Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ermənilərin saxtalaşdırdığı Azərbaycan mənşəli toponimlər...
Tarix: 17.02.2015 / 01:41
Bölmə: Layihə
Adlar dəyişdirilsə də, onları məhv etmək mümkünsüzdür
Zamanın vərəqi çevrilsə də, dövran dəyişsə də, tarixdə baş verənlər simasını dəyişə bilmir. Oğuz babalarımızın minillər boyu sahib olduğu, binə qurduğu, ev-eşik yaratdığı yurd yerlərimiz bizim üçün əzizdir, doğmadır. Təəssüflər olsun ki, bu ocağa su calayıb onu söndürənlər tapıldı. İndiki Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi hazırda erməni tapdağı altındadır.
Bu həm də o deməkdir ki, torpaqlarımızla bərabər oradakı toponimlər, arxeoloji abidələr, tariximizin, milli mədəniyyətimizin bir parçasını yaşadan dəyərlərimiz də işğal altındadır. Yerli medaiada yayılan xəbərlərə görə, artıq Ermənistanda türk toponimləri erməniləşdirilib və onlardan bizim izlərimiz kütləvi şəkildə silinib. Erməni dəyirmanı nə qədər işləsə də, bizim ad-sanımızı, milli mədəniyyət elementlərini, arxaik adlarımızı tam məhv edə bilməz. Çünki zamanında böyük alimlərimiz Qərbi Azərbaycandakı yer-yurd adlarını, dağ-çay isimlərini yazıya köçürüb və bu da erməni saxtakarlığına vurulan çox dəyərli bir sillədir. Ermənilər saxtalaşdırmaqda davam etsə də, Azərbaycan alimləri onlara layiqli cavab verir.
Məlumdur ki, toponimlər hər bir xalqın etno-linqvistik yaddaşı kimi qiymətləndirilir. Bu toponimlərdə xalqın bütün keyfiyyətləri, ad mədəniyyəti yaşayır. O da bəllidir ki, keçmiş nəsillərin qoyub getdiyi yer-yurd adlarına türklər həmişə həssas münasibət bəsləyib, lakin təəssüflər olsun ki, o həssaslığın qarşılığını ala bilməmişik. Çünki çoxsaylı sürgünə, deportasiyaya məruz qalan xalqın yurd yerində buraxdığı bütün mədəniyyət nümunələri saxtakarlığa, təcavüzə məruz qalır.
Keçən əsrin sonlarından başlayaraq kütləvi olaraq ermənilər tərəfindən saxtalaşdırılan toponimlər haqqında elmi-kütləvi məqalələr, kitablar, broşürlar çap edilməyə başlayıb. Hər bir tarixçi, coğrafiyaçı çalışır ki, bu sahəyə öz töhfəsini versin.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Nazim Mustafanın bu sahədə gördüyü iş marağımızı çəkdi. Nazim Mustafa eyniadlı elektron səhifəsində Qərbi Azərbaycanda erməni təcavüzünə məruz qalan toponimlərdən bəhs edib. Elmi işçi qeyd edir ki, hər hansı bir ərazidə toponimlər sisteminin formalaşması üçün yüz illər, bəlkə də min illər lazımdır: «Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşıb. Qədim türklər yaşadıqları ərazini coğrafi relyefin, tarixi şəxsiyyətlərin və tayfaların adları ilə adlandırmışlar. Bu gün Ermənistan Respublikası adlanan dövlət əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılıb. 1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində - yəni «Erməni vilayəti»nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi.
Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan Respublikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olub. Rusiyanın 1827-ci ildə İrəvan xanlığını işğalından başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yarananadək ötən müddət ərzində həmin ərazidə yalnız üç azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib. İşğaldan sonra İrəvan şəhəri 1828-ci ildə Erivan adlandırılıb. Rusiya çarı Nikolayın 1837-ci ildə Gümrüyə gəlməsindən sonra şəhərin adı dəyişdirilərək çarın arvadı Aleksandra Feodorovnanın şərəfinə Aleksandropol adlandırılıb. 1828-1829-cu illər rus-türk müharibəsindən sonra ermənilər kütləvi surətdə Türkiyənin Bəyazid paşalığının ərazisindən Göyçə gölünün ətrafında məskunlaşdırılıb. 1850-ci ildə İrəvan quberniyası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdirilərək Novo-Bayazet adlandırılıb və eyniadlı qəza mərkəzinə çevrilib. Bu üç yaşayış məntəqəsinin adları istisna olmaqla, çar Rusiyası dövründə buraxılan inzibati və topoqrafik xəritələrdə, statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları və digər toponimlər olduğu kimi saxlanırdı».
N.Mustafanın dediyinə görə, Ermənistanda türkmənşəli toponimlərin erməniləşdirmə kampaniyasına hələ daşnak hökuməti zamanında başlanıb. O bildirir ki, 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə Daxili İşlər Nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılıb. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da türkmənşəli toponimlərin erməniləşdirilməsi prosesi davam etdirilib. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adları dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilib. Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə əməliyyatları həyata keçirilib. Ermənistanda daşnakların hakimiyyəti dövründən 1935-ci ilədək 195 yaşayış məntəqəsinin adı dəyişdirilib. 1988-ci ilin avqust ayınadək - yəni azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmasınadək indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskəninin adı dəyişdirilib. Sovet hakimiyyəti illərində Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi prosesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbaycanlı kəndlərinin adları Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinib. Məsələn, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1978-ci il tarixli fərmanı ilə Aşağı Kilsə (Quqark), Ağtala (Kamo (Kəvər)), Rəhimabad (Masis (Zəngibasar)), Qamışlı (Vardenis (Basarkeçər)) kəndlərinin adları yaşayış məntəqələrinin siyahısından çıxarılıb».
Elmi işçi onu da qeyd edir ki, ümumiyyətlə, 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinib. Onun bildirdiyinə görə, bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalıb: «Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatları əsasən aşağıdakı qaydada həyata keçirilib:
1. İlk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xüsusi diqqət yetirilib. Məsələn, Aşağı Türkmənli - Lusaqyuğ (Eçmiədzin), Qorçulu-Mrqaşad, Sərdarabad-Hoktember (Hoktemberyan (Sərdarabad), Bayandur- Vağadur (Gorus), Şirvancıq - Lernakert (Artik) və s.
2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilib. Məsələn, Armudlu-Tandzut (Hoktemberyan (Sərdarabad)), Daşqala-Karaberd (Ani (Ağin)), Darəkənd- Dzoraqyuğ (Quqark), Dərəçiçək-Tsaxkadzor (Hrazdan (Axta)), Göl-Liçk (Martuni (Aşağı Qaranlıq)), Güllübulaq-Vardaxpuyr (Qukasyan (Qızılqoç)) və s.
3. Bəzi yaşayış məskənlərinin adları «beynəlmiləlçilik» pərdəsi altında dəyişdirilib. Məsələn, Qaraqışlaq- Dostluq (Masis (Zəngibasar)), Sultanabad-Şurabad (Amasiya (Ağbaba)), Cücəkənd-Qızılşəfəq (Kalinino), Aşağı Necili - Sayat Nova (Masis (Zəngibasar)), Çanaxçı-Sovetakert (Ararat (Vedi)) və s. Bu proses bəzi erməni yaşayış məskənlərinin adlarının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılıb.
4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə, ona oxşar, lakin erməniləşdirilmiş adla əvəz edilib. Məsələn, Dərabbas-Darbas (Sisyan), Dəlilər- Dalar (Artaşat (Qəmərli)), Ələyəz-Araqats (Talın), Ərəvus- Arevis (Sisyan), Gabud-Kapuyt (Əzizbəyov), Çırpılı-Crapi (Ani (Ağin)) və s.
5. «Ermənistan SSR-in inzibati ərazi bölgüsü»nün qeyd etdiyimiz nəşrlərində adının önündə «Yuxarı», «Aşağı», «Böyük», «Kiçik» sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlərin ermənicə-yəni müvafiq olaraq «Verin», «Nerkin», «Mets», «Pokr» şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü yaratmağa xidmət edib. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı-Axpradzor (Vardenis (Basarkeçər)), Nerkin Zeyvə-Hartaşen (Eçmiədzin), Mets Kəpənəkçi-Musaelyan (Axuryan (Düzkənd)), Pokr Şiştəpə - Pokr Sepasar (Qukasyan (Qızılqoç)) və s».
Ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan toponimləri haqqında ətraflı bəhs edən N.Mustafanın bildirdiyinə görə, ümumiyyətlə, ermənilər azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə hallanan «dağ» söz birləşməsini «sar», təpə söz birləşməsini «blur», göl söz birləşməsini «lic», çay söz birləşməsini «get», bulaq söz birləşməsini «axbyur», su söz birləşməsini «cur», dərə söz birləşməsini «dzor» ifadəsi ilə əvəz etməklə, hərfi tərcümə yolu ilə toponimlərimizi erməniləşdirmişlər.
Onun qeydlərinə görə, 1935-ci ilədək Ermənistanda azərbaycanlı yaşayış məskənlərinin adları Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları olmadan, yəni hökumətin müəyyən strukturları tərəfindən dəyişdirilib: «1935-ci il yanvarın 3-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanla 29 rayonda 72 türkmənşəli toponim dəyişdirilərək mənəvi soyqırıma məruz qoyulub.
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları əsasında 100 mindən artıq azərbaycanlının 1948-1953-cü illərdə Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından Azərbaycan SSR-in Kür-Araz ovalığına deportasiyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adı dəyişdirilib. Qarabağlar rayonu azərbaycanlıların deportasiyasından sonra ləğv edilib, onun kəndlərinin çoxu indiyədək xaraba qalıb.
Təkcə 1978-ci ildə 23 rayonda 60 türkmənşəli toponim dəyişdirilib.
1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991-ci il tarixli fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş 31 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib. Ümumiyyətlə, son dövrədək 702 türkmənşəli inzibati-ərazi vahidinin adı dəyişdirilib. Elə azərbaycanlı yaşayış məntəqəsi olub ki, onun adı indiyədək bir neçə dəfə dəyişdirilib. Məsələn, azərbaycanlıların 1988-ci ildə deportasiya olunduqları Amasiya rayonundakı Yeniyol kəndinin adını 1991-ci ildə dəyişdirərək Ağvorik qoymuşlar. Lakin Yeniyolun əvvəlki adı 1935-ilədək Qaranamaz olub. İndiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası məhz rayonlar üzrə bölgünün mövcud olduğu dövrdə, hələ Ermənistanda sovet hakimiyyətinin mövcud olduğu dövrdə başa çatdırılıb. Əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə də məhz onların o dövrdə doğulub boya-başa çatdıqları kəndin və rayonun adları qeyd olunub. 7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanun qəbul edilib. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən, həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilib, əvəzində 11 vilayət (marz) yaradılıb. Şirak vilayətinə keçmiş Amasiya (Ağbaba), Qukasyan (Qızılqoç), Axuryan (Düzkənd), Ani (Ağin) və Artik rayonları, Lori vilayətinə keçmiş Kalinino, Stepanavan (Cəlaloğlu), Tumanyan (Allahverdi), Spitak (Hamamlı) və Quqark rayonları, Tavuş vilayətinə keçmiş Noyemberyan, İcevan (Karvansara) və Tauş (Şəmşəddin) rayonları, Araqadzon vilayətinə keçmiş Talın, Aparan, Araqats (Ələyəz), Aştarak (Əştərək) rayonları, Kotayk vilayətinə keçmiş Hrazdan (Axta), Kotayk (Abovyan - Ellər), Nairi rayonları, Geğarkunuk vilayətinə keçmiş Krasnoselo (Çəmbərək), Vardenis (Basarkeçər), Martuni (Aşağı Qaranlıq), Kamo (Kəvər) və Sevan rayonları, Armavir vilayətinə keçmiş Bağramyan, Hoktemberyan (Sərdarabad) və Eçmiədzin rayonları, Ararat vilayətinə keçmiş Masis (Zəngibasar), Artaşat (Qəmərli) və Ararat (Vedi) rayonları, Vayotsdzor vilayətinə keçmiş Vayk (Əzizbəyov) və Yeğeqnadzor (Keşişkənd) rayonları, Sünik vilayətinə keçmiş Meğri, Sisyan, Qafan və Gorus rayonları daxil edilib. İrəvan şəhərinə də ayrıca vilayət statusu verilib.
Tarixi Azərbaycan torpaqlarında-indiki Ermənistan ərazisində türkmənşəli yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi başa çatdırılmaq üzrədir. Adları hələlik siyasi motivlərə əsasən bilərəkdən dəyişdirilməyən cəmisi bir neçə yaşayış məntəqəsi saxlanıb. Məsələn, Nizami (Zəngibasar), Avşar (Vedi), Hallavar (Quqark), Şamlıq (Tumanyan (Allahverdi)) və s...».
Mövzunu davam etdirəcəyik...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ