Bakıda baş vermiş adam oğurluğu cinayəti ilə bağlı axtarışa verilmiş şəxs tutulub.
Baki-xeber.com-un DIN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (Adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə axtarışda olan 1988-ci il təvəllüdlü Məmmədov Murad Həmzə oğlu tutulub.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Xatırladaq ki, daha öncə adam oğurluğu faktına görə dəstənin digər üzvləri tutulmuşdu.