Cümə günü, 26 iyun 2026
     

Məhbus Vidadi Zeynalovun sürücüsü onun adına təsis olunan şirkətin fəaliyyətindən xəbərsiz olduğunu dedi

Image


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə prosesdə şahidlər ifadə verib.

"Akey" MMC-də baş mühasib işləmiş Nigar Əlizadə deyib ki, şirkətin "Carburq" şirkəti ilə müqaviləsi olub: "Şirkətə Ayaz Kərimov rəhbərlik edirdi və biz yalnız xidməti fəaliyyət göstərirdik. Aylıq 10 min dollar bizim hesabımıza "Carburq" şirkətindən pul göndərilirdi. Bizim şirkətdə MTN-ə aid avadanlıqlar vardı".

Sabunçu Telefon Qovşağının rəisi olmuş Nəriman Salmanovun sözlərinə görə, tenderlərin keçirilməsi ilə bağlı sorğular formal təşkil edilib və siyahılar əvvəlcədən hazırlanıb: "Ayrılan vəsaitlər bəzi hallarda geri qaytarıldı. Mən bunu eşitmişəm ki, tenderlər formal keçirilirdi. Bu barədə rəhbərlik göstəriş verirdi. Rəqəmlər şişirdilirdi. Tenderlərə ayrılan vəsaitin 2,5 faizi bizə çatırdı. Bizə hər ay maaşdan əlavə vəsait ayrılırdı və bu məbləğ işçilər arasında bölünürdü. Bu məbləğin 500 manatı mənə çatırdı".

Vəkillərin tələbi ilə N. Salmanovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadə göstərilib ki, Beytulla Hüseynovun adından baş mühasibə hər ay 1200 dollar verilib: "2009-2015-ci ildə rəhbəri olduğum telefon qovşağında 13 milyon manat ayrılıb. Baş mühasib Anar Mustafayev tərəfindən Beytulla Hüseynov görülən işlərlə bağlı qiymətləri şişirdib, ancaq bu məbləğin sayını dəqiq deyə bilmərəm". 

Təqsirləndirilən Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev deyib ki, V. Zeynalov onun adına şirkət təsis edib: "O vaxt Vidadi Zeynalov məsləhət verdi ki, mənim yaşayışımı yaxşılaşdırmaq üçün adıma bir şirkət təsis edək. Ona görə TLC şirkətini yaratdı. Buradan gələn gəlirlərin bir hissəsi mənə çatırdı. Amma mən o şirkətin fəaliyyəti ilə bağlı məlumatsızam". 

Nəsimi Musayev deyib ki, “AzİnTelekom” MMC-də iqtisadçı vəzifəsində çalışıb. O qeyd edib ki, maaşından əlavə ayda 1000 manat maaş alıb.

"Azintelekom" MMC-də çalışan Müzəffər Rüstəmov deyib ki, sabiq nazir Əli Abbasovun göstərişi ilə "Carburq" şirkəti ilə müqavilə imzalanıb.

Proses dekabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

25.06.2026 / 15:14
Hüseyn Quliyev səfir vəzifəsindən geri çağırıldı

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ