19/09/2020 22:37
728 x 90

Onlayn narkotik satısı ilə məşğul olurdu, polis imkan vermədi - Nərimanovda... - FOTO

img

Nərimanov Rayon Polis İdarəsinin17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıb.

Şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdiyi tədbir zamanı Salyan rayon sakini Nicat Nuriyev tutulub. Onun üzərində şəxs axtarış aparılan zaman 116 qram heroin və 6 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə aldığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub.  Zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər