Cümə günü, 27 noyabr 2026
     

İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

Image


ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Rusiyanı Ukraynaya qarşı müharibənin daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıblar.

Ağ Evin məlumatına görə, tərəflər noyabrın 25-də Floridada keçirilən görüşdə müharibənin eskalasiyasının qarşısının alınmasının və Ukraynada mümkün qədər tez sülh yolu ilə nizamlanmanın vacibliyini müzakirə ediblər.

Görüş zamanı müdafiə xərclərinin və hərbi investisiyaların artırılması məsələləri də gündəmə gəlib. Rutte görüşdən əvvəl NATO-nun Rusiyaya maksimum təzyiq göstərməsinin vacibliyini vurğulamışdı.

Qeyd edək ki, Tramp bundan əvvəl Çin və Rusiya prezidentləri ilə keçirilən üçtərəfli sammitdə Vladimir Putini dostu adlandırmışdı. Bu yanaşma ABŞ-da tənqidlərə səbəb olub. Avropanın bəzi NATO ölkələrində isə Trampın Ukraynada sülhə nail olmaq naminə Rusiyaya müəyyən güzəştlər edə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Tramp və NATO-nun baş katibi Mark Ruttenin Rusiyanı müharibənin eskalasiyasından çəkinməyə çağırması nə dərəcədə real nəticə verə bilər? Rusiya bu müharibəyə müəyyən siyasi və hərbi məqsədlərlə başlayıbsa və həmin məqsədlərinə nail olmaq istəyirsə, Moskvanın sadəcə çağırışlarla mövqeyindən geri çəkiləcəyinə inanmaq nə dərəcədə əsaslıdır? ABŞ və NATO rəhbərliyi Rusiyanın müharibə strategiyasını dəyişməsinə hansı siyasi, iqtisadi və hərbi mexanizmlərlə nail olmağı düşünür? Bu çağırışlar real sülh təşəbbüsüdür, yoxsa diplomatik bəyanat səviyyəsində qalacaq?

Ukrayna müharibəsinin dayandırılması istiqamətində Vaşinqton və Avropa paytaxtları arasında diplomatik təmaslar intensivləşsə də, tərəflərin münaqişənin həlli yollarına dair yanaşmalarında ciddi fərqlər qalmaqdadır. ABŞ prezidenti Donald Trampın Rusiyaya münasibətdə daha güzəştli mövqe tutması, Avropa ölkələrinin isə Ukraynanın ərazi bütövlüyü və təhlükəsizlik maraqlarının qorunmasında israr etməsi Qərbin vahid strategiya formalaşdırmasını çətinləşdirir. Bu baxımdan Donald Tramp və NATO-nun baş katibi Mark Rüttenin görüşü, eləcə də səsləndirilən birgə çağırışlar ABŞ və Avropanın mövqelərinin uzlaşdırılması cəhdi kimi qiymətləndirilir.

Akif Nağı: "ABŞ və Avropanın ortaq mövqeyi Rusiyanın hərbi əməliyyatlarını dayandırmağa hesablanıb"

Akif Nağı (@Akif.Nagi) • Facebook

Politoloq Akif Nağı məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, Tramp və Rüttenin görüşünün əsas məqsədi yalnız Rusiyanı yeni hərbi addımlardan çəkindirmək deyil, həm də Amerika ilə Avropa arasında Ukrayna məsələsinə dair mövqeləri yaxınlaşdırmaqdır. Onun sözlərinə görə, Vaşinqton və Avropa ölkələri Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılmasında maraqlı olsalar da, buna hansı şərtlərlə nail olunması barədə fərqli düşünürlər.

Politoloq qeyd edib ki, Donald Tramp Rusiyaya müəyyən güzəştlərin edilməsinin tərəfdarıdır, Avropa isə mümkün güzəştlərin minimum səviyyədə olmasını və Ukraynanın maraqlarının nəzərə alınmasını istəyir. Avropa dövlətlərinin bu mövqeyi yalnız Ukraynaya siyasi dəstəklə bağlı deyil, həm də öz təhlükəsizlik maraqlarından irəli gəlir: "Avropa hesab edir ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın üstünlüyü ilə başa çatarsa, bu, gələcəkdə Avropa üçün ciddi təhlükəyə çevrilə bilər. İşğal olunmuş ərazilərdə möhkəmlənən Rusiya Avropanın sərhədlərinə daha da yaxınlaşmış olacaq. Buna görə də Avropa dövlətləri Ukraynaya milyardlarla dollar vəsait, silah və digər yardımlar göndərirlər. Onlar çalışırlar ki, Ukrayna müqaviməti davam etdirsin və müharibə Rusiyanın üstün qələbəsi ilə yekunlaşmasın. Burada Avropanın özünün də mühüm təhlükəsizlik maraqları var".

A.Nağının fikrincə, Tramp və Rüttenin birgə çağırışları ABŞ və Avropa arasında müəyyən kompromisin əldə olunmasına yönəlib. Belə ki, Tramp Ukraynanı güzəştlərə çağırdığı halda, birgə bəyanatda Rusiyanın hərbi əməliyyatları genişləndirməkdən çəkindirilməsi tələb olunur. Bu isə tərəflərin ortaq məxrəcə gəlmək cəhdi kimi qiymətləndirilə bilər.

Politoloq hesab edir ki, həmin çağırışlar həm də Rusiyanın hərbi əməliyyatlarının genişlənməsinin qarşısını almağa, mövcud vəziyyəti ən azı indiki səviyyədə saxlamağa və nüvə silahından istifadə təhlükəsini azaltmağa hesablanıb. Bununla belə, o, yaxın perspektivdə real nəticə əldə olunacağına nikbin yanaşmır.

Ekspertin sözlərinə görə, Rusiyanın Ukrayna ilə bağlı qarşıya qoyduğu ilkin məqsədlər hələ də dəyişməyib. Moskva 2014-cü ildə Krımı ilhaq etdikdən sonra, xüsusilə 2022-ci ildə genişmiqyaslı hərbi əməliyyatlara başlayarkən Ukraynanın siyasi və hərbi baxımdan öz təsir dairəsinə qaytarılmasını, Donbas üzərində tam nəzarətin əldə edilməsini və Kiyevdə Rusiyanın maraqlarına uyğun hakimiyyətin formalaşdırılmasını hədəfləyib. Rusiya, eyni zamanda, NATO-nun Şərqə doğru genişlənməsinin dayandırılmasını və alyansın 1997-ci il mövqelərinə qayıtmasını tələb edir.

A.Nağı bildirib ki, Moskvanın NATO-nun Finlandiya, Polşa və Baltikyanı ölkələrdəki mövcudluğunun aradan qaldırılmasına dair tələblərinin reallaşması inandırıcı görünmür. Onun fikrincə, Rusiya hazırkı şəraitdə Donbasla bağlı tələblərindən də asanlıqla geri çəkilməyəcək. Həmin ərazilərlə bağlı məsələlər tam həll olunmadığından Moskvanın güzəştə gedəcəyini gözləmək çətindir. Buna görə də siyasi şərhçi səsləndirilən çağırışların yaxın zamanda praktik nəticə verəcəyinə şübhə ilə yanaşır.

Politoloq Qərbin Rusiyaya təsir imkanlarına da toxunub. O bildirib ki, hazırda əsas təzyiq vasitələri iqtisadi sanksiyalar, diplomatik addımlar və Ukraynaya hərbi-maliyyə dəstəyidir. ABŞ müəyyən hallarda sanksiyalar məsələsində daha ehtiyatlı davransa da, Avropa İttifaqı Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri davam etdirir.

A.Nağının qənaətinə görə, Qərbin bundan daha irəli gedərək birbaşa hərbi müdaxiləyə əl atması son dərəcə ağır nəticələr doğura bilər: "Əgər ABŞ və NATO birbaşa hərbi müdaxiləyə keçsələr, Üçüncü Dünya müharibəsinin tammiqyaslı şəkildə başlaması təhlükəsi yaranar. Hazırda da dünya müharibəsinin müəyyən elementlərindən danışılır. Belə bir qarşıdurma genişlənərsə, nüvə silahından istifadə ehtimalı da gündəmə gələ bilər. Ona görə də Qərb Ukraynanı silah və maliyyə ilə dəstəkləməklə kifayətlənməyə çalışır".

Politoloq hesab edir ki, diplomatik təşəbbüslərin arxasında yalnız siyasi jestlər dayanmır. Xüsusilə ABŞ müharibənin dayandırılmasında maraqlıdır. Bu, Donald Tramp administrasiyası üçün həm xarici siyasətdə uğur, həm də ölkə daxilində siyasi mövqelərin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıya bilər. Avropa isə ilk növbədə öz təhlükəsizliyini təmin edəcək razılaşmanın əldə olunmasını istəyir.

A.Nağı vurğulayıb ki, Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqlar müxtəlif tərəflərin təhlükəsizlik maraqlarını əhatə edən mürəkkəb prosesdir. Buna görə də təkcə diplomatik görüşlər və bəyanatlarla müharibənin dayandırılması mümkün deyil. Onun fikrincə, real nəticəyə nail olmaq üçün ardıcıl siyasi və diplomatik addımlar atılmalıdır. Bu istiqamətdə ilk mühüm nəticə isə atəşkəs haqqında razılaşmanın əldə edilməsi ola bilər.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ