Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın qarşısında manatı güclənməkdən “necə qoruyaq” problemi...

Image


Ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar qarşıdakı dövr ərzində Azərbaycanı iqtisadi müstəvidə daha güclü mövqeyə çıxarmaqla yanaşı, onun maliyyə durumuna da əhəmiyyətli dərəcədə təsir göstərəcək. Hər halda, ekspertlərin böyük əksəriyyətinin proqnozları məhz bu istiqamətdədir. Belə görünür ki, Azərbaycanın enerji ilə yanaşı, gələn il ərzində qeyri-neft sektoru üzrə də ixrac etdiyi məhsulların həcmində əhəmiyyətli artım olacaq. Bu isə ölkəyə daxil olan valyutanın miqdarını xeyli artıracaq.

Həmçinin bu və gələn il ərzində Azərbaycanın turizm üzrə gəlirlərinin 3-4 milyard dollar arasında dəyişməsi, belə vəziyyətdə isə manata qarşı təzyiqlərin daha da gücləniməsi gözlənilir. Yəni baş verənlər manatın kursunun güclənməsi istiqamətində əlavə təzyiqlər yaradır. Artıq manat devalvasiya yox, revalvasiya, yəni məzənnənin yenidən qaldırılması risqi ilə üz-üzədir. Amma görünən budur ki, hökumət indiki şəraitdə manatın məzənnəsinin güclənməsində maraqlı deyil və ilk növbədə qeyri-neft sektoru üzrə ixracın qorunması məqsədilə, ən azından, məzənnənin indiki həddə qalmasında maraqlıdır. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun son açıqlamaları da təsdiq edir: “Bu gün hesab edirik ki, revalvasiya Azərbaycan iqtisadiyyatı üçün yararlı deyil, zərərli ola bilər”.  Onun sözlərinə görə, əsas istiqamətlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır. Revalvasiya isə buna mane ola bilər: "Düşünürük ki, cari ildə manatın məzənnəsinə təsir edə biləcək fundamental amil yoxdur. Növbəti ilə də nikbin baxırıq. Yəgin ki, gələn il də milli valyutanın məzənnəsini idarə edə biləcəyik. Bizim əsas istiqamətlərimizdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır”.

Bu arada qeyd edək ki, manatın məzənnəsinin qorunması üçün də hansısa problem yoxdur. Əksinə, hökumətin valyuta ehtiyatlarının sürətli artımı əlavə imkanlar yaradır. Xatırladaq ki, Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 48 milyard 558,5 milyon dollar təşkil edib. Bunun 87,6%-i və yaxud 42 milyard  524,4 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,4%-i, yaxud 6 milyard  34,1 milyon dolları isə Mərkəzi Bankın payına düşüb. Bu ilin üçüncü rübündə ölkənin valyuta ehtiyatları 155,4 milyon dollar və yaxud 0,3% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 60,7 milyon dollar və yaxud 0,15%, baş bankın valyuta ehtiyatlarında isə 94,7 milyon dollar və yaxud 0,15% artım olub. Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 milyard  36,3 milyon dollar və yaxud 9,1% artıb. Gələn il ərzində TAP kəmərinin də işə düşməsi ilə valyuta ehtiyatlarında artımın davam etməsi gözlənilir. Xüsusən də ARDNF-in valyuta ehtiyatlarında daha dinamik artım gözlənilir. Hazırda fondun malik olduğu vəsaitin 54,7%-i dollarda, 33,8%-i avroda, 4,9%-i isə ingilis funt-sterlinqində yerləşdirilib. Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,4% təşkil edir. Yerdə qalan vəsait digər valyutada saxlanır. Bundan əlavə, qurumun ehtiyatında 100 ton qızıl var. Bu bölgüdən görünür ki, fond kifayət qədər dollar və valyuta ehtiyatına malikdir. Məhz bu da manatın məzənnəsinin istənilən qaydada idarə olunmasına lazımi şərait yaradır. 

Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, hazırkı vəziyyətdə manatın bahalaşması istiqamətində də təzyiqlər artır. İlk növbədə manatın möhkəmlənməsinə təsir edən əsas faktor neftin dünya bazarında bahalaşmasıdır və bu bahalaşma ölkəyə daxil olan valyutanın həcmini artıran əsas faktordur. Hazırda Azərbaycan neftinin qiyməti 67 dollara çatır. Bu fonda ölkənin strateji valyuta ehtiyatlarının həcmində də əhəmiyyətli artım qeydə alınır. Digər tərəfdən, neftin qiymətinin qalxması nəticəsində şirkətlərin dövlət büdcəsinə ödəyəcəyi verginin həcmi də artır ki, bunun qarşılığında xarici valyutanı kompensasiya edərək bazara daxil olan valyutanın həcmini artıra bilirlər. Eləcə də uçot dərəcəsinin səviyyəsi, bankların manatla kreditləşməyə nisbətən zəif təmin edilməsi və bu kimi digər məsələlər manatın xeyrinədir. Bu isə onu deməyə əsas verir ki, hər hansı bir kənar müdaxilə və inzibati təsir olmasa, manatın bahalaşması dinaiik xarakter alacaq. Özü də nəzərə almaq lazımdır ki, gələn ildən Azərbaycan qazının da dünya bazarında satış həcmi artacaq və bu da ölkəyə yeni valyuta axınını təmin edəcək. Amma bu vəziyyətdə hökumət üçün prioritet bütün təsirlərin Mərkəzi Bankın timsalında neytrallaşdırılması, manatın əhəmiyyətli səviyyədə möhkəmlənməsinin qarşısının alınmasıdır. Çünki yerli istehsalda rəqabətin artırılması, ixracın stimullaşdırılması kimi məsələlər indiki halda manatın möhkəmlənməsinin sərfəli olmadığını üzə çıxarır.

Burada onu da xatırladaq ki, hökumət artıq ölkədə postneft dövrünün başlandığını elan edib və onun bu gün apardığı sürətli iqtisadi islahatlar mümkün qədər qısa zaman kəsiyində ölkə iqtisadiyyatının real sektora transformasiya edilməsini hədəfləyib. Bu islahatlar çərçivəsində güclü manat müəyyən problemlər yarada bilər. Amma o da faktdır ki, manatın möhkəmlənməsi istiqamətində təzyiqlər artsa, hökumət milli valyutanı tədricən möhkəmləndirəcək. Bu fonda manatın möhkəmlənməsinin ilk növbədə dollara nisbətdə özünü daha qabarıq göstərməsi proqnozdaşdırılır. Düzdür, 2020-ci il üçün də dövlət büdcəsində manat-dollar məzənnəsinin 1.7 səviyyəsində olması nəzərdə tutulur. Maliyyə Nazirliyinin Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərində məhz bu hədd nəzərə alınıb. Bundan başqa xatırladaq ki, gələn il üçün büdcədə neft qiyməti 55 dollardan götürülüb. Amma baş verən bir çox hadisələr, xüsusən də OPEC+ ölkələrinin fəaliyyəti neftin qiymətinin, ən azından, indiki həddə qalacağını göstərir. Deməli, Azərbaycanın neft gəlirləri yenə nəzərdə tutulduğundan yüksək olacaq və bu da manata əlavə təzyiq yaradan faktorlardan sayılır. Qeyri-neft sektoru üzrə ixrac artımı da burada öz rolunu oynayır. Bu səbəbdən manatın gələn il ərzində, cüzi də olsa, revalvasiyası mümkün sayılır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ