çərşənbə günü, 23 sentyabr 2026
     

Bəstəkarlıq sənəti Azərbaycanın zəngin mənəvi irsi kimi...

Image


Azərbaycan mədəniyyətinin elə bir sahəsi yoxdur ki, orada dövlət qayğısının təzahürləri özünü hiss etdirməsin. Milli bəstəkarlıq sənətinin inkişafına, bəstəkarların əsərlərinin daha geniş səviyyədə təbliğ olunmasına dövlət tərəfindən ciddi diqqət göstərilir. Bilirik ki, dövlət səviyyəsində bəstəkarlara, onların yaratdığı əsərlərə münasibət olub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu qayğı daha geniş miqyas alıb.
Bəllidir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə, başqa sənət adamları ilə yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinə-bəstəkar və musiqişünaslara çox böyük qayğı və ehtiramla yanaşıb.
Onu da bildirək ki, 1969-1982-ci illərdə SSRİ-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə təmin edilirdi və bu iş Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi. Onun dəstəyi və qayğısı ilə Azərbaycan musiqisi təkcə SSRİ-də deyil, həmçinin bütün dünyada tanındı. Bu da məlumdur ki, neçə-neçə bəstəkarımız SSRİ xalq artisti adına layiq görüldü. SSRİ-nin ən yüksək orden və medalları ilə təltif olundular. Elə onu demək kifayətdir ki, üç böyük bəstəkarımız - Qara Qarayev, Niyazi, Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər. Bu, şanlı mədəniyyət tariximizin işıqlı səhifələrindəndir və burada Heydər Əliyev dəst-xətti aydın görünür.
Tanınmış musiqişünas, Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabovun qeydlərinə görə, Azərbaycan bəstəkarlıq sənətinə dövlət qayğısı və Heydər Əliyevin xüsusi münasibəti bu sahədə inkişafa səbəb olub. O Hesab edir ki, görkəmli musiqi xadimlərinə verilən yüksək qiymət Heydər Əliyevin adı ilə bağlıdır: "Heç kimə sirr deyil ki, həmin fəxri adların verilməsi xalqımızın böyük oğlu, milli və professional musiqimizin təəssübkeşi və xeyirxahı Heydər Əliyevin təqdimatı və onun şəxsiyyətinə olan ehtiram və hörmət əsasında mümkün olub. Məhz bu səbəbdən də böyük bəstəkarımız Qara Qarayev 1978-ci ildə keçirilən 60 illik yubileyində cənab Heydər Əliyevi yüksək qiymətləndirərək deyirdi: "Biz hamımız son illərdə respublikamızın həyatında necə böyük dəyişikliklər baş verdiyini, Heydər Əliyevin daim qayğısı sayəsində xalqımızın mənəvi və yaradıcılıq qüvvələrinin necə coşub-daşdığını yaxşı başa düşür və aydın görürük". Onu da qeyd edək ki, dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev muzeylərinin yaradılması, yubileylərinin təntənəli surətdə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Azərbaycan bəstəkar və musiqişünasları ən çətin dövrlərdə belə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev cənablarına müraciət etmiş və bundan məmnunluq duymuşlar. Dərin razılıq hissi ilə etiraf etməliyik ki, o, həmişə biz sənətkarların yaradıcılıq işi ilə maraqlanıb, problemlərimizin operativ şəkildə həllini həyata keçirib. Elə onu demək kifayətdir ki, dövlət müstəqilliyimizin ilk illərində bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış sosial problemləri dövlət səviyyəsində müvəffəqiyyətlə həll edən cənab H.Əliyev yaradıcı ziyalıların, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının görkəmli üzvlərinin, xüsusi xidmətləri olan bəstəkar və musiqişünasların əməyini yüksək qiymətləndirdi. Onun Prezident təqaüdü təsis etməsini incəsənətimizin inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək olar. Bu yüksək təqaüdlə təltif olunanlar sırasında Azərbaycan Bəstəkarlar İttifaqının qocaman üzvləri də olub. Bu baxımdan Tofiq Quliyevin, Cövdət Hacıyevin, Süleyman Ələsgərovun, Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın, Hökumə Nəcəfovanın, Məmməd Cavadovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Azər Rzayevin, Ramiz Mustafayevin, Tofiq Bakıxanovun, Aqşin Əlizadənin, Ramiz Mirişlinin, Musa Mirzəyevin, Nəriman Məmmədovun, Elza İbrahimovanın, Oqtay Kazımovun, musiqişünas Elmira Abasovanın adlarını çəkə bilərik. Bəli, məhz Prezidentin təsis etdiyi təqaüd yüzlərlə yaradıcı şəxsiyyətə, həmçinin bəstəkar və musiqişünaslara dövlət tərəfindən göstərilən çox yüksək maddi və mənəvi qayğıkeşlik kimi böyük razılıq və minnətdarlıqla qarşılandı. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın bəstəkarlarına dövlət səviyyəsində diqqət və qayğını əsirgəməyib. Həmişə Azərbaycan musiqisini, onun bəstəkarlıq məktəbini yüksək qiymətləndirib, bütövlükdə, musiqi sənətimizin inkişafına mənəvi zəmin yaradıb. Ölkə rəhbərinin, sözün əsl mənasında, musiqi sənətinə verdiyi yüksək qiymət bu sahədə çalışanları yaradıcılığa ruhlandırıb. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar İttifaqının fəaliyyətinə verdiyi qiymətin bariz təzahürüdür. Elə 1995-2003-cü illər ərzində Prezident H.Əliyevin fərmanı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif Məlikov, Müslüm Maqomayev ən yüksək mükafata-"İstiqlal" ordeninə, Azərbaycan Respublikasının xalq artistləri Cövdət Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər Rzayev, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa Mirzəyev, Ramiz Mirişli daha bir yüksək dövlət mükafatı - "Şöhrət" ordeni ilə təltif olunub. Bu müddətdə Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan Respublikasının Xalq artisti, Siyavuş Kərimi və Həsənağa Qurbanov isə Əməkdar incəsənət xadimi kimi fəxri adlara layiq görülmüşlər".
Professor Zöhrabovun qeyd etdiyinə görə, bu təltiflər bəstəkarlarımızın yaradıcılığı üçün ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq uğurlarına sövq edib. Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrlə sıx musiqi əlaqələrinin yaranması və inkişafını daim diqqət mərkəzində saxlayan, görkəmli sənətkarları respublikamıza dəvət edən dahi şəxsiyyət Heydər Əliyev bununla da Bəstəkarlar İttifaqının beynəlxalq əlaqələrinin daha da genişlənməsinə şərait yaradırdı. Bu baxımdan dünya şöhrətli sənətkar Mstislav Rostropoviçin şəxsən H.Əliyevin dəvətilə ölkəmizə qastrola və ustad sinfi aparmağa gəlməsi, onun təfsiri ilə Azərbaycan bəstəkarlarının simfonik əsərlərinin Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndirilməsi, həmçinin xarici ölkələrdə də bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir: "Heydər Əliyev ayrı-ayrı görkəmli bəstəkarların, həmçinin digər sənət adamlarının yubileyləri ilə əlaqədar sərəncamları imzalayarkən təşkilat komissiyasına mütləq olaraq Bəstəkarlar İttifaqının rəhbərliyi, habelə görkəmli bəstəkar və musiqişünaslar da daxil edilirdi. Digər önəmli fakt odur ki, işinin gərginliyinə baxmayaraq, o, Azərbaycan Bəstəkarlar İttifaqının müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında iştirak edərək, ya səhnədə tamaşaya qoyulan, ya da ifa olunan musiqi əsərləri haqqında dəyərli fikir və mülahizələrini söyləyib, bəstəkarlarımıza dəstək verib. Bu faktlar bir daha sübut edir ki, Heydər Əliyev respublikamıza 30 ildən artıq rəhbərliyi dövründə Bəstəkarlar İttifaqının və onun üzvlərinin yaradıcılıq fəaliyyəti ilə daim maraqlanıb, onların uğurlarına və nailiyyətlərinə yüksək qiymət verib. Əlbəttə, bütün bunlar Heydər Əliyevin qayğıkeşliyinin və Azərbaycan musiqisini qəlbən sevdiyinin bariz nəticəsidir. Yeri gəlmişkən onu da deyim ki, başqa sənət adamları kimi, Azərbaycan bəstəkarları da dərin hörmət və ehtiram əlaməti olaraq cənab Heydər Əliyevə həsr olunmuş istər irihəcmli, istərsə də kiçikhəcmli, bir-birindən dəyərli əsərlər yazmışlar. Bu əsərlər arasında görkəmli bəstəkarlardan Cövdət Hacıyevin 8 saylı simfoniyasını, Arif Məlikovun 8 saylı "Əbədiyyət" adlı simfoniyasını, Vasif Adıgözəlovun "Azərbaycan" kantatasını, Ramiz Mirişlinin "Məşəl kimi yanan ürək" adlı odasını, Sərdar Fərəcovun "Böyük vətəndaş haqqında oda"sını, gənc bəstəkar Vasif Allahverdiyevin "Ömür yolu" simfonik poemasını və bəstəkarlarımızın geniş yayılmış onlarla mahnılarını qeyd etmək istərdim. Bu baradə qeydlər edərkən mən cənab Heydər Əliyevin "Bəstəkarın yüksək vəzifəsi və amalı" kitabçasını bir daha maraqla vərəqlədim, onu diqqətlə oxudum. Xatırladım ki, kitabça Azərbaycan bəstəkarlarının V qurultayından sonra Heydər Əliyevin respublika bəstəkar və musiqişünasları ilə keçirilmiş görüşündəki çıxışı əsasında çap olunub (1979-cu il, 1 oktyabr). Önəmli haldır ki, həmin kitabçadakı müddəa və tövsiyələr hazırkı dövr üçün də öz aktuallığını saxlayır. Buna görə də bu yazımda H.Əliyevin bir sıra müddəa və fikirlərinin, tövsiyələrinin ötən illərdə yaradıcılıq fəaliyyətimizə göstərdiyi təsir istiqamətləri üzərində dayanmaq istəyirəm. Ulu öndər o zaman bizim qurultayımızı respublikanın həyatında mühüm ictimai-siyasi hadisə kimi səciyyələndirmişdi. O belə hesab edirdi ki, Azərbaycan Bəstəkarlar İttifaqı musiqi sənətinin bütün janrlarının bərabər inkişafını təmin etməlidir. Doğrudan da öz fəaliyyətimizdə biz dahi şəxsiyyətin bu tövsiyəsinə həmişə əməl edirik. Məsələn, hər il Bəstəkarlar İttifaqında 10-15 tədbir keçirilir. Bunlar hansılardır? Plenumlar, baxışlar, festivallar, müsabiqələr, görkəmli bəstəkar və musiqişünasların yaradıcılıq və ya müəllif gecələri, İnternet saytlarının təqdimat mərasimləri və s. Bir ənənə olaraq bu kimi tədbirlərdə, forumlarda həm gənc, orta, həm də yaşlı nəsil bəstəkarları da öz yeni əsərlərilə iştirak edirlər. Hər bir plenum və ya festival müəyyən bir musiqi sahəsinə həsr olunur. Simfonik, vokal-simfonik, kamera-instrumental, kamera-vokal, xor, mahnı və romans, uşaqlar üçün musiqi, xalq çalğı alətləri orkestri, nəfəs alətləri orkestri üçün yeni əsərlər və s. Bir neçə gün davam edən plenum və festivalların əsas məqsədi odur ki, musiqimizin müəyyən sahəsinin hansı inkişaf prosesi keçdiyini dinlədiyimiz əsərlər əsasında müəyyən edib çatışmazlıqları aşkara çıxaraq, ümumiləşdirmələr aparaq və eyni zamanda, bu sahədə qarşıda duran vəzifələri və perspektivləri də müəyyən edək. Bu prosesdə ən ümdə vəzifə məhz musiqi janrlarının inkişafını izləmək və cənab H.Əliyevin təbirincə desək, onların bərabər tərzli inkişafını təmin etməkdən ibarətdir. Bir sözlə, janrlar arasında müvafiq tarazlıq yaratmaqdır. Bütün bunlar plenum və festivallardan sonra keçirilən ənənəvi konfranslarda açıqlanır və "Musiqi dünyası" jurnalında, dövri mətbuatda işıqlandırılır, həmçinin Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti tərəfindən radio dalğalarında, televiziya ekranlarında xüsusi verilişlər təşkil olunur".
R.Zöhrabovun bildirdiyinə görə, H.Əliyev bəstəkarlarla görüşündə simfonik musiqi janrlarının əhəmiyyətindən söz açarkən deyib: "Simfonik musiqi sahəsində müvəffəqiyyətlər daha çoxdur. Lakin istərdik ki, bu müvəffəqiyyətlər əsasında siz daha yüksəklərə qalxasınız, proqramlı musiqi əsərlərini daha çox yazasınız. Bir çox bəstəkarlarımız simfoniya yaradıcılığında doğru yoldadır, təcrübə, vərdiş qazanmışlar və əminik ki, bizə yeni kamil əsərlər verəcəklər". Alimin qeydlərinə görə, simfonik musiqi yaradıcılığı sahəsində uğurlar az deyil: "H.Əliyevin tövsiyə etdiyi kimi, "proqramlı musiqi əsərləri"nə daha çox yer verilib. Xüsusilə müharibə vəziyyətində olan ölkədə proqramlı əsərlərə ehtiyac həmişə böyük olur. Bununla əlaqədar bir faktı da xatırladaq ki, ikinci cahan müharibəsində Azərbaycanda 25-dən çox proqramlı simfonik əsərlər yaranmışdı.
Çünki fəlsəfi sanballı, çoxcəhətli proqramlı simfonik musiqi janrları (xüsusilə simfoniyalar) daha parlaq şəkildə ümumxalq əhəmiyyətli obrazları təcəssüm etdirməyə qadirdir. Bu baxımdan biz ələlxüsus şəhid mövzusuna yazılmış simfonik musiqini nəzərdə tuturuq. Cövdət Hacıyevin 7 saylı "Şəhidlərin xatirəsinə" simfoniyası, Ramiz Mustafayevin 6 saylı "20 Yanvar" simfoniyası, Azər Rzayevin "Bakı-90" simfoniyası, Tofiq Bakıxanovun "Hümayun", "Nəva", "Rahab", "Şahnaz" simfonik muğamları, Məmməd Quliyevin "Simfoniya-Rekviyem"i, Arif Mirzəyevin "Yanvar mərsiyələri" mövzu aktuallığına görə böyük maraq doğurur və diqqətəlayiq partituralar kimi qiymətləndirilir".
Ardı var...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

22.09.2026 / 13:03
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22.09.2026 / 12:48
Prezident: "Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır"

22.09.2026 / 12:45
"Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir" - Prezident

22.09.2026 / 12:38
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

22.09.2026 / 12:37
“Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”

22.09.2026 / 12:22
Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib

22.09.2026 / 12:01
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - FOTO/YENİLƏNDİ

22.09.2026 / 11:55
"Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir" - Nazirlik rəsmisi

22.09.2026 / 11:28
Ukrayna “Rosneft”in Samaradakı neft emalı zavodunu ikinci dəfə bombaladı...

22.09.2026 / 11:11
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır...

22.09.2026 / 10:57
Türkiyədə orta məktəbə silahlı hücum - səkkiz şagird yaralandı...

22.09.2026 / 10:46
ABŞ-ın yeni Hörmüz planı - Körfəz ölkələrindən milyardlarla dollar pul istədi...

22.09.2026 / 10:23
Azərbaycan nefti ucuzlaşdı - 116 dollar...

22.09.2026 / 10:06
Bakı ilə Berlin arasında YENİ MƏRHƏLƏ: Siyasi maneələr aşılacaqmı?

22.09.2026 / 09:51
İrandan ABŞ və İsrailə müharibə xəbərdarlığı - cavabımız dağıdıcı və qəti olacaq...

22.09.2026 / 09:38
Bakıda bəzi məktəblər distant təhsilə keçdi

22.09.2026 / 09:30
QAİ indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üçün işçi qrup yaratdı...

22.09.2026 / 09:04
Nərimanovda mopeddən 490 manatlıq oğurluq edən şəxs saxlandı

22.09.2026 / 08:29
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı

22.09.2026 / 08:02
İngiltərənin daha bir şəhəri qaçqınlara qarşı ayağa qalxdı - referendum baş tutsa, əhalinin 90 faizi “yox” deyəcək…

22.09.2026 / 07:17
Burnham Səudiyyəni husilərdən qoruyacaq - Baş nazir Kral Hərbi Hava Qüvvələrini səfərbər edir…

22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı - azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı

22.09.2026 / 06:50
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bəyanat yaydı

22.09.2026 / 06:40
Atatürk Universiteti məzunlarını Bakıda bir araya gətirir

22.09.2026 / 06:30
Putin G20-lərin sammitində iştirak etməyəcək - Cinə isə gedəcək…

22.09.2026 / 06:01
Pentaqonun Polşada hərbi baza açmaq planı ertələndi

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ