Cümə günü, 16 oktyabr 2026
     

Yaşar Lətifovun açıqlaması SOCAR-ın dünya qaz bazarında gücünün artacağından xəbər verir

Image


Aparılan hesablamalar göstərir ki, qarşıdakı dövr ərzində dünyada təbii qaza tələb əhəmiyyətli dərəcədə artacaq. Beynəlxalq Enerji Agentliyinin son hesabatında da deyilir ki, təbii qaza tələb artır. Qurum bəyan edir ki, təkcə keçən il qlobal təbii qaz hasilatı 3,9 trilyon kubmetr olub.

Cari ildə bu rəqəmin 4 trilyon kubmetrə yaxın olması və növbəti illər ərzində yalnız artacağı gözlənilir. 2040-cı ildə isə bu göstərici 5,9 trilyon kubmetrə yüksələcək. Bütün bunlar təbii qaza getdikcə böyük tələb yarandığını aydın nümayiş etdirir. Belə vəziyyət öz növbəsində qaz hasil edən ölkələrin dünya enerji bazarında mövqelərinin daha da möhkəmlənəcəyini göstərir ki, onların sırasında Azərbaycan da var.

Məhz belə bir vaxtda Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov “Petroleum Economist” dərgisinə açıqlamasında olduqca maraqlı fikirlər səsləndirib. Onun sözlərindən belə bəlli olur ki, Azərbaycanın təbii qaz ehtiyatları nəzərdə tutulan həcmdən də çoxdur: “Biz istər “Dayazsulu Günəşli”, istərsə də “Bulla dəniz” və digər mövcud yataqlarda ənənəvi olaraq tanınan məhsuldar qatlardan daha dərinlərdə daha çox ehtiyatlar aşkar edirik. Bu, perspektivdən xəbər verir”. O qeyd edib ki, bir çox yataqların yaşlanmasına baxmayaraq, onlar yüksək intensivlikdə saxlanılır: “Bərpa olunma səmərəliliyi nisbətinə baxsaq, qalıq ehtiyatları orta hesabla 5% dərəcəsi ilə inkişaf etdiririk. Yataqların çox köhnə olduğunu nəzərə alsaq, bu rəqəm çox yaxşı göstəricidir. Lakin daha səmərəli yataqlarda bu göstərici daha yüksəkdir. Məsələn, “Dayazsulu Günəşli” yatağında səmərəlilik nisbəti göstəricisi 8-9%-dir”.

O xatırladır ki, Azərbaycanda indiyədək 2 milyard tondan çox neft və 850 milyard kubmetrdən çox qaz hasil edilib:“Bu yataqlardan hasilat bizim enerji təhlükəsizliyimizi təmin edir. Ötən il ölkədə 39 milyon tona yaxın neft hasil edilib. Bunun da 7,5 milyon tondan çoxu SOCAR-ın payına düşür. Azərbaycanda qaz hasilatının həcmi isə 30 milyard  kubmetrdən çox olub ki, onun da 6,5 milyard  kubmetri SOCAR-ın payıdır”. Y.Lətifov qeyd edib ki, bu il ölkədə qaz hasilatının ötən ildən, təxminən, 7 milyard  kubmetr çox olacağı gözlənilir: “Bu il “Şahdəniz” yatağından, təxminən, 19 milyard  kubmetr qaz hasilatı planlaşdırılır. Gələn il isə yataqdan 22 milyard  kubmetr, 2021-ci ildə isə 24 milyard  kubmetr qaz hasilatı gözləyirik. Qaz hasilatı ilə bağlı ümumi tendensiya artıma doğrudur”. 

Xatırladaq ki, ötən 25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə isə 30,3% artıb. İlin sonuna kimi Azərbaycanda 36 milyard  298,8 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. 2018-ci ildə ölkədə 30 milyard  592,2 milyon  kubmetr qaz istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,1% çoxdur. Cari ildə isə ötən ilə nisbətən daha çox qaz hasilatı gözlənilir. Rəsmi açıqlamalara görə, hazırda Azərbaycanın 2,6 trilyon kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən qaz, 1,5 milyard ton çıxarıla bilən neft-kondensat ehtiyatı var. Proqnoz ehtiyatlarını da nəzərə alsaq, Azərbaycanda 6 trilyon kubmetr qaz və 4 milyard ton neft ehtiyatı var. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dünya enerji bazarında qarşıdakı dövr ərzində mühüm oyunçulardan biri kimi qalmaqda davam edəcək. Qarşıdakı dövr ərzində bu istiqamətdə Azərbaycanın mövqelərinin daha güclü hala gəlməsi gözlənir. Ən azı o baxımdan ki, gələn il Azərbaycan “Cənub Qaz Dəhlizi”ni tam şəkildə istifadəyə verməyə hazırlaşır. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin son hissəsi sayılan TAP kəmərinin inşası məhz gələn il başa çatır. “Cənub Qaz Dəhlizi” ildə 16 milyard kubmetr Azərbaycan qazını dünya bazarlarına çıxaracaq. Amma ehtiyatların artımı fonunda bu göstəricinin iki dəfə artması gözlənilir. “Cənub Qaz Dəhlizi”  Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Hazırda Avropada Azərbaycan qazına tələbin sürətlə artması da aydın müşahidə olunur. Xüsusən də Şərqi Avropa prosesə böyük maraq göstərir. Bolqarıstanın baş naziri Boyko Borisov da bunu xüsusi vurğulayır və ölkəsinin Azərbaycan qazının idxalına mühüm önəm verdiyini qeyd edir: "Bolqarıstan gələn ildən gec olmayaraq Azərbaycan təbii qazını idxal edə biləcək. Azərbaycan təbii qazını nəql edəcək Yunanıstan – Bolqarıstan boru kəməri (İGB) layihəsi bizim üçün bu mənada çox önəmldir. Gələn il bolqarlara qaz asılılığınız yoxdur, haradan istəsək qaz ala bilərik – deyə biləcəyik. Bu, gerçək şaxələnmədir”.

Avropa İttifaqının 7 başlıca enerji layihəsinə aid olunan İGB layihəsinin Yunanıstan və Türkiyədəki mövcud və yeni terminallar vasitəsilə Yaxın Şərqdən, Xəzər regionundan, Şərqi Aralıq bölgəsindən enerji mənbələri tədarükü və tədarük xətlərinin şaxələndirilməsi demək olduğunu qeyd edən Bolqarıstan baş naziri tikintidə artıq torpaq işlərinə başlandığını, marşrutun birinci kilometrində boruların lazımi yerlərə çatdırıldığını bildirib. Qeyd edək ki, İGB Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz“ qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a  qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz“ konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. İGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. Bütün bunlar həm də onun təsdiqidir ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın mövqeyini beynəlxalq miqyasda gücləndirir. Azərbaycan belə layihələrdə iştirak etməklə beynəlxalq arenada həm siyasi, həm də iqtisadi nüfuzunu yüksəldir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ