Gürcüstanın Batumi şəhərinin hava limanında israilli və türkiyəli futbol azarkeşləri arasında dava düşüb.
“The Times of Israel” nəşrinin məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən hava limanında gecikən azarkeşlər arasında yaranan mübahisə əlbəyaxa qarşıdurmaya çevrilib. Gürcüstan polisi hadisəyə müdaxilə edərək tərəfləri ayırıb.
İnsident bir neçə gün əvvəl “Hapoel Beer-Şeva” və “Beşiktaş” komandaları arasında keçirilən matçda baş verən qarşıdurmadan sonra qeydə alınıb. Həmin görüş türkiyəli azarkeşlərlə təhlükəsizlik əməkdaşları arasında yaranan insident səbəbindən dayandırılmışdı.
Tahir TAĞIYEV