şənbə günü, 28 noyabr 2026
     

Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

Image


Rusiyanın Voronej vilayətində azərbaycanlı iş adamı Yusif Xəlilovla əlaqələndirilən daşınmaz əmlaklarla bağlı məhkəmə çəkişmələri genişlənir. Vilayət prokurorluğu şəhərdə yerləşən “Alekseyevski” bazarının ərazisindəki torpaq sahələrinin və həmin ərazidəki 20 tikilinin dövlət mülkiyyətinə qaytarılması tələbi ilə məhkəməyə müraciət edib.

“Kommersant” nəşrinin məlumatına görə, prokurorluq bazarın yerləşdiyi ərazinin əsasını təşkil edən torpaq sahəsinin 2007-ci ildə saxta sənədlər əsasında dövlət qeydiyyatına alındığını iddia edir. Sonradan həmin ərazi bir neçə torpaq sahəsinə bölünüb. Prokurorluğun iddiasına görə, torpaqlar dövlət mülkiyyətindən qanunsuz şəkildə çıxarılıb və müxtəlif şəxslərin mülkiyyətinə keçib.

Hazırda mübahisəli ərazinin bir hissəsi Voronejdə tanınmış iş adamı, Azərbaycan diasporunun nümayəndəsi Yusif Xəlilovun, digər hissəsi isə bazarın operatoru olan “Alef” MMC-nin mülkiyyətindədir. Prokurorluq həmin torpaqların və üzərindəki tikililərin Rusiya dövlətinin mülkiyyətinə qaytarılmasını tələb edir.

Məhkəmə prosesinin qapalı keçirilməsi gözlənilir. Buna səbəb iş materiallarında məxfi qrifi daşıyan sənədlərin olmasıdır. Voronej vilayət məhkəməsinin məlumat bazasında mülki iş üzrə tərəflərin adları da açıqlanmır.

“Kommersant”ın hüquq-mühafizə orqanlarındakı mənbələrinin bildirdiyinə görə, iddia məhkəməyə hələ 2026-cı ilin sentyabrında təqdim edilib. İş üzrə növbəti iclas dekabrın 9-na təyin olunub. Mənbələr prosesin uzun çəkə biləcəyini və ilin sonunadək yekun qərarın qəbul edilməsinin az ehtimal olunduğunu bildirirlər.

“Yardy Superbar” sökülməsi qərarı icra olunmayıb...

Xəlilovla əlaqələndirilən digər əmlaklarla bağlı da yeni məlumatlar yayılıb. Noyabrın 25-də yerli “Gorkom36” nəşri bildirib ki, iş adamı Petrovski sahili yaxınlığında yerləşən “Yardy Superbar” restoranının sökülməsi barədə məhkəmə qərarını indiyədək icra etməyib.

Məlumata görə, məhkəmə təxminən bir il əvvəl tikilini qanunsuz hesab edərək sökülməsi barədə qərar qəbul edib. Lakin Voronej vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına əsasən, Xəlilov icra məmurlarının tələbinə cavab verməyib. Nəticədə restoranın sökülməsi məsələsi hələ də həllini tapmayıb. Bundan əvvəl yerli media obyektin möhürləndiyini və istifadəsiz vəziyyətdə qaldığını yazıb.

“Fort” restoranı ilə bağlı iş yenidən araşdırılır...

Xəlilovla əlaqələndirilən digər obyekt – Donbass küçəsindəki “Fort” restoranı da hüquqi mübahisələrin predmetidir. İyul ayında Voronej vilayət məhkəməsi prokurorluğun 2007-ci ildə qəbul edilmiş qərara yenidən baxılması barədə təqdimatını təmin edib. Həmin qərarla restoran binasına mülkiyyət hüququ tanınmışdı.

Prokurorluq binanın özbaşına tikili olduğunu və ticarət pavilyonu üçün ayrılmış torpaq sahəsində inşa edildiyini bildirir. İddialara görə, obyektə mülkiyyət hüququnun tanınması zamanı yerli hakimiyyət orqanlarının qanunsuz hərəkətləri olub. İş üzrə yenidən araşdırmaya sonradan üzə çıxmış hallar əsas verib. Restoranın rəsmi fəaliyyətinin yerli sahibkar Valeri Naxamayev vasitəsilə həyata keçirildiyi, lakin obyektin Xəlilovla əlaqələndirildiyi qeyd olunur.

Yusif Xəlilov 2025-ci ilin avqustunda Voronejdə rüşvət verməkdə şübhəli bilinərək saxlanılmışdı. İstintaqın versiyasına görə, o, oğlunun hərbi xidmətə yararsız hesab edilməsi üçün vəzifəli şəxsə 300 min rubldan artıq məbləğdə pul vermiş ola bilərdi. İş adamı həmin ilin oktyabrında istintaq təcridxanasından azad edilib və “Kommersant”ın məlumatına görə, Azərbaycana gedib.

Bundan başqa, “Vesti Voronej” nəşri noyabrın 25-də Xəlilovun hazırda ölkə xaricində olduğunu yazıb. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının “Alekseyevski” bazarına sonuncu məlum səfəri 2026-cı ilin oktyabrında baş tutub. Həmin yoxlama zamanı bir nəfər hərbi komissarlığa aparılıb.

Beləliklə, hazırda “Alekseyevski” bazarının torpaqları və 20 tikili ilə bağlı əsas məhkəmə mübahisəsi davam edir. Dekabrın 9-da keçiriləcək iclasda işə baxılmasının növbəti mərhələsi müəyyənləşəcək. Bununla yanaşı, “Fort” restoranı üzrə yenidən araşdırma, “Yardy Superbar”ın sökülməsi ilə bağlı qərarın icra olunmaması Xəlilovla əlaqələndirilən əmlaklar ətrafında hüquqi proseslərin davam etdiyini göstərir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ