Cümə günü, 27 noyabr 2026
     

Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

Image


Ad və soyad sistemləri yalnız fərdi eyniləşdirmək vasitəsi deyil, həm də cəmiyyətin tarixi yaddaşını, sosial strukturunu, peşə bölgüsünü, dini-ideoloji təsəvvürlərini və uzunmüddətli etnomədəni təmaslarını əks etdirən mühüm linqvistik mənbələrdir. Cənubi Qafqaz regionunda əsrlər boyu Türk-müsəlman (o cümlədən Azərbaycan) və xristian (o cümlədən erməni) icmaların yanaşı yaşaması dil və mədəniyyət sahəsində mürəkkəb qarşılıqlı təsir prosesləri yaradıb.
Bununla belə, müasir siyasi-ideoloji diskurslarda kəskin qarşıdurma və etnik ziddiyyətlərin ön plana çıxarıldığı bir şəraitdə erməni soyadlarında geniş yayılmış Türk və Azərbaycan mənşəli köklərin mövcudluğu aydın izah tələb edən paradoks kimi görünür. Təqdim olunan yanaşmaya görə, tarixi təcrübədə mədəni, iqtisadi və ərazi baxımından oturaq və formalaşmış mühitə daxil olan və ya onunla sıx təmasda olan qrupların həmin mühitin mədəni elementlərini, peşə adlarını və onomastik vahidlərini mənimsəməsi müşahidə olunur. Məqalənin məqsədi bu tezisi əsas götürərək seçilmiş soyad nümunələrinin leksik-etimoloji tərkibini təhlil etmək, asimmetrik antroponimik mənzərənin səbəblərini açıqlamaq və məsələnin elmi əsaslarını təqdim etməkdir. Məsələ ondadır ki, erməni soyadlarının böyük bir qismi Türk, Ərəb-Fars vasitəçiliyi ilə formalaşmış ümumi müsəlman-Şərq və bilavasitə Azərbaycan dilinin leksik fonduna aid sözlərə erməni antroponimik şəkilçisi olan -yan əlavə edilməsi yolu ilə yaranıb.

Bu onu göstərir ki, sözügedən soyadlar təsadüfi fonetik oxşarlıq deyil, konkret məişət, təsərrüfat, peşə və şəxsi ad leksikasının yerli antroponimik qəlibə uyğunlaşdırılması nəticəsində yaranıb. Xüsusilə Nalbəndyan kimi peşə mənşəli və Allahverdiyan kimi gündəlik adqoyma ənənəsinə əsaslanan soyadlar icmalararası uzunmüddətli iqtisadi və mədəni əlaqələrin nəticəsi kimi qiymətləndirilir.
Mədəni antropologiya və tarixi sosiologiyada müəyyən əraziyə sonradan daxil olan və ya yeni sosial-iqtisadi mühitə uyğunlaşan erməni qrupların həmin mühitdə yayılmış dil vahidlərini, peşə terminlərini və adlandırma modellərini mənimsəməsi geniş yayılmış hadisədir. Təqdim olunan əsas mövqeyə görə, əgər bir qrup müəyyən ərazidə özünü əzəli və tam avtonom oturaq sakin kimi təqdim edirsə, lakin gündəlik həyatda kəskin qarşıdurma və ya rəddetmə münasibəti bəslədiyi qonşu xalqın (türklərin və azərbaycanlıların) adı, ləqəbi və peşə sözləri ilə formalaşmış soyadları geniş daşıyırsa, bu hal həmin qrupun tarixi-coğrafi yerdəyişmələr və başqa mədəni mühitə adaptasiya prosesləri ilə bağlı olduğunu göstərir.
Bu baxımdan, Cənubi Qafqazın müxtəlif bölgələrinə, o cümlədən tarixi Azərbaycan torpaqlarına müxtəlif dövrlərdə baş vermiş erməni köçü və məskunlaşma dalğaları zamanı yeni mühitə inteqrasiya edən icmaların yerli təsərrüfat və onomastik leksikadan istifadə etməsi məntiqi ardıcıllıq kimi izah olunur.
Soyad mübadiləsinin birtərəfli xarakter daşıması — yəni Türk və Azərbaycan mənşəli köklərin erməni soyadlarında minlərlə nümunədə rast gəlinməsi, əks istiqamətdə isə erməni mənşəli soyadların Azərbaycan və Türk antroponimiyasında praktik olaraq yox səviyyəsində olması — bir neçə amillə əlaqələndirilir :
1. Uzun əsrlər boyu Cənubi Qafqazda dövlətçilik, inzibati idarəçilik, ticarət, sənətkarlıq və kənd təsərrüfatı terminologiyasının mühüm hissəsi Türk-Azərbaycan və ümumi Şərq-İslam leksikası əsasında formalaşıb. Bu mühitdə fəaliyyət göstərən sənətkar və kəndli ailələrinin ləqəb və adları zamanla rəsmi və yarırəsmi soyadlara çevrilib.
2. Azərbaycan və türk adqoyma ənənəsində şəxsi adlar və soyadlar əsasən Türk, Ərəb və Fars mənşəli leksikaya, nəsil, tayfa, yer və peşə adlarına söykənir. Etnik-mədəni üstünlük və ya dominant mədəni mühit təsiri olmadıqda, başqa xalqın şəxsi adlarının kütləvi soyad kökünə çevrilməsi baş vermir.3. XIX və XX əsrin əvvəllərində Cənubi Qafqazda rəsmi sənədləşmə və soyadların sabitləşməsi dövründə əhalinin gündəlik həyatda istifadə etdiyi ləqəb və ata adlarına -ov/-yev və -yan sonluqları əlavə edilərək rəsmiləşdirilib. Həmin dövrdə mövcud olan canlı danışıq leksikası soyadların tərkibində möhkəmlənib.
Müasir dövrdə müşahidə olunan etnik-siyasi gərginlik və qarşılıqlı ittihamlar fonunda minlərlə insanın gündəlik həyatda Türk və Azərbaycan mənşəli sözlərlə qurulmuş soyadlar daşıması tarixi yaddaşla müasir ideoloji mövqelər arasındakı ziddiyyəti qabarıq göstərir. Bu vəziyyət göstərir ki, dil və onomastika səviyyəsində tarixi qarşılıqlı təmas izləri sonradan yaranmış siyasi düşmənçilikdən daha dərin və dayanıqlı qatdır.
Yuxarıda qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlmək olar ki, Şahnazaryan, Köçəryan, Nalbəndyan, Arzumanyan, Allahverdiyan, Baqdasaryan, Qarapetyan, Nəzəryan, Ambarsulyan, Dəmirçiyan, Qardaşyan, Ayrıyan, Qazançıyan, Cigərxanyan və sair və ilaxir kimi minlərlə soyadların geniş yayılması, əksinə olaraq Azərbaycan və Türk soyad sistemində erməni mənşəli ad və soyadlarına rast gəlinməməsi, Cənubi Qafqazın tarixi-linqvistik və etnodemoqrafik mənzərəsini anlamaq baxımından mühüm göstəricidir. Təqdim olunan məqalədə, yeni mühitə daxil olan və uyğunlaşan qrupların, həmin ərazinin və mədəniyyətin ad və peşə leksikasını mənimsəməsi məntiqinə əsaslandıqda, bu fakt ermənilərin bölgəyə sonradan köçüb gəlməsi və yerli mədəni-linqvistik mühitin elementlərini öz ad sistemlərinə daxil etməsi kimi dəyərləndirilir.

Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlzəfə doktoru, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ