ABŞ-da 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar və Demokratlara alternativ ola biləcək müstəqil namizədlərin iştirakı müzakirə olunur.
“The Hill” nəşrinin məlumatına görə, potensial namizədlər arasında aktyor Metyu Makkonaki, mühafizəkar şərhçi Taker Karlson, sahibkar Endryu Yanq, jurnalist Don Lemon və konqresmen Tomas Massinin adları çəkilir.
Onlardan heç biri hələlik prezidentliyə namizədliyini rəsmən elan etməyib. Nəşr qeyd edir ki, müstəqil namizədlərin seçkilərdə qalib gəlməsi çətin olsa da, onların Respublikaçılar və Demokratların elektoratından səs alaraq seçki nəticələrinə təsir göstərmək imkanları var.
Tahir TAĞIYEV