Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandası Ermənistanda keçirilən eşitmə məhdudiyyətli idmançılar arasında Avropa çempionatında iştirakını başa vurub.
Komanda Ermənistanın Tsaxkadzor şəhərində təşkil olunan Avropa çempionatında mübarizə aparıb. Bu barədə Azərbaycan Deaflimpiya Komitəsi məlumat yayıb. Yarışda Azərbaycanı altı güləşçi təmsil edib. Böyüklər arasında Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal qazanıblar. Ceyhun İsazadə iki yaş kateqoriyasında – yeniyetmələr arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medallara sahib olub. Bundan əlavə, İslam Rzayev (130 kq) yeniyetmələr turnirində ikinci yeri tutub. Ümumilikdə, Azərbaycan komandası Avropa çempionatını üç gümüş və üç bürünc medalla başa vurub.
SAMİRƏ