İran ABŞ və İsraili yeni hücumlarla bağlı xəbərdar edib.
“Mehr” agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, briqada generalı Kiumars Heydəri bildirib ki, İrana hücum edilən dünyanın istənilən nöqtəsindəki obyektlər Tehran üçün qanuni hədəf hesab olunacaq.
“İrana qarşı təhlükə yaradan istənilən mövqe hədəfə çevriləcək”, – deyə general vurğulayıb.
Heydəri İran ordusunun mümkün hərbi əməliyyatlara tam hazır olduğunu bildirib və ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı irəli sürdüyü ultimatumları ciddi qəbul etmədiklərini deyib.
General, həmçinin Hörmüz boğazının İranın nəzarətində olduğunu iddia edərək, ölkəsinin geosiyasi mövqeyinin qlobal əhəmiyyət daşıdığını qeyd edib.
Tahir TAĞIYEV