Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib. Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) açıqlamasına görə, bu addım iki ölkə arasında mövcud müdafiə əməkdaşlığı və əldə olunmuş razılaşmalar çərçivəsində həyata keçirilib.
Bildirilib ki, Səudiyyə Ərəbistanına göndərilən pakistanlı hərbçilər ölkə ərazisində onlara həvalə olunan vəzifələri yerinə yetirəcəklər. İslamabad rəhbərliyi Səudiyyə Ərəbistanının təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq öhdəliyinə sadiq olduğunu vurğulayıb.
Pakistanın bu qərarının iki ölkə arasında uzun illərdir davam edən strateji tərəfdaşlığa əsaslandığı və Səudiyyə Ərəbistanının müdafiə imkanlarının gücləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Tahir TAĞIYEV