Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə bir sinifdə şagird sayının 52-yə çatması valideynlərin narazılığına səbəb olub. Bu barədə valideyn Arifə Mikayılova sosial şəbəkədə paylaşım edib.
Valideynin sözlərinə görə, övladı 38 şagirdin təhsil aldığı sinifdə 5-ci sinfə keçib. Bu tədris ilində sinfin müəllim heyətindən və təhsil şəraitindən razı qalan digər valideynlər də uşaqlarını həmin sinfə keçirmək istəyiblər. Nəticədə sinifdə şagird sayı 52-yə yüksəlib.
"Bu tədris ilində sinfimizin müəllim heyətindən və təhsil şəraitindən razı qalan digər valideynlər də öz uşaqlarını bu sinfə keçirmək istədilər. Nəticədə hazırda sinifdə şagird sayı 52-yə çatıb. Tədrisin keyfiyyətini bir kənara qoyaq, uşaqlar belə sıxlıqda boğulur, nəfəs ala bilmirlər".
Xüsusi qeyd etmək istəyirəm ki, son dəfə sinfə gətirilən 4 şagirdin adları elektron sistemdə və sinif jurnalında hələ də başqa sinifdə qeyd olunurdu" - deyə şikayətçi valideyn bildirib.
O, yerdəyişmə prosesi rəsmi qaydada başa çatmamış həmin şagirdlərin hansı əsasla sinfə qəbul edildiyini sual edib: "Yerdəyişmə prosesi rəsmi qaydada başa çatmamış bu uşaqlar hansı əsasla və nə üçün bizim sinfə gətirilib?"
Valideynlər dəfələrlə məktəb rəhbərliyinə müraciət edərək yeni paralel sinfin açılmasını istəyiblər. Lakin onlara məktəbdə əlavə boş otağın olmadığı, şagirdlərin yerdəyişməsinin isə yuxarı rəhbərliyin göstərişi ilə həyata keçirildiyi bildirilib - deyə əlavə edilib.
Şikayətçi bildirib ki, narazılıqlarını dəfələrlə məktəb direktoruna bildiriblər, yeni paralel sinif açılması üçün aidiyyəti qurumlara müraciət edilməsini xahiş etmişik. Lakin onlara "məktəbdə əlavə boş otaq yoxdur, şagirdlərin yerdəyişməsi isə "yuxarıların" göstərişi ilə həyata keçirilir" cavabı verilib.
O, qeyd edib ki, Regional Təhsil İdarəsinə şikayət etmək niyyətində olduqlarını məktəb direktoruna çatdırdıqdan sonra direktor məsələnin özünün həll edəcəyini bildirib. Buna baxmayaraq, sonradan sinfə daha 4 şagird gətirilib.
ZÜMRÜD