çərşənbə günü, 18 noyabr 2026
     

Beytulla Hüseynov məhkəmədə rəhbərliyə 10 yox, 22-24 milyon manat verdiyini açıqladı…

Image


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktlına münasibət bildirən Cəlil Cəfərov, Qəmbər Bəybalayev və Səhrab Hümbətov özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra Beytulla Hüseynov ifadə verib. B. Hüseynov dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: "İttiham aktında olan rəqəmlərlə razı deyiləm, şişirdilmiş rəqəmlərdir. Bakı Telefon Rabitə İstehsalat Birliyində 2015-ci ildə orta aylıq əmək haqqı 700 manat idi. Mən icraçı adamam və bu vəzifəyə pillə-pillə gəlmişəm. Nazirliklə razılaşdırmışdıq ki, gəlirlərin 80 faizi nazirliyə verilsin, 20 faizi bizə qalsın. Əli Abbasov da bununla bağlı ifadə verib. Bizdə olan vəsaitin 6 faizi qovşaqlarda qalıb, 4 faizini isə paket vermişik. Dövlətə nə zərər vurmuşam, ödəməyə hazıram. Şəhid ailələrinə, əlillərə pulsuz telefon çəkmişdik. Avropa Oyunları zamanı bizə xüsusi tapşırıq verilmişdi. Sifarişçi “Azəryolservis” ASC idi. Biz işləri uğurla yerinə yetirdik, lakin ödəniləcək vəsaitin 4 faizini ala bilmədik. Gördüyümüz işlərə görə dövlətdən mükafat aldıq. Mən Qarabağ müharibəsi veteranıyam. Xahiş edirəm, bunları nəzərə alasınız".

Prokurorun sualların cavablandıran B. Hüseynov deyib ki, göstərişi rəhbərlikdən alıb. O, bildirib ki, rəhbərliyə 10 milyon yox, 22-24 milyon manat verib. Pulu kimə verdiyini isə açıqlamayıb: "Mənim mənimsədiyim 2 milyon 800 min manatdır. Onu da yaxın zamanda ödəyəcəyəm".

B. Hüseynov Avropa Oyunları zamanı görülən işlərlə bağlı 4 milyon 600 min manatı hələ də almadığını deyib.

Proses noyabrın 30-da davam edəcək.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir - İDDİA

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:30
ABŞ İranın Qeşm adasına yeni hava zərbələri endirdi...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ