Bakının Nizami rayonunda avtoservis ustasının 5 min manatını oğurlamaqda şübhəli bilinən İ. Çobanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə Babək prospektində yerləşən avtoservislərdən birində baş verib.
Araşdırma zamanı müəyyən edilib ki, usta servisə gəldikdən sonra gündəlik paltarını asılqana asıb və iş geyimini geyinib. Həmin vaxt avtomobilini servisə gətirən İ. Çobanov ustanın asılqandakı paltarının cibindən 5 min manatı götürərək ərazidən uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.