Bazar günü günü, 29 noyabr 2026
     

Erməni saxtakarlığına qarşı toponimçi Azərbaycan alimlərinin mübarizəsi...

Image


Ermənilərin azərbaycanlılara, türklərə qarşı həyata keçirdiyi hərtərəfli diskriminasiya siyasəti xalqımızın taleyində, həyatında ağrılı məqamlardır. Bir xalqın digər xalqa qarşı törətdiyi cinayətlər həddini aşırsa, onda cinayət törədən mütləq mənada cəzalandırılmalıdır. Amma hələ torpaqlarımızı işğal edən, soydaşlarımızı öz dədə-baba yurdlarından didərgin salan, toponimlərimizi saxtalaşdıran ermənilər öz cəzasını almayıb.
Qəzetimizin ötən sayında Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Nazim Mustafanın ermənilər tərəfindən saxtalaşdırılan Azərbaycan toponimləri haqqında fikirlərinə istinad etmişdik. Mövzunu davam etdirdiyimizdən, yenə də elmi işçinin qeydlərindən istifadə edəcəyik. N.Mustafa qeyd edir ki, Ermənistan Dövlət Daşınmaz Əmlakin Kadastrı Komitəsinin verdiyi məlumata görə, 2007-ci ildə yerdə qalan 21 yaşayış məntəqəsinin adının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılıb: "Lakin Ermənistan ərazisində hidronimlərin (çay, göl, şəlalə, bulaq və s.) və oronimlərin (dağ, təpə, dərə, aşırım, düzənlik və s.) adlarının dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilib. Bu qəbildən olan bir qisim toponimlər 1961-ci ildə Ermənistan SSR-in ilk "Atlas"ının buraxılmasına qədər dəyişdirilib. Məsələn, Göyçə gölünü "Sevan", Zəngi çayını "Hrazdan", Arpaçayı "Axuryan", Ələyəz dağını "Araqats", İşığlı dağını "İşxanasar", Ağbaba dağını "Qukasyan", Dərəçiçək yaylağını "Saxkadzor" adlandırıblar və s.".
Onun bildirdiyinə görə, uydurma "Böyük Ermənistan" iddiasını gerçəkləşdirmək üçün ermənilər tarixi saxtalaşdırmaq ənənəsini davam etdirir: "Tarixi Azərbaycan torpaqlarında XX əsrin sonlarında müstəqil Ermənistan dövləti qurulduqdan və Dağlıq Qarabağ və onun ətraf rayonları işğal edildikdən sonra Azərbaycanın işğal olunmuş ərazilərində addəyişmə əməliyyatlarına başlanıb. Son dövrlərdə İrəvanda çap edilən xəritələrdə həm işğal olunmuş ərazilər və Dağlıq Qarabağ Ermənistanın xəritəsinə salınır. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Ali Soveti Rəyasət Heyəti"nin qərarları ilə işğal olunmuş ərazilərdə yeni inzibati-ərazi vahidləri yaradılır və "tarixi adların qaytarılması" adı altında toponimlər dəyişdirilir. Qondarma "DQR"in "Ali Soveti"nin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılıb və rayon mərkəzi kimi Laçın şəhərinin adı dəyişdirilərək "Berdzor" adlandırılıb. Xocalı rayonu və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun, Füzuli və Cəbrayıl rayonlarının işğal altında olan əraziləri "Hadrut" rayonunun ərazisi kimi göstərilir. Son vaxtadək qondarma "DQR"in "Ali Soveti Rəyasət Heyəti"nin qərarları ilə 120-dən artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilib. Ağdam şəhəri "Akn", Füzuli şəhəri "Varanda", Zəngilan şəhəri "Kovsakan", Qubadlı şəhəri "Sanasar", Kəlbəcər şəhəri "Karvacar", Cəbrayıl şəhəri "Crakan" adlandırılıb. Dünyanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri onun işğal planını hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə "İvanyan" adlandırılıb.
2009-cu ildə İrəvanda "Tiqran Mec" nəşriyyatında 336 səhifə həcmində erməni, rus və ingilis dillərində A4 formatında rəngli kitab-albom çap edilib. 12 fəsildən ibarət olan alboma tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan Respublikası, Gürcüstan, Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin ərazisində mövcud olan 1116 tarixi abidənin şəkilləri daxil edilib. Kitab mifik "Böyük Ermənistan" ("Kiçik Hayk" və "Böyük Hayk") ərazisini, təqribən 430 min kv.km. ərazini əhatə edir. Həmin şəkillərin yalnız təqribən 6 faizi müasir Ermənistan Respublikasının ərazisindədir. İşğal ərazisindəki Murov dağının adı "Mrav", Ziyarət dağının adı isə "Dizapayt", Kəpəz dağının adı "Alqarak" (səh. 22-23) kimi verilib. Göygölün adı "Kaputan" kimi verilir. Tərtər çayı "Trtu"), Quruçay "İşxanaget" kimi oxuculara təqdim edilir. Ağdam rayonunda Xaçınçayın sahilində yerləşən "Şahbulaq qıfılı" memarlıq abidəsi "Tiqranakert" kimi təqdim edilir. Halbuki, erməni tarixçiləri bir zamanlar "Tiqranakert"i Şərqi Anadoluda lokalizə etmişdilər.
Erməni saxtakarlığı İrəvanda çap edilən "Ermənistanın milli atlası" ikicildliyində son həddə çatdırılıb. 230 səhifə həcmində Milli Atlasın birinci cildinə 65 saxta xəritə daxil edilib. 260 səhifə həcmində Milli Atlasın ikinci cildi 2009-cu ildə çap edilib. Bu cildə indiki Ermənistan Respublikasını, qondarma "DQR"i və erməni diasporunun yaşadığı əraziləri əhatə edən 220 xəritə daxil edilib. Bu xəritələrdə azərbaycanlılara məxsus bütün toponimlər mədəni terrora və linqvistik soyqırıma məruz qoyulub.
Lakin diqqətçəkən bir məqam ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər indinin özündə də yer-yurd adlarını elə əvvəlki adları ilə - yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırırlar...". Bəllidir ki, ermənilər öz saxta xəritələrini daha çox beynəlxalq tədbirlərdə və xarici ölkələrdə təşkil olunan sərgilərdə, konsertlərdə nümayiş etdirir. Erməni saxtakarlığı səngimək əvəzinə günü-gündən şiddətlənir. Bütün türk mənşəli toponimləri erməniləşdiriblər. Köhnə xəritələri qətiyyən üzə çıxarmırlar. Şovinist alimlərinin tərtib etdiyi qondarma xəritələrlə xaricilərin başını qatırlar. Guya ki, müasir Ermənistan ərazisində ermənilər yerli, türklər isə gəlmə xalqdır. Bu birbaşa cinayətdir. Türklər ora sonra gəlibsə, bəs necə olur ki, qədim və orta əsrlər, eləcə də sonrakı dövrlərdə burada türk dövlətləri, xanlıqları, bəylərbəylikləri mövcud olub? Bu sualı ona görə onlara verən yoxdur ki, onların tərtib edib xaricilərə payladıqları xəritələr son illər çəkilib. Orada heç bir qədimlik, orijinallıq çalarları yoxdur. Ermənilər öz saxtakarlıqlarını yayır. Biz isə son illər öz həqiqətimizi yaymağa başladıq. O vaxt bəzi türkçü alimlər gedib indiki Ermənistan ərazisində türk toponimlərini toplayanda onlar burada həmkarlarının qınağı ilə üzləşirdi. İndi görürük ki, bu alimlər o toponimləri toplamaqla çox böyük iş görüblər. Qədim türk yurdu Qərbi Azərbaycanda bizim Göyçə, Qaraqoyunlu, Vedibasar, Sisiyan, Gümrü, İrəvan, Cəlaloğlu, Qarakilsə, Hamamlı, Dərəçiçək, Baranı, Qafan və başqa rayonlarımız, mahallarımız qaldı. Elə gözəl dəyərlərimizi o yerlərdə qoyub gəldik ki, o itkilər hər birimizi yandırır. Müasir Ermənistan ərazisində qalan böyük ellərimizdən biri də mənəviyyatımızın və tariximizin müqəddəs ünvanlarından olan Dərələyəz mahalıdır. Ağrılı haldır ki, ermənilər bu ulu türk yurduna da biganə qalmayıb. Belə ki, Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünüb. Dərələyəz mahalının adı isə dəyişdirilərək Ayotsdzor qoyulub. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi türk toponimi olaraq orta əsrlərdən mövcuddur. Həmin dövrdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə edən mahal XVIII yüzilliyin əvvəllərində Osmanlı dövlətinin idarəsi altında olan Naxçıvan sancağının 14 nahiyəsindən biri olub. Dərələyəz Azərbaycan yurdu kimi tarixdə öz sözünü hər zaman deyib. Onun toponimləri, yer-yurd adları nə qədər dəyişdirilsə də, yaddaşlardan, tarix kitablarından, xəritələrdən türk mənşəli adları silmək mümkün olmayacaq.
Milli tarixişünaslıq elmimizin formalaşmasında əslən Qərbi Azərbaycandan olan elm fədailərinin, ictimai-siyasi xadimlərin böyük rolu olub. Tarixi mədəniyyətimizin nümunəsi olan türk mənşəli adların tam siyahısı alimlərimizin əlindədir. Demək olar ki, bir dənə də olsun məlumat kənarda qalmayıb. Qərbi Azərbaycandakı türk mənşəli toponimlərin hələ sovet dövründən toplanması və tədqiqi ilə məşğul olan hər kəsə minnətdarlıq edirik. Burada mərhum coğrafiyaçı alim Sitarə xanım Mirmahmudovanın əməyini xüsusi vurğulamaq istəyirik. Onun topladığı toponimlər çox gərəklidir. Biz bu faktlarla ermənilərə tutarlı cavablar veririk, bundan sonra da verəcəyik. Rəhmətlik akademik Budaq Budaqovun da bu sahədə apardığı tədqiqatların misli yoxdur. Akademik də öz araşdırmaları ilə erməni saxtakarlığını ifşa edə bilib.
Onu da xatırladaq ki, erməniləşdirilmiş Azərbaycan (türk) mənşəli toponimlərlə bağlı Azərbaycanın görkəmli elm ocaqlarının hər birində işlər görülür. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun gördüyü iş daha geniş miqyası əhatə edir. Bəllidir ki, İnstitut Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməniləşdirilərək dəyişdirilməsinə dair geniş araşdırma aparıb. Bu İnstitutun direktoru Ramiz Məmmədov dəfələrlə bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməni toponimləri ilə dəyişdirilməsinə dair araşdırmalar aparılıb. İnstitut əməkdaşlarının əldə etdiyi məlumatlara görə, Azərbaycan (türk) mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb. R.Məmmədov bu barədə yerli mətbuata bildirib: "Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən 277 coğrafi ad erməniləşdirilərək dəyişdirilib". R. Məmmədov onu da bildirib ki, Coğrafiya İnstitutunun bir qrup əməkdaşı tərəfindən Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərinin toponimiyasına aid Xəritəçəkmə və Torpaq Komitəsinin tərtib etdiyi siyahıdan istifadə etməklə də araşdırmalar aparılıb: "Müəyyən edilib ki, Ermənistan tərəfindən Azərbaycan (türk) toponimlərinin saxtakarlıqla dəyişdirilməsini və müxtəlif üsullarla uydurma erməni adları ilə əvəz edilməsi bir neçə üsulla baş verib: 1. Azərbaycan (türk) mənşəli toponimlərin bütövlüklə erməni adları ilə əvəz edilməsi; 2. Keçmiş sovet dövründə dəyişdirilən bəzi toponimlərin erməni yazılış variantının saxlanması; 3. İşğal altında olan ərazilərin toponimlərindən başqa respublikanın digər yer adlarına təcavüz edilərək təhrif edilməklə qismən dəyişdirilmiş toponimlər; 4. Kalka (hərfi tərcümə) nəticəsində dəyişdirilmiş adlar: 5. Bəzi fonetik dəyişdirilməyə məruz qalmaqla hazırda mövcud olduğu kimi saxlanan toponimlər.
Azərbaycan xalqına məxsus torpaqların, ərazilərin işğal edilməsi, maddi mədəniyyət abidələrinin dağıdılması, xalqımızın qayım-qədimliyini təsdiq edən toponimlərin erməniləşdirilməsi son iki əsrdə çox ciddi problem kimi özünü göstərir. Təbii, toponimlər xalqın adını, ünvanını özündə yaşadır. Ermənilər isə bizim adımızı öz yurdlarımızdan silməyə çalışır. Ancaq o toponimlər nə qədər dəyişdirilsə də, nə qədər saxtakarlığa məruz qalsa da, yaddaşında türk nəfəsini qoruyur. Axı daşın da yaddaşı var, daş özündə böyük bir xalqın izini yaşada bilir...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ