Şençendə olduğu müddətdə Vladimir Putin Çin mətbəxinə üstünlük verməklə otel işçilərini təəccübləndirib. Bu barədə Çinin "Baijiahao" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, Putin Şençenə APEC sammiti üçün səfər edərkən, yerli otellərdən birində qalıb və qeyri-adi xahişi ilə işçiləri təəccübləndirib. Məqalədə deyilir: "Otel işçiləri Putinin Çin yeməkləri yeyəcəyini gözləmirdilər. Prezidentin ətrafındakılar onun Çin mətbəxini sevdiyini bildirdikdən sonra, mətbəx heyəti menyunu dəyişərək ora ənənəvi Kanton (Quandun) yeməklərini daxil edib". "Baijiahao"ya əsasən, Rusiya tərəfi təqdim olunan yeməklərdən məmnun qalıb: hər yeməkdən sonra masanı yığarkən otel işçiləri boşqabların boş olduğunu görüblər. Bundan əlavə, nəşr iddia edir ki, Rusiya nümayəndə heyətinin üzvləri hətta yeməklərin bir hissəsini özləri ilə təyyarəyə də götürüblər.
SAMİRƏ