Cümə günü, 27 noyabr 2026
     

Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

Image


Mingəçevir Dövlət Universitetində tələbələrin elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, innovativ düşüncə və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər yeni və daha genişmiqyaslı platformaların yaradılması ilə davam etdirilir.

2026-cı il noyabrın 27-də Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə "Tələbə Tədqiqatları və İnnovasiyalar" üzrə I Mingəçevir Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan forum tələbələrin elmi və innovativ potensialının üzə çıxarılması, gənc tədqiqatçıların təşəbbüslərinin dəstəklənməsi, yeni ideyaların praktiki tətbiq imkanlarının müəyyənləşdirilməsi, akademik mühitlə sənaye və biznes sektorunun inteqrasiyasının gücləndirilməsi məqsədi daşıyıb.

Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələrini, akademik heyət nümayəndələrini, sənaye və biznes sektorunun təmsilçilərini, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən ekspertləri bir araya gətirən forum fərqli konsepsiyası, paralel tematik sessiyaları və interaktiv müzakirə formatı ilə seçilib. Mingəçevir regional "ASAN xidmət" mərkəzinin konfrans zalında keçirilən forumun rəsmi açılış mərasimi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov müasir ali təhsil sistemində elmi-tədqiqat fəaliyyətinin, innovasiya və sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsinin strateji əhəmiyyətindən bəhs edib. Universitetlərin yalnız bilik ötürən təhsil müəssisələri deyil, yeni biliklərin, texnologiyaların və innovativ həllərin formalaşdığı inkişaf mərkəzləri kimi fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdıran rektor tələbələrin erkən mərhələdən tədqiqat fəaliyyətinə cəlb edilməsinin, onların yaradıcı təşəbbüslərinin dəstəklənməsinin və real sektorun çağırışlarına uyğun layihələr hazırlamalarının əhəmiyyətini vurğulayıb. Anar Eminov forumun keçirilməsini Mingəçevir Dövlət Universitetində formalaşdırılan innovasiya ekosisteminin inkişafı, tələbəyönümlü tədqiqat mühitinin gücləndirilməsi və universitet–sənaye əlaqələrinin yeni müstəviyə daşınması baxımından mühüm təşəbbüs kimi dəyərləndirib. Rektor qeyd edib ki, universitetin əsas hədəflərindən biri tələbələrin yalnız mövcud bilik və texnologiyaların istifadəçisi deyil, yeni biliklərin, texnoloji həllərin və innovativ məhsulların yaradıcıları kimi yetişdirilməsidir. Daha sonra "HTech Invest" şirkətinin icraçı direktoru Orxan Nadirov çıxış edərək innovasiya ekosisteminin inkişafı, texnoloji sahibkarlığın təşviqi, gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi və ali təhsil müəssisələri ilə texnologiya sektorunun əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən danışıb. "

AlievSpace" şirkətinin icraçı direktoru Emin Əliyev çıxışında müasir texnoloji çağırışlar, innovasiya əsaslı sahibkarlıq, gənclərin gələcəyin əmək bazarına hazırlanması və innovativ ideyaların real biznes layihələrinə çevrilməsi istiqamətində mövcud imkanlara toxunub.

MDU-nun Riyaziyyat və informasiya texnologiyaları fakültəsinin dekanı Aidə Mustafayeva forumun konsepsiyası, məqsədləri, elmi-tədqiqat istiqamətləri və proqramı haqqında ətraflı məlumat verib. Tələbələrin elmi və innovativ fəaliyyətinin təşviq edilməsində bu cür platformaların rolunu vurğulayan dekan forumun gənclərin akademik və peşəkar inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Forumun rəsmi açılış mərasimi çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə "HTech Invest" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, innovasiya və texnologiya sahəsində birgə fəaliyyət imkanlarının inkişaf etdirilməsi, tələbələrin innovativ təşəbbüslərinin dəstəklənməsi və akademik biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsi baxımından yeni əməkdaşlıq perspektivləri yaradıb. Əməkdaşlıq tələbələrin texnoloji sahibkarlıq, innovativ layihələrin hazırlanması və praktiki bacarıqlarının inkişafı istiqamətində yeni imkanların formalaşdırılmasına xidmət edəcək.

Forumun mühüm fəaliyyət istiqamətlərindən biri Mingəçevir Yüksək Texnologiyalar Parkında təşkil olunan "Industry Connect" – "Sənaye ilə görüş" sessiyası olub. "Orange Zone" konsepsiyası əsasında keçirilən sessiyada tələbələrlə sənaye və biznes nümayəndələri arasında birbaşa dialoq mühiti yaradılıb, müasir texnologiyaların inkişaf tendensiyaları, əmək bazarının dəyişən tələbləri, texnoloji sahibkarlıq və gələcəyin peşələri ətrafında müzakirələr aparılıb. Sessiya çərçivəsində Emin Əliyev "Texnologiyaların və sahibkarlığın gələcəyi", Əntiqə Cəlilova "MasaPay platforması", İsmət Cahangirov isə "Tələbələr üçün peşəkar istiqamətlər və karyera imkanları" mövzularında təqdimatlarla çıxış ediblər. Tələbələrin sənaye nümayəndələri ilə birbaşa fikir mübadiləsi aparmasına, müasir biznes modelləri ilə tanış olmasına, peşəkar inkişaf imkanlarını dəyərləndirməsinə və gələcək karyera istiqamətlərini müəyyənləşdirməsinə şərait yaradılıb.

Forumun "Purple Zone" tematik zonasında təşkil olunan "Innovation & Business Hub" sessiyası innovativ ideyaların biznes layihələrinə çevrilməsi, sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi və müasir biznes mühitinin imkanlarının öyrənilməsinə həsr olunub. Sessiyada Yunis Paşayev "Biznes ideyalarının reallaşdırılması və investisiyaların cəlb edilməsi", Diana Qasımova isə "Creative Production & SMM" mövzularında təqdimatlarla çıxış ediblər. İnnovativ ideyaların inkişaf mərhələləri, onların bazar imkanlarının müəyyənləşdirilməsi, investisiyaların cəlb olunması, yaradıcı sənayelər, rəqəmsal kommunikasiya və sosial media marketinqinin müasir biznes mühitində rolu sessiyanın əsas müzakirə istiqamətlərini təşkil edib. Forum çərçivəsində təşkil olunan "Blue Zone" tematik zonasında "Gələcəyin Universiteti" adlı interaktiv debat keçirilib. "Süni intellekt tələbələrin yaradıcılıq qabiliyyətini zəiflədir, yoxsa inkişaf etdirir?" mövzusuna həsr olunan debatda tələbələr süni intellektin təhsil sisteminə, elmi-tədqiqat fəaliyyətinə, yaradıcı düşüncəyə və insanın intellektual inkişafına təsiri ilə bağlı müxtəlif yanaşmalarla çıxış ediblər.

Müzakirələrdə süni intellektin yaratdığı imkanlarla yanaşı, onun tətbiqindən irəli gələn çağırışlar, akademik dürüstlük, müstəqil düşüncə, rəqəmsal asılılıq və texnologiyalardan məsuliyyətli istifadə məsələlərinə diqqət yetirilib. Debat tələbələrin tənqidi və analitik düşüncə, arqumentləşdirmə, ictimai çıxış və fərqli mövqelərə əsaslandırılmış münasibət bildirmək bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma olub. Forumun növbəti mərhələsində Mingəçevir Gənclər evində müasir texnologiyalar, kibertəhlükəsizlik və süni intellekt mövzularında "Workshop" formatında ekspert təqdimatları təşkil olunub.

Mühammet Ali "Siber Güvenlik ve Bilgi Güvenliği", Serap Yağmur isə "Üretken Yapay Zekânın Perde Arkası: Teknik Mimari, Halüsinasyonlar ve Dijital Etik" mövzularında təqdimatlarla çıxış ediblər. Ekspert sessiyalarında informasiya təhlükəsizliyi, kiberrisklərin idarə olunması, generativ süni intellekt sistemlərinin iş prinsipləri, süni intellektin təqdim etdiyi məlumatların etibarlılığı, rəqəmsal etika və yeni texnologiyalardan məsuliyyətli istifadə məsələləri diqqət mərkəzində olub.

Forumun ən dinamik və maraqlı fəaliyyət istiqamətlərindən biri "Innovation Challenge" – "Tələbə ideyalar marafonu" olub. Mingəçevir Gənclər evində təşkil olunan ideyalar marafonu Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclərin yaradıcı potensialının nümayiş etdirilməsi, innovativ təşəbbüslərinin tanıdılması və tələbələr arasında elmi-texnoloji fikir mübadiləsinin genişləndirilməsi üçün mühüm platformaya çevrilib. Marafonda Mingəçevir Dövlət Universitetinin tələbələri ilə yanaşı, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri öz innovativ ideya və layihələrini nümayiş etdiriblər. Forumda ümumilikdə 35 komanda üzrə 135 tələbənin iştirakı gənclərin elmi-tədqiqat və innovasiya fəaliyyətinə marağının, yaradıcı potensialının və yeni texnoloji həllərin hazırlanması istiqamətində təşəbbüskarlığının göstəricisi olub. İdeyalar marafonu çərçivəsində tələbələr hazırladıqları innovativ layihələri, yaradıcı təşəbbüsləri və problemlərin həllinə yönəlmiş ideyalarını ekspertlərə təqdim ediblər.

Təqdim olunan layihələr ətrafında müzakirələr aparılıb, ideyaların praktiki tətbiq imkanları, inkişaf perspektivləri, elmi və texnoloji potensialı, gələcəkdə innovativ məhsula və startap layihəsinə çevrilməsi imkanları diqqət mərkəzində olub. Tələbələrin öz ideyalarını ekspert auditoriyası qarşısında təqdim etməsi, peşəkar rəylər əldə etməsi, digər universitetlərin tələbələrinin layihələri ilə tanış olması və qarşılıqlı təcrübə mübadiləsi aparması ideyalar marafonunun əsas üstünlüklərindən biri olub. "Innovation Challenge" gənclərin yalnız mövcud problemləri müəyyənləşdirən deyil, həmin problemlərin həlli üçün yeni yanaşmalar və texnoloji həllər təklif edən gələcəyin tədqiqatçıları, innovatorları və sahibkarları kimi formalaşmasına xidmət edib.

Forumun elmi-tədqiqat istiqaməti üzrə Mingəçevir Dövlət Universitetinin əsas tədris korpusunda üç tematik panel təşkil olunub. "Ağıllı şəhər, süni intellekt və rəqəmsal infrastrukturun innovativ həlləri" adlı birinci paneldə müasir şəhərlərin rəqəmsal transformasiyası, süni intellekt texnologiyalarının tətbiqi və ağıllı şəhər konsepsiyasının inkişafı istiqamətində tələbə tədqiqatları müzakirə edilib.

"Riyazi modelləşdirmə, geoinformasiya və ekoloji dayanıqlı şəhər həlləri" adlı ikinci paneldə riyazi modelləşdirmənin praktiki tətbiqi, geoinformasiya texnologiyaları, ekoloji dayanıqlılıq və şəhər mühitinin inkişafına yönəlmiş elmi yanaşmalara diqqət yetirilib. "Riyaziyyatın gündəlik həyatda tətbiqi, rəqəmsal təhsil və innovativ öyrənmə texnologiyaları" adlı üçüncü paneldə isə fundamental biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsi, təhsildə rəqəmsal texnologiyaların tətbiqi və innovativ öyrənmə metodları ilə bağlı tələbə tədqiqatları təqdim olunub. Elmi panellər tələbələrin tədqiqat nəticələrini akademik auditoriyaya təqdim etməsi, elmi müzakirələrdə iştirak etməsi, araşdırma və təqdimat bacarıqlarını inkişaf etdirməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Forumun yekun mərhələsində gün ərzində həyata keçirilən fəaliyyətlərə nəzər salınıb, elmi-tədqiqat və innovasiya sessiyaları üzrə yekun müzakirələr aparılıb. "Innovation Challenge" – "Tələbə ideyalar marafonu" çərçivəsində nümayiş etdirilən layihələr ekspertlər tərəfindən qiymətləndirilib və müsabiqənin qalibləri müəyyənləşdirilib. Qiymətləndirmənin nəticələrinə əsasən, 1 komanda I yerə, 2 komanda II yerə, 3 komanda isə III yerə layiq görülüb. Beləliklə, ümumilikdə altı komanda təqdim etdikləri innovativ layihələrlə fərqlənərək mükafatlandırılıb. Qalib komandaların mükafatlandırılması tələbələrin elmi-tədqiqat və innovasiya fəaliyyətinə marağının artırılması, yaradıcı təşəbbüslərinin stimullaşdırılması, universitetlərarası sağlam rəqabət mühitinin formalaşdırılması və perspektivli ideyaların gələcək inkişafının təşviq edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Həmçinin forumun təşkilinə və keçirilməsinə dəstək göstərən şəxslər və forum iştirakçıları təltif olunublar.

"Tələbə Tədqiqatları və İnnovasiyalar" üzrə I Mingəçevir Forumu məzmunu, çoxşaxəli proqramı, fərqli məkanlarda paralel şəkildə təşkil olunan fəaliyyətləri, sənaye nümayəndələri ilə birbaşa görüşləri, ekspert sessiyaları, interaktiv debatları, ideyalar marafonu və elmi panelləri ilə ənənəvi akademik tədbir formatından fərqlənib. Forum elmi tədqiqat, innovasiya, texnologiya, sahibkarlıq və sənaye əməkdaşlığını vahid platformada birləşdirməklə tələbə ideyalarının akademik auditoriyadan real sektorun gündəliyinə daşınması istiqamətində mühüm təşəbbüs olub.

Bu təşəbbüs Mingəçevir Dövlət Universitetinin müasir tədqiqat və innovasiya ekosisteminin formalaşdırılması, universitet–sənaye inteqrasiyasının gücləndirilməsi və gənclərin gələcəyin elmi-texnoloji çağırışlarına hazırlanması istiqamətində həyata keçirdiyi strateji fəaliyyətin növbəti mərhələsi kimi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, I Mingəçevir Forumu müxtəlif universitetlərin tələbələrini ortaq elmi və innovativ məqsədlər ətrafında birləşdirməklə Mingəçevirin elm, təhsil, texnologiya və innovasiya mərkəzi kimi inkişafına töhfə verən, gələcəkdə davamlı əməkdaşlıq imkanları yaradan yeni platformanın əsasını qoyub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ