Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın logistika siyasəti Avrasiyada güclü dəyişdirici faktora çevrilir

Image


Azərbaycanın yerləşdiyi ərazi bu gün Avropa və Asiyanı  birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan kimi indi bütün dünyanın diqqət mərkəzindədir. Bu fonda Azərbaycanın reallaşdırdığı bir sıra qlobal layihələr, o cümlədən “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, “Şimal-Cənub” dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada daha çox Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir.

Bunlarla bərabər, beynəlxalq logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası “Şərq-Qərb” dəhlizində də dünyada böyük maraq yaradır. Amma Azərbaycan təkcə belə dəhlizlərlə tranzit məkana çevrilməklə fəaliyyətini məhdudlaşdırmır. Real vəziyyət göstərir ki, həm öz ixrac imkanlarını artırmaq, həm də üzərindən keçən tranzit dəhlizlərinin işləklik səviyyəsini artırmaq üçün Azərbaycan qonşu ölkələrdə, ilk növbədə İran və Rusiyada öz sərmayəsi hesabına logistik mərkəzlərin yaradılmasına da xüsusi diqqət yetirir. Məsələn, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yüksək effektivlyini təmin etmək məqsədilə Azərbaycan İranın Astara şəhərində 4 terminalın inşasına start verib. Bu terminallar neft, taxıl, konteynerlərin emalı və ümumi təyinatlı terminallar olacaq. Bu isə “Şimal-Cənub”la daha çox yüklərin rahat şəkildə daşınmasına imkan verəcək.

Qazaxıstanın Aktau şəhərində Azərbaycanın İstehsal və Logistika Mərkəzinin fəaliyyət göstərməsi ixrac siyasətinin mühüm tərkib hissəsidir. Qeyd edək ki, bu, 25 faizi dövlətə məxsus olmaqla, Azərbaycanın xarici ölkələrdə ilk logistika mərkəzidir. Mərkəz Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Eləcə də Rusiya istiqamətində Azərbaycan müvafiq addımlar atır. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bütün bunların vacib əhəmiyyət kəsb etdiyini vurğulayır. O, bu vəziyyətin Azərbaycanla Rusiya regionları arasında əlaqələrə də müsbət təsir göstərdiyini vurğulayır: “Təbii ki, respublikanın onunla qonşuluqda yerləşən regionlarla əlaqələri daha sıxdır. Taxıl məhsullarının ən iri təchizatçısı olan Stavropol diyarında bu yaxınlarda Azərbaycan nümayəndə heyəti üçün biznes-görüş təşkil edilib. Tərəflər Azərbaycana Rusiya məhsulları, o cümlədən elit toxum ixracı barədə razılığa gəliblər. Azərbaycanda aqrar sahənin nümayəndələri üçün bu toxumlar yüksək məhsula zəmanət olacaq, rusiyalılar isə öz süfrələri üçün Azərbaycandan daha çox meyvə və tərəvəz alacaqlar. O vaxtkı İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan Rusiyaya meyvə-tərəvəz məhsulları satışını ikiqat artıraraq, bir milyon tona çatdıra bilər. Həştərxanda logistika hab yaradılması da aqrar sektorla bağlıdır. Azərbaycanın “KDY Logistics” şirkəti bu habın tikintisinə 2 milyard rubl sərmayə qoyub. İndi həmin şirkət müvəqqəti saxlama anbarından Rusiyaya və digər MDB ölkələrinə ildə 2,5 milyon ton meyvə və tərəvəz nəql etməyi planlaşdırır.

2021-ci ildə Yekaterinburqda iri logistika mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Nəticədə Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi, demək olar ki, ikiqat artaraq 12 milyard rubla bərabər olacaq. Məsafə urallılar üçün maneə olmayıb: bu yaxınlarda həmin regionun nümayəndə heyəti Bakıda ən müxtəlif əməkdaşlıq istiqamətləri üzrə - şəhərsalmadan başlamış mədəniyyət və təhsil sahəsində mübadiləyə qədər 30-dan çox görüş keçirib”. Dmitri Savelyev qeyd edir ki, Azərbaycanın Rusiyanın müxtəlif yerlərində yaratdığı hablar, logistika mərkəzləri iqtisadi əlaqələri daha da dərinləşdirəcək.

Bu xüsusda daha bir məqam "Cənub-Qərb" dəhlizi ilə bağlıdır. Ümumiyyətlə, "Cənub-Qərb"  layihəsi üzrə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşanın birgə işinin məqsədi yeni cəlbedici logistika məhsulunun yaradılmasıdır. Artıq bu xüsusda müvafiq addımlar atılır və prosesdə ən yaxından iştirak edən ölkələrdən biri də Azərbaycandır. Onu da bildirək ki, hazırda logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən biri hesab olunur. Bu mənada, logistika imkanlarının genişləndirilməsi inkişafa xidmət etməklə yanaşı, ölkəmizin regional və beynəlxalq ticarətdə rolunun artmasına da gətirib çıxarır. Logistika imkanlarının genişləndirilməsi hazırda  ölkənin iqtisadi imkanlarının artırılması baxımından qarşıya qoyulan mühüm vəzifələrdən biri sayılır. Azərbaycanın ixrac potensialının və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi də bu amillə sıx bağlıdır. Azərbaycanın xarici ticarətinin strukturunda isə kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və bu sahədə logistika mərkəzlərinin yaradılması, xüsusən də Rusiya istiqamətində bunların edilməsi artıq öz müsbət nəticələrini verir. Belə mərkəzlər və nəqliyyat dəhlizləri imkan verir ki, yerli sahibkarlar öz məhsullarını dünya bazarına daha asan və az xərclə çıxarsınlar. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi mühüm önəm daşıyır. Bu fonda ölkənin özündə də belə mərkəzlərin yaradılması xüsusi diqqət mərkəzində yer alır. Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin fəaliyyətə başlaması da bunun parlaq ifadəsidir. Xatırladaq ki, tarixi İpək yolunun üzərində yerləşən bu mərkəzin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı reallaşır.

Bütün bunlar aydın göstərir ki, Azərbaycanın nəhəng nəqliyyat layihələrinin reallaşdırılması üçün fəaliyyəti genişmiqyaslı xarakterə malikdir. Bu həm də ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq nəqliyyat marşrutları ilə dünya bazarlarına çıxarılmasında da mühüm rol oynayır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ