Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının fəaliyyəti müzakirə olunacaq.
Kremlin sözçüsü Dmitri Peskov noyabrın 27-də jurnalistlərə açıqlamasında Moskva ilə İrəvan arasındakı münasibətlərin mövcud çətinliklərə baxmayaraq, geniş gündəliyə malik olduğunu bildirib.
O, Paşinyanın Rusiyaya planlaşdırılan səfərinə və Putinlə keçirəcəyi danışıqlara toxunaraq, tərəflərin Gümrüdə yerləşən Rusiya hərbi bazası məsələsini də müzakirə edəcəklərini deyib.
Peskovun sözlərinə görə, sözügedən hərbi baza regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynayır.
Kremlin nümayəndəsi bazanın əhəmiyyətini xüsusi vurğulayaraq, onun regional təhlükəsizlik sisteminin vacib elementlərindən biri olduğunu qeyd edib.
Tahir TAĞIYEV