Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın qurumdan çıxarılması məsələsini gündəmə gətirmir. Təşkilatın baş katibi Taalaibek Masadıkov bildirib ki, Ermənistanın gələcəkdə KTMT-də iştirak edib-etməyəcəyinə özü qərar verməlidir.
O, TASS agentliyinə və “Evrazimut” jurnalına müsahibəsində təşkilatın nizamnaməsinə uyğun fəaliyyət göstərdiyini və vəziyyəti gərginləşdirmək niyyətində olmadığını vurğulayıb.
Masadıkov eyni zamanda qeyd edib ki, KTMT üzv ölkələrdən birinin kollektiv fəaliyyətlərdə iştirak etməməsini diqqətdən kənarda saxlaya bilməz.
Tahir TAĞIYEV