürlər. “Koroğlu” dastanı bizə aşıqlarımızın dilindən gəlib çatıb. Odur ki, “Koroğlu” dastanının qolları, Koroğlu obrazı ilə bağlı bu iddialar tam olaraq əsassızdır. Hər kəs öz bildiyi işlə məşğul olsa yaxşı olar. “Koroğlu” ilə AMEA, AMEA-nın Folklor və digər aidiyyəti institutları, eposşünaslar və sair məşğul olur. Koroğlu obrazını Arakel Təbrizyanın yaratdığı barədə iddialar tamamilə əsassızdır və yalandır, Koroğlu obrazını bizə aşıqlarımız təqdim edib, tanıdıb, sevdirib.  

“Koroğlu” variantlarının Azərbaycan aşıqlarının dilindən qələmə alındığını deyən E.Məmmədlinin bildirdiyinə görə, Məmmədhüseyn Təhmasib, Fərhad Fərhadov, Paşa Əfəndiyev, Xalıq Koroğlu (Moskva) və başqa görkəmli alimlər “Koroğlu”şünaslıqla məşğul olublar. Bu sahədə mütəxəssislərin sözünün əsas olduğunu deyən E.Məmmədli bildirdi ki,  xalq qəhrəmanları, tarixi şəxsiyyətlər haqqında bu cür əsassız iddiaların irəli sürülməsi, hansısa bir Təbrizyanın gündəmə gətirilməsi yolverilməzdir. O qeyd etdi ki, indiyə qədər “Koroğlu”nun bütün bəlli qolları çap olunub və bu barədə ictimaiyyətə məlumat verilib.

Qeyd edək ki, “Koroğli” eposunun bir neçə nüsxəsi var. Tanınmış polyak şərqşünası, şair və dilmancı Aleksandr Xodzko Cənubi Azərbaycandan Avropaya apardığı “Koroğlu” dastanının əlyazmasını Hacı Mirzə İsgəndərin təşəbbüsü ilə ingilis dilinə çevirib Londonda dərc etdirməklə (1842) eposun tarixində silinməz bir iz qoyub. Dastanın söyləyicisi Aşıq Sadıq adı ilə ün qazanmış Sadıq bəy olub. Dastanı Mirzə Əbdülvahab qələmə alıb, Mirzə İsgəndərin nökər və qulluqçuları — Mirzə Mehdi Gilani, Həzrətqulu bəy və Yaqub bəy isə bu işə şahidlik ediblər. Qələmə alınma tarixi: çərşənbə günü, rəbiüləvvəl ayının 15-i, hicri-qəməri 1250-ci il. Əlyazmanın müəllifindən soraq verən son qeyd isə belədir:

"Bu nüsxəni əvvəldən axıra qədər Mahmud xan Dünbüli Dircuy toplamışdır. Mətn düzgündür, lakin türki rəsmül-xəttində bir neçə səhv gedibdir. Ulu Mirzə İsgəndər bunu qeyd etsə də, onları düzəltməyə fürsət olmadı."

Bu nəşr bir il sonra O.Volfun tərcüməsində alman oxucularına da çatdırılıb. Yenə həmin ildə Jorj Sandın "Koroğlunun sərgüzəşt və improvizasiyaları"nı A.Xodzkonun nəsrindən tərcümə edərək "Müstəqil icmal" jurnalında, 1853-cü ildə isə oğlu Moris Sandın illustrasiyaları ilə ayrıca kitab şəklində çap etdirməsi eposun Avropada daha geniş vüsət almasına təkan verib. London nəsrinin S. S. Penninin tərcüməsi ilə rus dilindəki çapı (Tiflis, 1856) isə eposa daha böyük oxucu auditoriyası qazandırıb.

“Koroğlu”nun Tiflis nüsxəsi də var. Mütəxəssislərin verdiyi məlumata görə, 1967-ci ildə gürcü L. G.Çlaidze Tiflisdəki Əlyazmalar İnstitutunda "Koroğlu" dastanının unikal nüsxəsini tapır. Tiflis nüsxəsi dastan nüsxələri içində ən qədimidir: nüsxədə su işarələri var — bu da əlyazmanın 1856-cı ildə yazılıdığına işarə edir. Mətnin quruluşu, stili və dilin özəllikləri isə onun 80–100 il əvvəl yazıldığını və 1856-ci ildə günümüzə gəlib çatmayan əlyazmadan köçürüldüyünü sübut edir.

Təbriz nüsxəsindən fərqli olaraq, burada Koroğlu Bolu bəyə qarşı deyil, səfəvi şahı I Şah Abbasa qarşı savaşır. Osmanlı canişini Bolu bəyə gəlincə, o, Koroğlunun dostu kimi təsvir olunur. Ən əsası isə, bu nüsxədə Koroğlunun əslən türk cəlali tayfasından olduğu bildirilir.

Paris nüsxəsinə gəlincə, burada maraqlı məqamlar var. Paris nüsxəsinin adı Aleksandr Xodzkonun adı ilə bağlıdır.A.Xodsko bu nüsxəni Cənubi Azərbaycandan Avropaya aparıb və 1842-ci ildə ingilis dilinə tərcümə etdirərək çap edib. O, dastanın 13 qolunu toplayıb nəşr etdirir. Bu nüsxədə bəzi çatışmayan xüsusiyyətlər var. Burada Koroğlu obrazı qaçaq-quldur adlandırılır. A.Xodskoya görə, əsasən Şimali İran və Xəzərətrafı torpaqlarda yayılan bu poetik söz-sənət abidəsi həmin bölgənin sakinlərinə məxsusdur. Dastanın söyləyəni Aşıq Sadıq adı ilə şöhrət qazanmış Sadıq bəy olub. Bu nüsxəni Mahmud bəy Dünbuli Dircuy toplayıb.

Göründüyü kimi, bu nüsxələrin heç birində Təbrizyan adlı bir kimsənin adı çəkilmir. Bunları ona görə təqdim etdik ki, oxucularınız Koroğlunun bizim xalq qəhrəmanı olduğunu və dastanın qollarının aşıqların dilindən qələmə alındığını bilsinlər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ