Bazar ertəsi günü, 30 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan xalq dastanlarının yaşadılması və təbliğinə dövlət qayğısı, nümunələrin nəşri...
Tarix: 09.02.2015 / 00:31
Bölmə: Layihə
Azərbaycan xalqının həyat tərzini, mədəni düşüncəsini, bədii-estetik təfəkkürünü özündə ifadə edən folklor mətnləri sırasında dastanlarımızın yeri ayrıcadır. Dastanlar hər bir xalqın taleyində, tarixində, ədəbiyyat və mədəniyyətində müstəsna rol oynayır. Azərbaycan xalqının dastan yaradıcılığı çox zəngindir və biz o dastanların hər birində öz tariximizin, mədəniyyətimizin bir hissəsini görürük.
Məlumat üçün bildirək ki, Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrı dastandır. O da bəllidir ki, Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə, mövzu ilə bağlı şeir parçaları da verilir. Folklorşünas alimlər qeyd edir ki, bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.
Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Qaçaq Nəbi", "Qaçaq Kərəm" dastanları sayılır. Qəhrəmanlıq dastanları, əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Onu da bildirək ki, Azərbaycan xalqı dastan qəhrəmanı olan bahadırlarımıza xüsusi sevgi bəsləyir. Dövlətimiz də bu qəhrəmanlara sayğılıdır. Bu gün Azərbaycan dövləti xalq qəhrəmanlarına respublikamızın ən müxtəlif yerlərində heykəl qoyur, onların xatirələrini əbədiləşdirir. Qeyd edək ki, xalq qəhrəmanı Koroğlunun paytaxtda və Azərbaycanın digər bölgələrində heykəlləri qoyulub, Bakıda həm də Koroğlunun adını daşıyan metro stansiyası fəaliyyət göstərir. Sözümüzün canı odur ki, xalqımız və dövlətimiz dastan qəhrəmanlarına böyük diqqətlə yanaşır.
Məhəbbət dastanlarına gəlincə, qeyd edək ki, dastanın bu növü sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlir. "Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Tahir və Zöhrə", "Şah İsmayıl" və başqa dastanlar məşhur məhəbbət dastanları silsiləsinə aiddir. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. "Şah İsmayıl", "Novruz və Qəndab", "Şahzadə Əbülfəz" dastanlarında qəhrəman igidliyi və cəsarətilə qalib gəlir. "Aşıq Qərib" dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır. Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. "Koroğlu", "Qaçaq Nəbi" dastanları belə yaranıb.
"Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Vaqif" dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdığı şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranıb.
Onu da bildirək ki, bir sıra xalq dastanları əsasında operalar yazılıb. Məsələn, Üzeyir Hacıbəyovun "Koroğlu", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl" operaları xalq dastanlarımızdan qaynaqlanıb. Bir sıra alimlər bildirir ki, dövlətin şifahi xalq ədəbiyyatına xüsusi diqqət göstərməsi ona əsas verir ki, xalq yaradıcılığı xəzinəmizin yenidən bir də araşdırılmasına ciddi ehtiyac var. Çünki son illər naşı adamların elm aləminə gəlməsi, bəzi dastanlarımızın üzərində qeyri-peşəkar səviyyədə aparılan tədqiqatlara diqqət yetirərkən belə qənaətə gəlirsən ki, çox şeyə yenidən baxılmalıdır. Azərbaycan şifahi xalq ədəbiyyatının ən böyük janrı olan dastan haqqında tədqiqatçılarımız müxtəlif fikirlər söyləyərək onu tipoloji ədəbi hadisə kimi dəyərləndirsələr də, günümüzün reallıqları bu janrın yenidən və əsaslı şəkildə araşdırılmasına ehtiyac yarandığını deməyə əsas verir. Bu sahədə qarşıya çıxan ciddi problemlərdən biri də bədnam qonşularımızın şifahi xalq nümunələrimizə, xüsusən də dastanlarımıza sahib çıxmaq iddiasıdır. Onların göz dikdiyi dastanlardan biri "Əsli və Kərəm" dastanıdır. Alimlər qeyd edir ki, dastanların yaradıcıları və onların baş qəhrəmanları olan aşıq-ozan sözünün tarixi kökləri haqqında olan fərqli fikirlərin doğurduğu mübahisələrə aydınlıq gətirmək gərəklidir. "Əsli və Kərəm" dastanı haqqında tədqiqatçı-alim Qara Namazov qeyd edir ki, bu epos yarandığı vaxtdan ideya-bədii mündəricəsini dəyişmədən, hər dövrün sərt güzəranına dözə-dözə Çin səddindən ta Balkan ölkələrinə qədər yayılıb. Tədqiqatçı alimlərimizin bir çoxu, o cümlədən, Q.Namazovun özü də dastanı XII-XIII əsrlərə aid edir. Bəzi alimlərə görə, bu fikrin özündə bir yanlışlıq var və "Əsli və Kərəm" dastanının yaranış tarixi daha qədimlərə gedib çıxır. Bunu dastanın özündə əks olunmuş bir neçə fikirlə də asanlıqla isbatlamaq olar.
Bəzi mənbələr yazır ki, dastanların baş qəhrəmanları xalq arasında haqq aşığı-ölümsüz kimi qəbul edilən ozanlar, aşıqlar, eyni zamanda, tarixi şəxsiyyətlər olub: "Bu qəhrəmanlar ona görə ölümsüzlük qazanıb ki, onlara aşıqlıq haqdan-qeybdən, yuxuda buta şəklində verilib. Tədqiqatçılarımızın fikrincə də "Haqq aşiqi" və ya "haqq aşıqı" ifadəsi ağız ədəbiyyatımızın hələ tam açılmamış sirlərindəndir. Bu ifadə etnoqrafçı və folklorçu alimlərimiz tərəfindən yetərincə araşdırılmayıb. Qeyd edək ki, "Əsli və Kərəm" dastanında Kərəmin haqq aşıqı olduğu qeyd edilməsə də, o, sazı çalıb oxumaqla durnaları göydən yerə endirir, karvanı borandan xilas edir. Bundan başqa, dastanın türkmən variantında Kərəmin alışıb yanmasından sonra dirilməsi və öz sevgilisinə qovuşub uzun bir ömür sürməsi qeyd edilir ki, bu xüsusiyyətlər məhz haqq aşıqlarına şamil edilir. Dastanda qeyd olunmasa da, Kərəm haqq aşıqlarına məxsus xüsusiyyətlərə malikdir. Üstəlik, Dədə Qorquddan sonra tarixi şəxsiyyət kimi aşıqlar arasında dədə sözü əksər hallarda Kərəmə şamil edilir. Bu isə dastanın yaranma tarixinin daha qədim zamanlara - islamdan əvvəlki dövrlərə təsadüf etdiyinə işarədir. Hətta tədqiqatçılarımız yanlışlıq olaraq "haqq aşıqı" anlamını islam dininin görkəmli şəxsiyyətlərindən biri olan Həzrəti Əlinin adı ilə bağlamaq istəsələr belə (guya haqq aşıqlığı, buta yuxuda Həzrət Əli tərəfindən verilirmiş), bu mümkün deyil. Çünki insanın dirilməsi ilə bağlı miflər, haqq aşıqlarının öngörmələri birbaşa şamanizm dövrünə aiddir. İslam dini isə birmənalı şəkildə bu xüsusiyyətləri yalnız Allaha aid edir. Maraqlıdır ki, bütün yazılı ədəbiyyatımıza olmasa da, onun müəyyən nümunələrinə nüfuz edən sovet ideologiyası "Əsli və Kərəm" dastanından da yan keçməyib. Belə ki, sovet dövründə tədqiqatçı alimlərin bir çoxu dastanı iki xalqın dini ayrılığa, xristian-müsəlman münasibətlərinə etirazının məntiqi nəticəsi kimi qiymətləndirib. Bununla da dastanın informasiya yükünü araşdırmaq əvəzinə, onun ideya-bədii xüsusiyyətlərinə kölgə salınıb və yaranma tarixi "gəncləşdirilib".
Məlumat üçün deyək ki, elə bu məntiqlə də dastanın baş qəhrəmanı Kərəmin sevgilisi, keşiş qızı Əsli erməniləşdirilib. Görkəmli folklorşünas alim S.Paşayev elmi dəlillərlə sübut edib ki, Əsli erməni yox, alban qızı olub. Bu çox maraqlı bir məlumatdır. Ermənilərin bu dastana iddiasına yüksək səviyyəli cavabı professor Paşayev verib. Azərbaycan dövləti zaman-zaman Azərbaycan dastanlarının toplanmasına, çapına, kütləvi yayımına kifayət qədər maliyyə vəsaiti ayırıb. Bu ənənə hazırda da davam etdirilir.
Dövlət xətti ilə dastanlarımızın təbliği həyata keçirilir. Onlardan biri də dastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaq və bu sənəti gələcək nəsillərə ötürmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən silsilə musiqi albomları buraxılması hadisəsidir. Məlumatlara görə, keçən il institutun Folklor studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə işıq üzü görüb. İlk albomda Aşıq Hüseyn Saraclının ifasında "Əsli və Kərəm", Aşıq Əkbərin ifasında "Novruz və Qəndab", Aşıq İmran Həsənovun ifasında "Qurbani" dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır. Tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli, Elçin Abbasov, Miraslan Bəkirli və Elşad Məmmədovdur. Onu da deyək ki, Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.
Azərbaycan dastanlarının nəşrinə dövlət qayğısından danışarkən bir məqama da diqqətinizi cəlb etmək istəyirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən başlayaraq Azərbaycan ədəbiyyatı nümunələrinin nəşri latın qrafikası ilə həyata keçirilməyə başladı. Burada V cildlik "Azərbaycan dastanları" da xüsusi yer tutur. Birinci cilddə təqdim olunan şifahi söz sənəti incilərindən "Qurbani", "Tahir və Zöhrə", "Novruz", "Alı xan", eləcə də qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçid təsiri bağışlayan "Lətif şah", "Şahzadə Əbülfəz" kimi çox sevilən, xalqın duyğu və düşüncələrini, istək və arzularını bütün əlvan yönlərilə tərənnüm edən dastanlar daxil edilib, II cilddə isə "Əsli və Kərəm", "Abbas və Gülgəz", "Seydi və Pəri", "Məhəmməd və Güləndəm", "Leyli və Məcnun" və s. dastanlar yer alıb, III cilddə "Aşıq Qərib", "Əmrah", "Şah İsmayıl", "Səlim şah", "İrvahım", IV cild mükəmməl aşıq-dastançı ənənəsinin məhsulu kimi meydana çıxmış "Koroğlu" eposunu əhatə edir. Beşinci cildə "Dilsuz və Xəzangül", "Şahzadə Bəhrəm", "Fərhad və Şirin", "Sam şahzadə", "Şəmşir və Sənubər", "Şahzadə Seyfəlmülük və
Bədiəlcamal", "Mahmudla Nigar", "Arzı - Qənbər", "Aşıq Alı" kimi dastan nümunələri daxil edilib.
Əlbəttə, bütün bunlar bizə yaddaşımızı öyrədən, bizi keçmişlərə aparan, qayim-qədim bir ənənəyə bağlayan uğurlu hadisələrdir. Dövlət başçımızın bu məsələyə böyük diqqət ayırması da təqdirəlayiq haldır. Dastanlar bizi keçmişə bağlayır, günümüzə inandırır və sabahımıza aparır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 23:46
Rusiya ilə qarşıdurmada Qərbə şok xəbərdarlıq
– ABŞ köməyə gəlməyəcək, ona güvənməyin...
29.11.2026 / 21:32
Rusiya Rəşt - Astara dəmiryolunun inşası üçün tam səlahiyyət aldı...
29.11.2026 / 21:16
Ukraynanın hücumları Berlini təşvişə saldı
- Baltik dənizində təhlükəli ssenari... Rusiya NATO-nu hədəfə ala bilər...
29.11.2026 / 20:44
Tehran MAQATE-yə şərt qoydu
– ABŞ və İsraili pisləməsəniz, yoxlama olmayacaq...
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ