2026-cı il noyabrın 27-də “Sülh körpüsü” təşəbbüsü qrupunun üzvləri Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüblər. Bu barədə "Sülh Körpüsü" dialoq platformasının məlumatında bildirilir.
Qeyd edək ki, noyabrın 26-da Ermənistanda bu təşəbbüs çərçivəsində beşinci görüş başlayıb. Tədbirdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin ümumilikdə 60 nümayəndəsi iştirak edir.
Dəyirmi masa çərçivəsində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, eləcə də Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsinə və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər müzakirə olunur.
Noyabrın 27-də “Sülh körpüsü” təşəbbüsü çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirilib.
ZÜMRÜD