çərşənbə axşamı günü, 18 avqust 2026
     

Banklar paytaxt və region sakinlərinə münasibətdə ayrıseçkiliyi davam etdirir

Image


Hökumətin əvvəlki kimi xüsusi maraq dairəsində yer alan əsas məsələlərdən biri bankların biznes kreditlərinin miqdarını artırması, real sektorun inkişafına öz töhfələrini vermələridir. Bu fonda banklar üçün hərtərəfli şərait yaradılır, onların maliyyə durumunun yaxşılaşmasına  zəruri yardımlar edilir. Hər halda, cari ildə problemli kreditlərin çözümü istiqamətində atılan addımlar da bunun real təsdiqi oldu. Amma real durum göstərir ki, banklar hələ də onlar qarşısında qoyulan missiyanın öhdəsindən lazımınca gələ bilmir.

Artıq dəfələrlə bildirildiyi kimi, banklar real sektora nisbətdə istehlak sektoruna daha çox vəsait ayırır. Artıq əhali tərəfindən götürülmüş borcların 40%-dən çoxunun istehlak kreditlərinə yönəldilməsi ekspertlər tərəfindən ciddi narahatlıqla qarşılanır. Əhali isə borc olaraq götürdüyü vəsaitləri əsas etibarı ilə avtomobil, mobil telefon, mebel, elektrik cihazları və digər gündəlik tələbat mallarının alınmasına xərcləyir. Azərbaycanda belə bütün mal çeşidləri əsasən idxal olunur və bu da ölkədə inflyasiya gözləntilərini artıra bilər. Məsələnin narahatlıq doğuran daha bir tərəfi bankların hələ də paytaxt və regionlar arasında fərq qoymasıdır. Araşdırmalar göstərir ki, Azərbaycanda banklar tərəfindən verilən kreditlərin 82 faizə qədəri yenə Bakı və Abşeronun payına düşür. 14 milyard manata çatan kreditin təxminən 18 faizi isə qalan regionlara verilib. Təbii ki, bu da paytaxt və regionlar arasında böyük disbalans yaradır. Kreditlərin regionlar üzrə xüsusi çəkisinin az olması ilə yanaşı, faiz dərəcələrində də fərq var. Ekspertlər yaranmış vəziyyətdə bankların kredit siyasətində ciddi dəyişikliklərin olmasını vacib sayır. Əvvəla, əhali üçün nəzərdə tutulmuş istehlak kreditlərinə ayrılan bank-maliyyə vəsaitlərinin iş adamlarına yönəldilməsi daha məqsədəuyğundur. Əks təqdirdə, əldə olan pul kütləsi ilə bazarda olan əmtəənin uyğunsuzluğu məhsul idxalının artımına gətirib çıxaracaq ki, bu da inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Eləcə də biznes-kreditlərin təşviqi istiqamətində banklar onlara edilən çağırışlara adekvat cavab verməlidir. Bundan əlavə, bölgələrdə bankların kreditlərinin həm həcminin artmasına, həm də faizlərin aşağı salınmasına ehtiyac var. İndilikdə regionlarda əhaliyə verilən kreditlərin faizləri Bakıya nisbətən çox yüksəkdir. Paytaxtda kreditlərin orta faizi 10 bəndlik olduğu halda, regionlarda bu göstərici 20 faizi keçir. Burada bir mühüm məqamı da nəzərə almaq lazımdır. Araşdırmalar göstərir ki, paytaxtda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 820 manat təşkil edib. Orta aylıq əməkhaqqı 820 manat olan paytaxt sakinləri üçün borc götürülmüş kreditlər üzrə faiz dərəcələri optimal məqbul vəziyyətə çatıb və demək olar ki, ölkənin regionlarından təxminən 40% çoxdur. Deməli, banklar ödəniş qabiliyyəti və gəlirləri nəzərə alıb regionlarda daha aşağı faizlə kredit verməlidir. Amma reallıqda bunun tam əksi baş verir. Hesab edilir ki, regionlarda kredit faizlərinin paytaxtla müqayisədə daha yüksək faizlə verilməsi bir sıra amillərdən qaynaqlanır. Əvvəla, banklar regionlara kredit verməkdə o qədər də maraqlı deyil. Çünki burada risq yüksəkliyi var. Eyni zamanda, girovların likvidliyilə bağlı problemlər mövcuddur. Bu amil, xüsusən də daşınmaz əmlaka aiddir. Bu baxımdan da banklar regionlarda genişmiqyaslı kreditləşmədə maraqlı deyillər. Nəticədə həmin amil regionlara kredit verilərkən faiz dərəcəsinin artımına səbəb olur.

Digər səbəb odur ki, regionlara verilən kreditlərin də əhəmiyyətli hissəsini istehlak kreditləri təşkil edir. İstehlak kreditləri üzrə faiz dərəcəsi isə daha yüksəkdir. Bunun özü də regionlar üzrə kreditlərin orta faiz dərəcəsinin yüksək olmasını şərtləndirir. Üçüncü bir tərəfdən, regionlarda ipoteka kreditləşməsi zəif gedir. Bu baxımdan ipoteka kreditlərinin az olması ümumi yekun olaraq regionlarda faiz dərəcəsinin yüksək olmasına rəvac verir. Paytaxtda isə faiz dərəcəsini aşağı salan başlıca məqamlardan biri məhz ipoteka kreditlərinin verilməsidir. Ekspertlərin fikrincə, yaranmış durumda ilk olaraq regionlarda güzəştli kreditlər, ipoteka kreditlərinə mərhələli şəkildə hansısa formada çıxış imkanlarının artırılması faizlərin aşağı salınmasına gətirib çıxara bilər. Eyni zamanda banklar qarşısında da müəyyən şərtlər qoyulmalıdır ki, onlar həm regionlarda kreditlərin miqdarını artırsınlar, həm faizləri aşağı salsınlar, həm də real sektora daha çox vəsait yönəltsinlər.

Burada onu da xatırladaq ki, Regionların inkişafı üzrə dövlət proqramında da birmənalı şəkildə qeyd olunur ki, bölgələrdəki biznes strukturlarının inkişafını stimullaşdırmaq üçün onlara maliyyə yardımının edilməsi əsas hədəflərdən biridir. Amma təəssüf ki, hələlik kommersiya bankları bu sahədə ciddi addımlar atmır. Bu da regionlarla Bakı arasında inkişaf fərqlərinin böyüməsinə gətirib çıxarır. Yaranmış durumda hesab edilir ki, ehtiyac yaranarsa, məsələyə inzibati formada da müdaxilə olunmalıdır. Bununla yanaşı, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir. Çünki belə vəziyyətdə həm Bakı, həm də regionlarda kreditəlrin faiz dərəcələrinin aşağı düşməsi qeydə alına bilər.

Ekspertlər isə burada başqa bir məqama da diqqət yönəldir və  qeyd edirlər ki, rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir. Bu baxımdan, kreditə çıxış imkanlarının asanlığı da məhz kredit faizlərinə təsir göstərən əsas faktorlardan hesab edilir. Qeyd olunan səpkidə də stimullaşdırıcı addımlartın atılması vacib sayılır. Hər halda, proseslərin birbaşa vətəndaşların kreditlərə çıxış imkanlarının azaldılması istiqamətində getməsində hökumət xüsusilə maraqlıdır və artıq bankların da buna müvafiq reaksiya verməsi olduqca vacibdir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ