Cümə günü, 27 noyabr 2026
     

Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

Image


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə 1992-ci ildən fəaliyyət göstərən Rusiya sərhədçilərinin mərhələli şəkildə ölkədən çıxarılacağını və yaxın illərdə Ermənistanın dövlət sərhədlərinin mühafizəsinə tam məsuliyyəti öz üzərinə götürəcəyini açıqlayıb.

Paşinyan bildirib ki, Ermənistan suveren dövlət kimi öz sərhədlərinin təhlükəsizliyini müstəqil təmin etməlidir. O, indiyədək Ermənistanın sərhədlərinin qorunmasında iştirak etdiklərinə görə Rusiya sərhədçilərinə təşəkkür edib. Baş nazir, həmçinin, Ermənistanın müstəqil xarici siyasət yürütmək və qərarlarını özü qəbul etmək hüququna malik olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya sərhədçiləri 1992-ci il müqaviləsinə əsasən Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsində iştirak edirlər. Onların ölkədən çıxarılması prosesi 2024-cü ildə başlayıb. İlk mərhələdə Rusiya sərhədçiləri Azərbaycanla sərhədin müəyyən hissələrindən və Zvartnots hava limanından çıxarılıb. Ermənistan sərhədçiləri bir sıra istiqamətlərdə onların funksiyalarını öz üzərinə götürüblər.

Paşinyanın bu açıqlaması onun Moskvaya planlaşdırılan səfəri ərəfəsində səsləndirilib. O, Rusiya ilə dialoqun davam etdirilməsində maraqlı olduqlarını və iki ölkə arasında mövcud məsələlərin qarşılıqlı anlaşma yolu ilə həllinin mümkünlüyünə inandığını bildirib.

Paşinyanın Rusiya sərhədçilərinin Ermənistandan tamamilə çıxarılması ilə bağlı açıqlaması Moskva-İrəvan münasibətlərinə necə təsir göstərəcək? Ermənistanın sərhəd təhlükəsizliyini müstəqil təmin etmək qərarı regionda geosiyasi qüvvələr nisbətini dəyişə bilərmi? Bu addım Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi kimi qiymətləndirilə bilərmi?

Cənubi Qafqazda geosiyasi proseslərin dəyişməsi fonunda Rusiyanın Ermənistandakı hərbi mövcudluğu yenidən gündəmə gəlib. Ermənistanın Rusiya ilə hərbi-siyasi münasibətlərə yenidən baxması, sərhədçilərin ölkədən mərhələli şəkildə çıxarılması və rus hərbi kontingentinin gələcək taleyi regionda qüvvələr nisbətinin dəyişdiyinə dair müzakirələri gücləndirib. Xüsusilə Baş nazir Nikol Paşinyanın Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasına açıq olduğunu bildirməsi bu prosesin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı suallar yaradıb.

Azər Həsrət: "Rusiyanın hərbçilərinin Ermənistanda qalması Ermənistanın sabahını təhlükə altına qoyur"

Azər Həsrət: Beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrdəki proseslərə yanaşmaları ikili standartlara əsaslanır - AZƏRTAC

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları getdikcə zəifləyir. Onun sözlərinə görə, Azərbaycan artıq Rusiyanın təsir dairəsindən çıxıb, Gürcüstanda isə, hakimiyyətin mövqeyindən asılı olmayaraq, cəmiyyətin Rusiyaya münasibəti mənfidir.

Ekspert qeyd edib ki, Ermənistan da İkinci Qarabağ müharibəsindən sonra Rusiya ilə əvvəlki münasibətləri davam etdirməyin mümkün olmadığını anlayıb: "Ermənistan nicatın Azərbaycan və Türkiyə ilə yaxınlaşmaqda olduğunu görür. Buna görə də Rusiya sərhədçilərinin ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılıb. Hazırkı mərhələdə Rusiya rəhbərliyi də açıq şəkildə bildirir ki, Ermənistan istəsə, rus hərbi qüvvələri ölkədən dərhal çıxarıla bilər. Paşinyan da Ermənistan adından bu məsələyə hazır olduqlarını ifadə edir. Faktiki olaraq, Ermənistan Rusiyanın təsir dairəsindən uzaqlaşır. Çünki artıq anlayır ki, Rusiya ilə yol getməklə ölkənin təhlükəsizliyini və gələcəyini təmin etmək mümkün deyil".

Azər Həsrətin fikrincə, Rusiya hərbçilərinin Ermənistanda qalması təkcə bu ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik maraqları baxımından mübahisəli məsələdir. O vurğulayıb ki, Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiya əraziləri istisna olmaqla, ölkənin digər hissələrində Rusiya hərbi qüvvələri yoxdur. Azərbaycanda isə ümumiyyətlə Rusiya hərbi kontingenti yerləşdirilməyib. Halbuki, hər iki ölkənin Rusiya ilə birbaşa dövlət sərhədi mövcuddur. Ermənistanın isə Rusiya ilə ortaq sərhədi yoxdur.

Siyasi şərhçi hesab edir ki, belə şəraitdə Rusiyanın Azərbaycan və Gürcüstanın arasından keçərək Türkiyə ilə qonşu olan Ermənistanda hərbi kontingent saxlaması regionun təhlükəsizlik arxitekturası baxımından arzuolunan deyil. Onun qənaətinə görə, Paşinyanın rus hərbçilərinin çıxarılması məsələsini gündəmə gətirməsinin səbəblərindən biri də bu amillə bağlı ola bilər.

Ekspert bu prosesdə Bakı və Ankaranın da maraqlarının nəzərə alına biləcəyini istisna etməyib: "Mümkündür ki, Bakı və Ankara da Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasını istəyir. Ola bilər ki, Ermənistana münasibətlərin normallaşdırılması və səmimi əməkdaşlığın qurulması üçün üçüncü tərəfin – Rusiyanın hərbi mövcudluğuna son qoyulması ilə bağlı şərt irəli sürülsün. Ermənistan da bunun fərqindədir. 2024-cü ildən etibarən rus sərhədçilərinin çıxarılması istiqamətində atılan addımlar bu prosesin artıq başladığını göstərir. Rusiyaya da anladılır ki, hərbçilərinin Ermənistanda qalması bu ölkənin gələcəyini təhlükə altına qoyur".

Azər Həsrət Paşinyanın səfəri ərəfəsində Rusiya hərbçilərinin çıxarılması ilə bağlı müzakirələrin intensivləşməsini də təsadüfi hesab etmir. Onun fikrincə, bu açıqlamalar Moskvanın Ermənistanın istəyinə müsbət yanaşmağa hazır olduğunun göstəricisi ola bilər. Şərhçi hesab edir ki, Rusiyanın Ukraynada apardığı müharibə fonunda öz hərbi qüvvələrinə ehtiyacının artması da kontingentin Ermənistandan çıxarılmasını asanlaşdıra biləcək amillərdəndir.

Siyasi şərhçinin qənaətinə görə, Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazda azalması regionda yeni geosiyasi reallıqların formalaşmasına təsir göstərə bilər. O, gələcəkdə Gürcüstanın ərazi bütövlüyünün bərpası və Şimali Qafqazın müstəqilliyi məsələlərinin də gündəmə gələcəyini düşünür.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ