şənbə günü, 28 noyabr 2026
     

Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

Image


Məhərrəm Zülfüqarlı: “Məqsəd İvanişvili komandasının Rusiyanın maraqlarına uyğun mövqeyi açıq şəkildə olmasa da, dolayısı ilə qəbul etməsinə nail olmaqdır”

Noyabrın 19-da Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında görüş keçirilib. Zurabaşvili "İmedi" telekanalına müsahibəsində bildirib ki, Tiflis oktyabr ayında tətbiq edilən sanksiyaların ləğvini gözlədiyi halda, Rusiya tərəfi daha iki gürcü şərab şirkətinə sanksiya tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Gürcüstanla Rusiya arasında gedən danışıqlara baxmayaraq doğrudanmı Rusiya Gürcüstana yeni sanksiyalar tətbiq edir? Çünki uzun illərdir düşmən münasibətdədirlər, amma indi iki ölkə arasında dialoq başlayıb və Gürcüstan nümayəndələri deyirlər ki Rusiya Gürcüstan hakimiyyətinə təzyiq edir. Bu nə dərəcədə inandırıcıdır ki, Rusiya İvanaşvili hökumətinə təzyiq etsin? Gürcüstan təxminən Rusiyanın ayağına gedib və Rusiya da bunlara təzyiq etməyə başlayıb, bu nə dərəcədə doğrudur? Bu aldadıcı üsul ola bilərmi? Bu indiki Gürcüstan hakimiyyətinin, İvanaşvili hökumətinin Rusiyapərəst hakimiyyət olduğunu ört-basdır etmək cəhdi ola bilərmi? Yəni biz ruspərəst deyilik, olsaydıq Rusiya bizə təzyiq etməzdi, kimi. Bu bəyanat bu məqsədlə verilə bilərmi? Yoxsa 15 illik düşmənçilikdən sonra gürcülər danışıqlar aparmaq üçün Kremlə rusların ayağına gediblər, Rusiya da bunlara sanksiya tətbiq edib. Bu nə dərəcədə ağlabatandır ki, Rusiya ayağına gedən dövlətə sanksiya tətbiq etsin?

Ekspertlər qeyd edirlər ki, 2026-cı ilin ilk 10 ayında Gürcüstanın şərab ixracı gəlirlərinin təxminən 64%-i Rusiya bazarının payına düşüb. Keçmiş Milli Bank prezidenti Roman Qotsiridze kimi tənqidçilər hesab edirlər ki, Moskva bu asılılıqdan istifadə edərək Tiflisi şantaj edir və danışıqlarda öz şərtlərini diktə etməyə çalışır.

Rusiya tərəfi şərab şirkətlərini "Ukraynanı maliyyələşdirməkdə" və "antirusiya narrativləri yaymaqda" ittiham edib. Analitiklərin fikrincə, Moskva Tiflisin Qərbdən uzaqlaşmasını yetərli saymır və ikitərəfli münasibətlərdə daha konkret siyasi və ya iqtisadi güzəştlər qoparmaq üçün təzyiq alətini işə salır.

Bu, "Gürcü Arzusu"nun ruspərəst imicini ört-basdır etmək cəhdidirmi?

Gürcüstan daxilində və Qərb mediasında bu məsələ ilə bağlı iki əsas yanaşma var:

Daxili auditoriya üçün "müstəqil siyasət" görüntüsü: Müxalifət və bir sıra siyasi şərhçilər bu bəyanatların hakim "Gürcü Arzusu" partiyasının Qərbə və öz seçicilərinə "biz Rusiyanın diktəsi ilə oturub-durmuruq, əksinə, onlarla mübarizə aparırıq" mesajı vermək məqsədi daşıdığını istisna etmirlər. Eyni zamanda Baş nazir İrakli Kobaxidzenin Rusiya sanksiyalarının arxasında "Dərin dövlət"in (Deep State) və rüşvət almış orta ranqlı rus məmurlarının dayandığını iddia etməsi də diqqət çəkir. Bu yanaşma Kremli birbaşa hədəf almamaq və məsuliyyəti "kənar qüvvələrin" üzərinə atmaq cəhdi kimi qiymətləndirilir.

Həqiqi narazılıq və kommunikasiya böhranı: Digər tərəfdən, Zurabaşvili Moskvanın irəli sürdüyü tələblərin və humanitar məsələlərin birbaşa "Gürcü Arzusu" hökumətinin mövqelərini zəiflətməyə və müxalifəti gücləndirməyə yönəldiyini iddia edib. Bu isə tərəflər arasında gözləntilərin tam üst-üstə düşmədiyini və Tiflisin Moskvadan gözlədiyi dəstəyi ala bilmədiyini göstərir.

Ekspertlərə görə, geosiyasi praktikada güclü tərəfin (Rusiyanın) güzəştə gedən və ya dialoq axtaran tərəfə (Gürcüstana) təzyiqi artırması tez-tez rast gəlinən taktikadır. Moskva bu yolla Tiflisin geri çəkilmək imkanlarının məhdud olduğunu nümayiş etdirir. Gürcüstan hakimiyyəti isə yaranmış vəziyyəti həm Rusiyanın yuxarı eşelonları ilə birbaşa həll etməyə çalışır, həm də daxili ictimai rəydə "öz milli maraqlarını qoruyan tərəf" imicini saxlamağa cəhd göstərir.

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Gürcüstan Saakaşvili dövründə Qərbyönümlü siyasət yürüdürdü və bu siyasət müəyyən müsbət nəticələr də vermişdi. “Saakaşvili hakimiyyətə gələnədək Gürcüstan korrupsiyanın geniş yayıldığı, yollarda avtobusları soyan xüsusi quldur dəstələrinin fəaliyyət göstərdiyi, təhlükəsizliyin ciddi problem olduğu bir ölkə idi. Saakaşvilinin hakimiyyətə gəlişindən sonra isə bu vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi, ölkədə qayda-qanun və təhlükəsizlik təmin olundu.

Lakin sonrakı mərhələdə Qərbin Gürcüstana dəstəyinin zəifləməsi də siyasi proseslərə təsirsiz ötüşmədi. Bilirsiniz, Qərb heç də hər hansı ölkənin arxasında sona qədər və bütün şərtlərdə dayanmır. Ukrayna nümunəsində də bunu müşahidə edirik. Rusiya-Ukrayna müharibəsində Qərb Ukraynaya yardım göstərsə də, bir çox hallarda zəruri silahları vaxtında təqdim etmədi. Bəzi silahlar yalnız vəziyyət dəyişdikdən, hadisələr baş verdikdən sonra verildi. Halbuki Ukrayna ehtiyac duyduğu silahları vaxtında əldə etsəydi, müharibənin gedişi və müddəti fərqli ola bilərdi. Bu mənada Qərbin bəzən ikili standartlara əsaslanan, ziddiyyətli siyasət yürütməsi müşahidə olunur.

ABŞ ilə Avropa arasında münasibətlərin hər zaman eyni istiqamətdə inkişaf etməməsi də bu məsələlərə təsir göstərir. Həm Ukrayna, həm də Gürcüstan məsələsində Vaşinqtonla Avropa paytaxtlarının fərqli yanaşmaları olub. Saakaşviliyə münasibətdə də Qərbin lazımi siyasi dəstəyi vaxtında və ardıcıl şəkildə göstərməməsi Gürcüstanda hakimiyyət dəyişikliyinə gətirib çıxaran amillərdən biri oldu. Nəticədə Bidzina İvanişvilinin təsiri altında olan qüvvələr hakimiyyətə gəldi və ölkənin siyasi kursunda dəyişikliklər baş verdi.

İlk baxışdan belə görünə bilər ki, Rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlməsi Gürcüstanın Moskvanın diktəsi ilə hərəkət etməsinə şərait yaradıb. Ancaq burada nəzərə alınmalı mühüm bir məqam var: Gürcüstan cəmiyyəti Saakaşvili dövründən etibarən müəyyən demokratik siyasi ənənələrə, çoxpartiyalı sistemə və Avropaya inteqrasiya ideyasına alışıb. Bu səbəbdən indiki hakimiyyət, Rusiyaya yaxın mövqe sərgiləsə belə, bir sıra məsələlərdə qətiyyətli qərarlar verməkdə çətinlik çəkir.

Məsələn, Rusiya Gürcüstanın iki tarixi ərazisini – Abxaziya və Cənubi Osetiyanı işğal edib. Rusiyayönümlü qüvvələr hakimiyyətə gəlsələr də, bu məsələdə gürcü xalqının mövqeyindən kənara çıxa bilmirlər”.

M.Zülfüqarlı qeyd etdi ki, əgər indiki hakimiyyət həmin ərazilərin işğalı ilə barışdığını açıq şəkildə bəyan etsə, böyük ehtimalla, ciddi ictimai müqavimətlə üzləşər və hakimiyyətdə qalmaq imkanlarını itirər. “Gürcü xalqı öz ərazi bütövlüyündən imtinanı qəbul etməz.

Məhz buna görə də Gürcüstan hakimiyyəti mütəmadi olaraq ölkənin ərazi bütövlüyünü dəstəklədiyini və onun bərpa olunmasının vacibliyini bəyan edir. Bu mövqe isə Gürcüstanın indiki hakimiyyəti ilə Rusiya arasında müəyyən fikir ayrılıqlarının və ziddiyyətlərin yaranmasına səbəb olur.

Putin Rusiyası beynəlxalq münasibətlərin prinsiplərini nəzərə almadan Ukraynaya qarşı genişmiqyaslı müharibə aparır. Belə bir şəraitdə Moskva Gürcüstan hakimiyyətinə təzyiqlərini artırmağa çalışır. Məqsəd İvanişvili komandasının Rusiyanın maraqlarına uyğun mövqeyi açıq şəkildə olmasa da, dolayısı ilə qəbul etməsinə nail olmaqdır. Lakin ərazi bütövlüyü məsələsi Gürcüstan üçün o qədər həssasdır ki, heç bir hakimiyyət bu məsələdə xalqın iradəsinə zidd qərar vermək imkanına malik deyil.

Torpaq, ərazi bütövlüyü dövlətçilik və milli kimlik məsələsidir. Hər hansı hakimiyyət öz ölkəsinin torpaqlarından imtina etməyə razılıq versə, bunun siyasi nəticələrindən qaça bilməz. İndiki Gürcüstan hakimiyyəti də məhz bu reallığı nəzərə alaraq ərazi bütövlüyü məsələsində geri çəkilmir.

Mənə elə gəlir ki, burada başqa bir siyasi hesablamanın da olması mümkündür. Gürcüstan hakimiyyəti, Rusiyaya yaxın siyasət yürütməsinə baxmayaraq, Putin rejiminin uzunmüddətli perspektivdə nə qədər dayanıqlı olacağına əmin deyil. Ola bilsin, İvanişvili komandası Putindən sonrakı dövrü də nəzərə alır və gələcəkdə Rusiya ilə münasibətlərdə çətin vəziyyətə düşməmək üçün indidən gürcü cəmiyyətinin mövqeyini qorumağa çalışır.

Çünki Putin rejimindən sonrakı siyasi reallıq tamamilə fərqli ola bilər. Belə bir şəraitdə Gürcüstan hakimiyyətinin öz xalqının iradəsinə uyğun olaraq ərazi bütövlüyünü müdafiə etməsi onun gələcək siyasi mövqeyi baxımından da əhəmiyyət daşıyır”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ