Bazar günü günü, 29 noyabr 2026
     

Tarixi abidələrə dövlət qayğısı, yaradılan qoruqlar, yaşadılan tarix...

Image



Azərbaycan dövlətinin mədəniyyət abidələrinə, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə, qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğısı hədsizdir. Bəllidir ki, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı bu sahədə atılan ən uğurlu addımlardan biri hesab edilir.
Sənəddə bildirilir ki, Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir: "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü 2001-ci ildə təsdiq edilib, yeni aşkar olunmuş abidələr mütəmadi olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə olunub. Hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya
qoruğu fəaliyyət göstərir. Azərbaycan Respublikasının beynəlxalq qurumlara üzv olması və mədəni irs
sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması daşınmaz mədəni irsin qorunması istiqamətində tədbirlərin davamlı inkişafı zərurəti yaradır. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza
vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılmalıdır".
Qeyd edək ki, son illər ərzində Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Keşikçi dağ"
Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli, 74 nömrəli Qərarı ilə "Abidə qoruqlarının nümunəvi Əsasnaməsi" təsdiq edilib. 2000-ci ildə "İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, o cümlədən
Şirvanşahlar Saray Kompleksi və Qız qalası, 2007-ci ildə "Qobustan" Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. "Qobustan" Dövlət Tarixi-Bədii Qoruğunun yüksək əhəmiyyəti nəzərə alınaraq,
"Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 iyun tarixli, 2213 nömrəli Sərəncamı imzalanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli, 172 nömrəli Qərarı ilə "Qobustan" Dövlət Tarixi-Bədii Qoruğuna milli qoruq statusu verilib. "Qobustan" Milli Tarix-Bədii Qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilib və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası
yaradılıb. Ötən müddət ərzində "İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun və "Qobustan" Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilib, əraziləri abadlaşdırılıb və yeni turizm marşrutları
müəyyən olunub. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Heydər Əliyev Fondu
tərəfindən yaradılan "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, qoruğun turizm mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır. "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1
iyul tarixli, 365 nömrəli Sərəncamına əsasən, qoruğun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və "Atəşgah" Tarixi Muzey Mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir milyon manat vəsait ayrılıb. Qoruğun ərazisində genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılıb, abidənin
daxilində, o cümlədən, yeni inzibati binanın interyerinin və ekspozisiya sahəsinin bədii tərtibatının layihəsi hazırlanıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, o cümlədən Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" alban məbədi, "Aşağı Karvansaray",
"Şəkixanovların evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Naxçıvan şəhərində "Möminə Xatun", Şərur rayonunda "Qudi-Xatun" türbələri, Culfa rayonunda "Xanəgah" memarlıq kompleksi, Babək rayonunda "Əshab-ül-Kəhf" ziyarətgahı dini-mədəni abidə
kompleksi, Qusar rayonunda "Şeyx Cüneyd" türbəsi, Qax rayonunda "Kürmük" məbədi, "Sumuqqala" abidəsi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri başa
çatdırılıb, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulub, ərazisi işıqlandırılıb, qoruqlara gedən magistral yollarda
informasiya lövhələri və yol nişanları quraşdırılıb. Qoruqların bir qisminin maliyyələşdirilməsi dövlət büdcəsinin yerli xərclərindən mərkəzləşdirilmiş xərclərinə keçirilib. Daşınmaz tarix və mədəniyyət
abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli, 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanan "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" (bundan sonra-Dövlət Proqramı) milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının
mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilib.
Dövlət Proqramının məqsəd və vəzifələrinə gəlincə, sənəddə qeyd edilir ki, Dövlət Proqramının əsas məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin bərpasını, qorunmasını, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsini və inkişafını təmin etməkdir:
"Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi təcrübənin tətbiqi, zərurət yarandıqda həmin məqsədlərə beynəlxalq mütəxəssislərin cəlb olunması;
- daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə daşınmaz mədəni irsin, o cümlədən arxeoloji abidələrin inventarlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması;
- tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin
hazırlanması, qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınması, pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat
bazasının yaradılması, tarix və mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı;
- daşınmaz tarix və mədəniyyət abidələrində bərpa və konservasiya işlərinin aparılması;
- daşınmaz mədəni irsin qorunması üzrə hüquqi aktların təkmilləşdirilməsi;
- daşınmaz tarix və mədəniyyət abidələrinin öyrənilməsi, o cümlədən turizm məqsədləri ilə onlardan istifadə imkanlarının araşdırılması;
- turizm məqsədləri ilə istifadə edilən daşınmaz tarix və mədəniyyət abidələrində və qoruqlarda müasir turizm infrastrukturunun yaradılması;
- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması;
- Azərbaycanın daşınmaz mədəni irsinin ölkə daxilində və beynəlxalq miqyasda təbliği və təşviqi.
Dövlət Proqramının icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində Dövlət Proqramının icrasına məsul dövlət orqanları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar hesabına maliyyələşdirilir.
Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənir:
- daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması;
- tarix və mədəniyyət qoruqlarının inkişafı;
- mədəni irsin qorunması üzrə idarəetmə sisteminin və normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- daşınmaz tarix və mədəniyyət abidələrində aparılan bərpa və konservasiya işlərinin inkişafı;
- Azərbaycanın tarixi və mədəni irsinin təbliği imkanlarının genişləndirilməsi;
- mədəni irsin öyrənilməsində müasir texnologiyaların, aparıcı beynəlxalq təcrübənin tətbiqi, tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqi;
- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində yüksək ixtisaslı peşəkar kadrların formalaşması;
- turizmin inkişafı;
- yeni iş yerlərinin yaradılması, bölgələrdə əhalinin mədəni irsin qorunmasına cəlb edilməsi".
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı
təsdiq edilərək müvafiq qurumların icrasına verilib.
Azərbaycan xalqının milli-mənəvi, maddi dəyərlərinin geniş şəkildə təbliği, onların qorunması müsbət bir işdir. Tarixi keçmişimizi öyrənmək, gələcək nəsillərə əmanət etmək müqəddəs borcumuzdur.
Ardı var...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq – ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...

29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...

29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı - Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...

29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu – ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...

29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...

29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar – yeddi ölkə hasilat müzakirələrini dayandırır...

29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi – Türkiyə səfiri XİN-ə çağırıldı...

29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı – dörd diplomat ölkədən qovuldu...

29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı" - ümidlər hələ sönməyib...

29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır – aktyor Makkonaki və şərhçi Karlson...

29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı - Kiyevin addımlarından bezmişəm...

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ