Cümə günü, 27 noyabr 2026
     

DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

Image


Rahat kabinetdə deyil, sadə camaatın xidmətində, dağ şaxtasında, sel gələn ərazilərdə, şəhid məzarları başında gördüyümüz deputat Asif Əsgərov haqqında bir neçə söz

Həyatda ən yüksək sevinc, ən yaxşı zövq özünü insanlara lazımlı və yaxın hiss etməkdir!Maksim Qorki

Səmimi və açıq danışacam, həmişə Tovuza və tovuzlulara yaxşı mənada qibtə hissi ilə yanaşırdm – hər hansı başqa məqama, fərqliliyə, üstünlüyə görə yox, məhz rəhmətlik həmkarım Qənirə Paşayevanın MM-dəki fəaliyyəti, seçicilərinə yüksək səviyyədə diqqət və qayğısına görə...

Doğulub-böyüdüyüm Zaqatalanın bu mənada bəxti gətirməmişdi: sabiq deputatlarımızdan hörmətli professor Kamilə Əliyeva elmi-pedaqoji sahəyə, mərhum cərrah Hikmət Atayev səhiyyəyə, biznesmen Dünyamin Xəlilov tikintiyə daha çox diqqət ayırmaq məcburiyyətində qalırdılar. Əlbəttə, sadalanan fəaliyyət sferaları da yaxşıdır, gərəklidir – biri insanların təlim-tərbiyəsi, digəri sağlamlığı, üçüncüsü mənzil təminatı ilə məşğulluq deməkdir. Lakin işin bəyənilməyən tərəfi mandat aldıqları xalqın problemlərini dinləməyə vaxt tapa bilməmələri idi; doğrudur, ictimaiyyət arasında görünürdülər, belə də hərdən bir, vacib görüşlərdə, əlamətdar günlərdə...

Nəhayət ki, uzun müddətdən sonra qədirbilən zaqatalalıların arzu və duaları çin oldu. Heydər Əliyev idarəçilik məktəbinin layiqli tələbəsi Asif Əsgərov əvvəl rayon İcra Hakimiyyətinin Başçısı təyin olundu, sonra isə həmin ərazini əhatə edən 112 saylı Seçki Dairəsindən millət vəkili seçildi. Maşallah, fəaliyyəti də göz önündə - srağagün dağ çaylarının məcrasından çıxması nəticəsində sel basan ərazilərdə, dünən qazilərlə, şəhid ailələri ilə görüşdə idi, bu gün həmin problemləri MM-in iclasında qaldıraraq müvafiq qurumların diqqətinə çatdırır, sabah nüfuzlu mətbu orqanlara geopolitik gəlişmələr, yerli və beynəlxalq siyasətin aktual mövzularında müəllif yazısı yazacaq, yaxud müsahibə verəcək, birisigün yenə də seçildiyi dairəyə qayıdaraq qəbul otağına toplaşmış insanları dinləyəcək... Asif müəllimin mübaliğəsiz təqdim olunan və az qala hərbi intizama uyğun iş qrafiki neçə illərdir ki, beləcə davamlıdır. Həmin siyahıya paytaxtda və regionda müxtəlif mərasimlərdə, xeyir işlərdə və hüzr məclislərində, tələbə-gənclərlə görüşlərdə, ahılların, xəstələrin ziyarətində, kitab təqdimatlarında iştirak və çıxışları da əlavə etsək, içərisində qərar tutduğumuz nəhəng ictimai-siyasi, iqtisadi, mədəni proseslərin ən incə detallarına necə diqqət, güc, zaman ayıra bilməsi həqiqətən də heyrətamizdir.

Bu çoxşaxəli fəaliyyət jurnalist, qələm adamı kimi məni də müəyyən çətinliklərlə üzləşdirir. Hansı mənada? Zehnimdə çəkilmiş portretin cizgilərini kompüterin yaddaşına köçürmək məqsədilə klavişin düymələrini döyəcləyərkən dəfələrlə duruxmalı, düşünməli oluram: 1. Hansı yöndən və peşəkarlıqla yanaşım ki, mövzunu əhatələyə bilim, oxucuda adıçəkilən şəxsiyyət haqqında geniş, dərin təəssürat, bilgi formalaşsın. 2. Görülən işlərlə ayaqlaşmağın mümkünlüyü baxımından operativliyin təmini – yəni, deputatın Matsex sakinləriylə görüşünü qeyd etməyə macal tapmamış, maşallah, artıq kəpənəkçili seçiciləri dinləyir, yaxud Danaşı kəndinin qayğıları ilə maraqlanır və sair. Həm də onunla cəmi bircə dəfə yaxından görüşmüş, kəlmə kəsmişik - Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda istedadlı qələm dostum, şairə Adilə Aslanovanın şeirlər kitabının təqdimat mərasimində. Uzun müddət doğma rayonun rəhbəri, indi isə qanunvericilik orqanında təmsilçimizlə ünsiyyət nöqteyi-nəzərindən, əlbəttə, çox azdır. Amma neyləməli, çoxdandır məndən ötrü dünyanın ən gözəl, əsrarəngiz məkanından uzaqdayam və ən əsası, səlahiyyət sahiblərini narahat etmək şakərim yoxdur. Deməli, sözügedən məqalə də daha çox seçicilərin sosial şəbəkələrdəki rəyləri hesabına formalaşacaq və obyektivlik baxımından əla variantdır.

Elə lap yaxın keçmişdən başlayaq. Cari ilin mart-aprel aylarındakı aramsız yağışlar bölgədəki çaylarda suyun səviyyəsini kəskin artırmış, sel və daşqınlara səbəb olmuşdu. Muxax çayının məcrasından çıxması nəticəsində rayonun Bəhmətli və Lahıc kəndlərində yaşayış evlərinə, örüş və otlaq sahələrinə, fındıq bağlarına lilli, palçıqlı su dolmuş, sakinlərə ciddi ziyan dəymişdi. Selin yaratdığı fəsadlar nəticəsində içməli su təchizatı, elektrik enerjisi və yol infrastrukturu da ciddi ziyan görmüşdü. Asif müəllim təbii fəlakətin nəticələri ilə yerində tanışlıq məqsədilə zərərçəkmiş əhalini ziyarət edib, müraciətləri dinləyib və mövcud vəziyyəti qiymətləndirib. Məsələlərlə bağlı aidiyyatı qurumlarla operativ əlaqə saxlanılıb, görülən və görüləcək tədbirlər barədə vətəndaşlara ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır.

Sentyabrın 27-dən noyabrın 8-dək möhtəşəm zaman kəsiyində isə xalqımızın öz məmuru, vəkili, ziyalısı ilə ünsiyyətə daha çox ehtiyacı yarandığından həmin dövrün iş qrafiki də xeyli zəngindir. Zaqatala rayonu üzrə anım tədbirlərində, şəhid Şixamir Qaflanov adına Humanitar Fənlər Gimnaziyasında Vətən müharibəsi qəhrəmanının büstünün açılış mərasimində, Qımır kənd qəbiristanlığında igid şəhidlərimiz Abdurəhman İsrafilov və Xəqani Murtuzəliyevin anım tədbirində iştirak; Yuxarı Tala kəndində şəhid Sərxan Ömərovun, Aşağı Talada şəhid Valeh Bədəlovun, Muğanlı kəndinin şəhidi Nicat Xəlillinin, Lahıcda şəhid Vüsal Məmmədovun, Suvagil kəndində şəhid Ehtiram Əhmədov və Elvin Qədirovun, Qandaxda şəhid Şahin İsgəndərovun ailəsi ilə görüşlər bu qəbildəndir.

Şəhid Nicat Xəlillinin atası Əli dayı: “Zəfər bayramı ərəfəsində qapımız döyüldü, əzizimiz Asif müəllim və onu müşayiət edən şəxslər – YAP Zaqatala təşkilatının sədri Fərid Ramazanov və başqaları içəri daxil oldular. İnanırsız, övlad itkisi ağırdır, bir valideyn kimi daim qəlbimizi didib-dağıdır. Amma şəhid balaların xatırlandığını görəndə xeyli yüngülləşirik. Doğrudan da şəhidlər həlak olduqları an yox, unudulanda ölürlər. Bir müddət əvvəl səhhətimdə ciddi problem yaranmışdı, deputatımız bununla da maraqlandı, şəfa və cansağlığı arzuladı. Belə diqqət mənə bütün iynə-dərmanlardan artıq məlhəm idi. Söhbət zamanı Nicatın şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışdıq, əziz xatirəsini ehtiramla yad etdik. Mətbuat vasitəsilə də minnətdarlığımı yetirirəm, sağ olsunlar!”

Ötən illərdəki kimi, bu il də püşkatma yolu ilə müəyyənləşmiş 4 şəhid ailə üzvü qutsal məkana – Ümrə ziyarətinə göndərilib. Millət vəkili yalnız əlamətdar səfəri təşkil etməklə, xərcləri qarşılamaqla kifayətlənməyib, zəvvarları yola salıb, xoş təəssüratlarını bölüşüb: “Ziyarət zamanı ürək sözlərini, fotolarını paylaşmaları zəminində onların müqəddəs torpaqlarda yaşadıqları mənəvi rahatlığı və yüksəlişi görmək bizi də sevindirdi. Şəhidlərimizin əziz xatirəsinə ehtiram, onların ailələrinə diqqət və qayğı hər zaman böyük mənəvi məsuliyyətdir. Allah ziyarətlərini və dualarını qəbul etsin!

Asif Əsgərovun vətəndaş qəbulu təkcə Göyəm, Makov, Aşağı Çardaqlar, Talabinələr, Faldar, Əliabad kimi yolu asfalt, kommunikasiyası normal aran kəndləriylə məhdudlaşmır, Ələsgər, Cımcımax, Yuxarı Çardaqlar, Mamrux qismində dağ yaşayış məntəqələrinin qayğıları da diqqət mərkəzindədir. Rayon ərazisində köhlən atların nallarını tökən Qalal, Qarqay, Qas, Sabunçu, Taxtalar kəndlərinin mövcudluğu da çoxlarına bəllidir. Sakinlərlə görüşlərdə narahatlıq doğuran məsələlər, gündəlik həyatda qarşıya çıxan müşküllər və digər problemlər üzrə təkliflər dinlənilib. Müraciətlər əsasən yol infrastrukturu, elektrik enerjisi təchizatındakı kəsintilər, aqrar sektordakı çətinliklər, eləcə də sosial sahə ilə bağlıdır. Bölgənin etnik mənzərəsi, dil və adət-ənənə faktoru da xeyli rəngarəngdir, burada 30-a qədər azsaylı xalqın nümayəndəsi yaşayır. Həmin palitrada sadalanan ştrixlərə vaqiflik, fərdi yanaşmaq bacarığı, dürüstlük, verilən vədə sədaqət əsasdır. Çünki “elin gözü tərəzidir” adlı sadə, acı məntiq var: boşuna danışıb sözünə əməl etmədinsə, seçicinin özündən “cəza” alacaqsan – biganəlik göstərib ünsiyyətdən qaçacaqlar, sosial şəbəkələrdə açıq tənqidlər səslənəcək, adına lətifələr qoşulacaq və sair. Haqqında söhbət açdığımız şəxsiyyətə isə yalnız ətrafındakıların, YAP üzvlərinin deyil, kütlənin hörməti, ehtiramı, sevgisi göz önündədir, aksiomdur, yəni sübuta, dəlilə ehtiyacı yoxdur.

Zaqatala şəhərinin 82 yaşlı sakini Xədicə Həbilova: “Təxminən 2007, ya 2008-ci ildə - Asif müəllim hələ rayon rəhbəri olarkən yaşadığımız “Dağıstan” küçəsinə su gəlmirdi. 5-6 qadın yığışıb qəbula getdik. İcra başçısı bizi səmimi qarşıladı, yanımızda su idarəsinin müdiri ilə danışdı, problemin tezliklə aradan qaldırılacağını söylədi. Heç bir həftə keçməmişdi ki, küçəmizdəki köhnə, tutulan boruları yeniləriylə əvəzlədilər, su təchizatı qaydasına düşdü. Onun qapısı həmişə sadə insanların üzünə açıqdır”.

A.Əsgərovun yuxarıda vurğuladığım müsbət keyfiyyətlərindən biri də jurnalistlərə, mətbuata açıq məmur olmasıdır. Sosial şəbəkələrdəki səhifələrində təkcə media mənsublarının yox, sadə vətəndaşların da rəylərini nəzərə alır, sualları cavablandırır. Dövri mətbuatda əlamətdar tarixlərlə, hadisələrlə bağlı məqalələr, müsahibələr, şərhlərlə çıxış edir. Həmin tarixi məqamlardan biri - Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısıdır. Rəsmi dövlət qəzetində işıq üzü görən “Bütöv Asiyanın etimad körpüsü və qlobal dialoq mərkəzi: Bakı AQEM zirvəsinin strateji əhəmiyyəti” başlıqlı yazısında sözügedən tədbiri haqlı olaraq qlobal miqyasda gələcək əməkdaşlıq memarlığının formalaşdırıldığı müstəsna əhəmiyyətli geosiyasi hadisə adlandırır: “AQEM kimi geniş coğrafiyanı əhatə edən və nəhəng iqtisadi, eləcə də siyasi potensiala malik bir təşkilatın inkişafında Azərbaycanın sədrliyi dövrü xüsusi bir mərhələ kimi tarixə düşür. Ölkəmiz bu missiyanı öz üzərinə götürdüyü ilk gündən etibarən Asiya qitəsində təhlükəsizliyin bölünməzliyi prinsipi, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, həmçinin iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində ardıcıl səylər göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən xarici siyasət kursu bu gün bütün Asiya qitəsində dialoq mədəniyyətinin təşviqinə mühüm töhfələr verir. Bakı Zirvə Toplantısı məhz bu strateji xəttin məntiqi davamı olaraq, üzv dövlətlər arasındakı münasibətləri yeni keyfiyyət mərhələsinə daşıyır”

Deputatımızın ictimai-siyasi həyata, dövlət-idarəçilik sferasına gəncliyində qurduğu idman karyerasından qədəm qoyduğu məlumdur. Təsadüfi deyil ki, 2000-2006-cı illərdə, yəni 34 yaşında Gənclər və İdman Nazirinin müavini vəzifəsində işləmişdir. Və bu gün də “sağlam bədəndə sağlam ruhun mövcudluğu” prinsipindən yanaşaraq, necə deyərlər, doğma sahəni unutmur, şəhid idmançıların əziz xatirəsinin anılmasına, kəndlərdə idman zallarının açılmasına, perspektivli gənclərin seçilib mötəbər yarışlara göndərilməsinə xüsusi diqqət yetirir. Bir müddət öncə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iştirakı, belə nüfuzlu yarışı ölkəmizin idman həyatında əlamətdar hadisə sayması, ən yüksək pilləyə qalxan Əhməd Yusifovla görüşərək qazandığı qələbə münasibətilə təbriki, bir qrup qalib cüdoçuya medal təqdimatı; dövlət qurumlarının xüsusi rütbəli əməkdaşları arasında Antiterror əməliyyatı zamanı şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr edilən cüdo üzrə çempionatın açılış mərasiminə qatılması, DİN İdman Cəmiyyətinin arenasında baş tutan mübarizəni izləməsi, bu cür tədbirlərin dövlət qurumlarının əməkdaşları arasında sağlam rəqabətin, fiziki hazırlığın və idman ənənələrinin inkişafına mühüm töhfəsini qeyd etməsi vətənə, idmana və şəhadət fəlsəfəsinə verdiyi böyük önəmin göstəricisidir.

İtaliyanın Neapol şəhərində U-23 Avropa çempionatında Zaqatalanın Mosul kəndindən olan İslam Rəhimovun 66 kq çəki dərəcəsində mübarizə aparması, ikinci dəfə Avropa çempionu titulunu qazanması da nəzərindən yayınmayıb. Gənc idmançımızın nailiyyətinə hədsiz sevindiyini və qürurlandığını bildirib, bu qələbəni əzmkarlığın, zəhmətin və gərgin idman hazırlığının nəticəsi kimi dəyərləndirib, İslamı, məşqçilərini təbrik edib, idmançımıza beynəlxalq arenada yeni qələbələr, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmağı arzulayıb.

Mosul sakini İlham Şahverdiyev: “Kəndimizin gözəl idman ənənələri var, gənclərimiz xüsusilə güləş növündə möhtəşəm uğurlara imza atıblar. Bütün bunlar isə həm fərdi fiziki hazırlıq, həm də dövlət qayğısı sayəsində reallaşır. Məşqlər üçün normal şərait olmadığından cənab Əsgərova müraciət elədik. Onun göstərişi ilə qısa müddətdə müasir idman kompleksi tikilib istifadəyə verildi. Mosul camaatı adından minnətdarlığımızı çatdırırıq!”

Milli Məclisin 17 noyabr tarixli iclasında növbəti il üçün dövlət büdcəmizin müzakirəsində millət vəkilinin çıxışı da seçicilər tərəfindən böyük razılıqla qarşılanıb. Söyləyirlər ki, çoxdandır ölkəmizin ali qanunvericilik tribunasından Zaqatalanın səsi - qazanılan uğurlar, təxirəsalınmaz problemlər, qarşıda duran vəzifələr - belə möhtəşəm şəkildə eşidilməmişdi. Asif müəllim həllini gözləyən 3 qlobal məsələni müvafiq məmurların və instansiyaların nəzər-diqqətinə çatdırmaqla yanaşı, bunu şərtləndirən səbəbləri əlahəzrət məntiq, təkzibolunmaz faktlar, tutarlı arqumentlərlə əsaslandırmağı da bacardı - qazlaşdırmanı meşə örtüyünün qorunması, çay yataqlarının təmizlənməsini gələcəkdə daha dəhşətli sel fəlakətlərinin nəticələrinin aradan qaldırılması üçün külli miqdarda büdcə vəsaitinin itirilməməsi, Bakı-Balakən magistralının Şəki-Zaqatala hissəsinin təmirini məntəqə əhalisinin, qonaqların rahatlığı, nəqliyyat-logistika sektoruna töhfə, turizmin inkişafına dəstəklə izah etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, ölkəmizin beynəlxalq mövqeyi və iqtisadi-siyasi müstəqilliyi daha da möhkəmlənib: “Bu tarixi nəticələrin əldə olunmasında güclü siyasi iradə, ardıcıl dövlət strategiyası və iqtisadi imkanlarımızın düzgün səfərbər edilməsi mühüm rol oynayıb. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı quruculuq işləri, müasir infrastrukturun yaradılması və həmin ərazilərin iqtisadi həyata reinteqrasiyası Azərbaycanın gələcək inkişafının mühüm istiqamətlərindəndir. Eyni zamanda, ölkəmizin nəqliyyat və logistika imkanlarının genişlənməsi, enerji təhlükəsizliyində artan rolu Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə mövqeyini daha da gücləndirir”.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olan deputat ekologiya sahəsinə, yaşıllıqların salınması və qorunmasına vəsait ayrılmasını təqdir edib: “Bununla belə qeyd etmək istəyirəm ki, yeni yaşıllıqların salınması qədər, mövcud zəngin təbiətin qorunması da zəruridir. Təmsil etdiyim Zaqatala rayonu unikal landşafta və zəngin təbiətə malik, çoxmillətli əhalisi olan həssas sərhədyanı bölgədir. Bu təbiətin qorunması üçün rayonun qazlaşdırılmasının tam başa çatdırılmasına böyük ehtiyac var. Hələ də qaz xətti çəkilməyən kəndlərimiz var və sakinlər qış aylarında evlərini isitmək üçün meşə resurslarından istifadə məcburiyyətində qalırlar. Bu ekoloji problemin qarşısını almaq məqsədilə qazlaşdırma işlərinin sürətləndirilməsi mühüm məsələdir”.

Deputat seçiciləri narahat edən əsas məqamları vurğulamağı da unutmayıb: “Digər mühüm məsələ intensiv yağışlar zamanı yaranan sel sularının vətəndaşlara və onların təsərrüfatlarına vurduğu ziyandır. Uzun illər təmizlənməyən bəzi çay yataqları ətraf kəndlərlə eyni səviyyəyə yüksəlib və hər sel zamanı ciddi təhlükə yaranır. Çay yataqlarının vaxtında təmizlənməsi həm vətəndaşların təhlükəsizliyinin təmin olunmasına, həm də gələcəkdə yaranacaq fəsadların aradan qaldırılması üçün dövlət büdcəsindən ayrıla biləcək əlavə xərclərin qarşısının alınmasına xidmət edər.

Zaqatalanın turizm və kənd təsərrüfatı potensialının tam reallaşdırılması üçün rayon daxili və mərkəzi yolların çəkilişi və təmiri də sürətləndirilməlidir. Bu, əhalinin rahatlığının təmin olunması ilə yanaşı, bölgənin iqtisadi imkanlarının genişləndirilməsinə və ölkə iqtisadiyyatına əlavə gəlirlərin cəlb olunmasına imkan verəcəkdir. İnanıram ki, qeyd etdiyim məsələlər 2027-ci il üzrə təsdiq ediləcək investisiya proqramı çərçivəsində öz həllini tapacaq”.

Əvvəl yazımın sərlövhəsini “Daim seçicisinin yanında olan millət vəkili” qoymuşdum, sonra düşünüb-daşınıb “seçici” sözündəki mənsubiyyət şəkilçisini götürdüm. Niyə? Birinci variant çalışma hüdudlarını və təsir kontingentini aşkar məhdudlaşdırır, müəyyən çərçivəyə salırdı. Axı fəaliyyət dairəsi təkcə seçildiyi ərazi ilə sərhədlənmir. Ümumiyyətlə onun üçün öz, yaxud başqa həmkarının seçicisi anlayışı yoxdur, insan faktoru var. Dahi Aristotel də deyirdi ki: “Həyatın mənası insanlara xidmət və hörmət etməkdir”.
Asif Yunis oğlu Əsgərovun da ölkəyə, xalqa, insanlığa xidmətləri dövlətimzin başçısı tərəfindən yüksək qiymətləndirilib -
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Dəyərli millət vəkilimizi həm Azərbycanımızın ali mükafatı, həm də 60 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı, daha böyük uğurlar diləyirik!

Qurban Cəbrayıl

“Mədəniyyət” jurnalının redaktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ