Cümə günü, 26 iyun 2026
     

Zərərçəkənlər Eldar Mahmudovun məhkəmədə dindirilməsini istədi - “MTN İŞİ”

Image


Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ələsgər Əliyevin epizodu üzrə şahidlər ifadə veriblər.

Ə. Əliyevin bacısı Nailə Yavərova deyib ki, Mərdəkanda yerləşən torpaqlarda onun da payı olub. Əlavə edib ki, bir gün qardaşı ona zəng edərək, hədə-qorxu ilə bu torpağının əlindən almaq istədiklərini bildirib: "Məcbur olub, qardaşımın dediyi Rövşən adlı şəxsin adına etibarnamə verdim. Qardaşıma deyirdilər ki, torpağı verməsə, həbs edəcəklər".

Şahid Rövşən Abbasov torpaq alınması ilə bağlı MTN-nin Xəzər rayon şöbəsinin rəisi Rafiq Səfərov tərəfindən tapşırıq aldığını deyib: "Rafiq mənə dedi ki, 50 sot torpaq sahəsi lazımdır. Mən də tanışım Ələsgərin belə bir torpağı olduğunu dedim. İşdən sonra gedib, Rafiqlə birlikdə torpağa baxdıq. Sənədləşməyə qədər 50 sot torpağa 50 min manat pul verdik. Qalan pul isə sənədləşmədən sonra veriləcəkdi. Ancaq məlum oldu ki, həmin ərazidə qaçqın və məcburi köçkünlər yaşayırlar. Sən demə, bu torpağa Ələsgərin özünü də buraxmırlar. Mən bu məsələni bilən kimi, Rafiqə dedim, o isə belə olan halda pulu geri almağımızı tapşırdı. Ələsgər pulu vermək istəmirdi, sonra razılığa gəldik, ərazini özümüz sənədləşdirdik. Artırma sahə kimi Ələsgərin bacısından aldığımız torpaq sahəsinə görə 25 min manat verdik".

Şahid deyib ki, MTN-nin vəzifəli şəxsləri həbs olunan kimi Ə. Əliyev ona zəng edərək, şikayət edəcəyini deyib: "Dedi ki, o vaxt sotu 2 min manata olan torpaq indi 4 min manata satılır. Qalan pulu istədi, etiraz elədim, məsələni rəisə dedim. O isə idarənin nüfuzuna xələl gəlməməsi üçün Əsgərə 10 min manat verməyimi istədi və mən də bu pulu sonradan Əsgərə verdim".

Zərərçəkmiş Ə. Əliyev isə ona pul verilmədiyini, sonradan alınan torpaqlara görə heç nə ödənilmədiyini deyib. Ə. Əliyev ona MTN əməkdaşları tərəfindən hədə-qorxu gəlindiyini də bildirib.

Təqsirləndirilən E. Quliyev isə zərərçəkmiş Ə. Əliyevin ifadəsinə etiraz edib: "Hədə-qorxuya mən məruz qalmışam. Sən bizi şantaj edə-edə orda oturmusan, mən isə içəridə. Səni döyüblər, söyüblər? Sənə kim, nə edib? 2 ildir ki, burdayam, amma hələ də nəyə görə həbs olunduğumu anlamıram".

Hakim isə E. Quliyevə xəbərdarlıq edərək, məhkəmə iclasını pozmamağa çağırıb.

Şahid, MTN-nin Xəzər rayon İdarəsinin baş əməliyyat müvəkkili olmuş Heydər İslamov isə ifadəsində Ə. Əliyevdən alınan torpaq sahələrinin pulunun ödənildiyini deyib. O, 50 sot torpağın Elçin Quliyev, İlqar Əliyev və Rafiq Səfərov üçün alındığını deyib.

Bu zaman Elçin Quliyev şahidə müraciət edərək, zərərçəkmişə hədə-qorxu gəlinməsi barədə tapşırığın onun tərəfindən verilib-verilmədiyini soruşub. Şahid isə belə bir hadisə olmadığını deyib. Sonra E. Quliyev hakimə müraciət edib: "Mən istintaq təcridxanasında ciddi şəraitdə saxlanılıram, qapının ağzında 4 nəfər nəzarətçi dayanır. Bütün telefon danışıqlarım dinlənilir, özüm ciddi nəzarətdəyəm. Mənim şahidləri öyrətmək imkanım yoxdur. Mən dövlətə sədaqətlə xidmət etmişəm, milli qəhrəman mükafatından başqa bütün mükafatları, medalları almışam".

Zərərçəkmiş Mətləb Mustafayev isə E. Quliyevin çıxışıma etiraz edib: "Sən nə utanmaz adamsan? Mənim tutulmağımda birbaşa sənin rolun var. Evimə tapança qoydurmaqla bağlı göstəriş vermisən".

Sonra MTN-nin Xəzər rayon şöbəsinin rəisi olmuş Rafiq Səfərov şahid qismində ifadə verib. Onun sözlərinə görə, 2011-ci ildə Elçin Quliyevin müavini intihar etmiş İlqar Əliyev ondan 50 sot torpaq tapmasını istəyib: "Mən də bu məsələni Heydər İslamova tapşırdım. Alınan torpaq sahələrinin də pullarını verdik".

Sonra zərərçəkmişlər - Ələkbər Heydərov və Rauf Sultanovun epizodu üzrə şahid Kamil Şükürov ifadə verib. O, "makler" kimi fəaliyyət göstərdiyini deyib: "Rauf Sultanov Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində çalışarkən, evə çıxarış verilməsi üçün ilə bağlı 20 min manat pul tələb edib. Mən də bu barədə MTN-nə məlumat verdim. Və sonra pulu ona otağında verən vaxt MTN əməkdaşları tərəfindən həbs olundu".

R. Sultanov isə rüşvət almadığını, onun həbsi ilə bağlı qəsdən belə bir əməliyyat keçirildiyini deyib: "Mənim kabinetimə girib, pulu qəfildən stolun üstünə atdılar. Mənim heç nədən xəbərim yox idi. Əgər korrupsiya faktı vardısa, bu barədə MTN-ə yox, polisə prokurorluğa müraciət edilməli idi".

Zərərçəkən, Xəzər rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Ə. Heydərov isə şahid K. Şükürovun vasitəsi ilə MTN əməkdaşları tərəfindən hədə-qorxuya məruz qaldığını və 300000 manatının alındığını deyib.

Zərərçəkmiş Maqsud Mahmudov MTN əməkdaşları tərəfindən əlindən alınan restoranın məhkəmənin qərarı ilə artıq özünə qaytarıldığını, təqsirləndirilən şəxsləri bağışladığını deyib: "Mənim tələbim odur ki, Eldar Mahmudov məhkəməyə gəlsin. Bu adamlar kimdir ki? Onlar göstəriş yerinə yetiriblər. Ona görə mən əlimdən alınan pulları onlara bağışlayaram. Eldar Mahmudov gəlsə, bütün pulumu ondan tələb edəcəyəm".

Sonra zərərçəkmiş Mətləb Mustafayev vəsatətlə çıxış edib. O bildirib ki, MTN-nin Anti Terror Mərkəzinin sabiq rəis müavini, intihar etmiş İlqar Əliyevin ibtidai istintaqda zərərçəkmişlər və zərərçəkmiş şəxsin hüquqi varisi barəsində verdiyi ifadələr elan olunsun. M. Mustafayev də Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyib.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Proses iyulun 21-də davam etdiriləcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

25.06.2026 / 15:14
Hüseyn Quliyev səfir vəzifəsindən geri çağırıldı

25.06.2026 / 15:00
Qalibaf Bakıda Trampa qarşı sərt bəyanatlar verdi...

25.06.2026 / 14:47
Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

25.06.2026 / 14:22
Prezident "Maliyyə icarəsi haqqında" qanunu təsdiqlədi

25.06.2026 / 14:17
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

25.06.2026 / 14:09
İslam dünyasının birliyi və ortaq inkişafı naminə Bakı platforması - Millət vəkili yazır

25.06.2026 / 13:42
Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

25.06.2026 / 13:36
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirdi

25.06.2026 / 13:25
Daşınmaz əmlak satıldıqdan sonra hansı hallarda geri qaytarıla bilər?

25.06.2026 / 13:12
DÇ-2026 - çempionatlar tarixinə düşən yeni REKORDLAR...

25.06.2026 / 12:46
Yol polisinin qanuni tələbinə tabe olmaq istəməyən Şamaxı sakini qandallandı

25.06.2026 / 12:17
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

25.06.2026 / 11:58
Rumıniya Moldova ilə birləşmək üçün hərəkətə keçdi – Senatda müzakirələr başlayır...

25.06.2026 / 11:26
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik etdi

25.06.2026 / 11:20
AŞPA Gürcüstanda demokratiyanın kritik səviyyəsi barədə qətnamə qəbul etdi...

25.06.2026 / 11:10
İƏTPİ-nin 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul olundu

25.06.2026 / 11:06
15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - qərar verildi...

25.06.2026 / 10:58
" Ərdoğandan xahiş etdim ki, İranın tərəfində müharibəyə girməsin" - Tramp inanılmaz şeylər danışdı...

25.06.2026 / 10:42
Zelenskinin təhdidləri işə yaradı – Belarus rele stansiyalarını dayandırır...

25.06.2026 / 10:30
Masallıda çay kənarında çətənə yetişdirən şəxs yaxalandı...

25.06.2026 / 10:14
Venesuelada ard-arda iki güclü zəlzələ - ölənlərin sayı artır…

25.06.2026 / 10:10
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapıldı

25.06.2026 / 10:04
Azərbaycan nefti 76 dollara düşdü...

25.06.2026 / 09:55
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirildi

25.06.2026 / 09:36
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

25.06.2026 / 09:23
ABŞ İrana ərzaq satacaq, pulunu da dondurulmuş hesablardan çıxacaq - Tramp İran vəsaitlərindən bəhrələnməyin yolunu tapdı...

25.06.2026 / 09:15
Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - FOTO

25.06.2026 / 09:08
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir...

25.06.2026 / 08:32
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı

25.06.2026 / 07:22
Ukrayna müharibəsi Belarusa sıçraya bilər - Səbəb “reduktorlar”(?)…

24.06.2026 / 23:16
ABŞ İranla anlaşdı, təzminatı isə Körfəz ölkələrinin üzərinə qoyuldu - Qətər: “300 milyardı biz ödəyə bilərik”

24.06.2026 / 23:03
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət edildi...

24.06.2026 / 22:57
Büdcəmizin debitor borcu 7 milyardı aşır - Palatanın göstərdiyi səbəb əslində “həyəcan təbilidir”...

24.06.2026 / 22:15
Ukrayna dronlarnın Rusiyanı üstələməsinin səbəbi bilindi - Çin ikibaşlı oynayır...

24.06.2026 / 21:56
Çexiyanın prezidenti ilə baş naziri NATO zirvəsinə getmək üstündə bir-birini qırır...

24.06.2026 / 21:43
Əfsanələrə ilham verən qədim şəhər Troya - FOTO

24.06.2026 / 21:07
“Dahilərin görüşü” -Nizami və Əcəmi kompozisiyanın izahı...

24.06.2026 / 20:59
CHP mərkəzi ofisi Kılıçdaroğlu tərəfdarlarının üzünə bağlandı - gənclər barrikada qurdu…

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ