Quba rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb.
Kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib. Atanın ruhi xəstə olduğu bildirilir.
Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əşrəf Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.