Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı uğurlu əməliyyat tədbiri keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaşda yaşadığı ünvanda çətənə kolları becərən Bakı şəhər sakini Mehman Soltanov şübhəli şəxs qismində saxlanıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan hündürlüyü 3 m 10 sm-dən 4 m 20 sm-dək, ümumi çəkisi 45 kiloqram olan 12 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək, maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.