Cümə günü, 16 oktyabr 2026
     

Dünya iqtisadiyyatında yeni problemlərin Azərbaycandan yan keçmək ehtimalı yüksək dəyərləndirilir…

Image


Dünya iqtisadiyyatında kəskinləşən ticarət savaşları artıq bir çox ölkələr, xüsusən də inkişaf etmiş Qərb dövlətləri üçün ciddi problemlər yaradır. Belə vəziyyətdə əksər dövlətlər iqtisadi artımı təmin etməkdə ciddi çətinlik çəkir və böyük miqdarda itkilərlə üzləşir. Məsələn, Rusiya və Avropa İttifaqı arasında sanksiyalar çəkişməsi ötən dövr ərzində hər iki tərəfə böyük həcmdə ziyan vurub. Keçən müddətdə Moskva 55 milyard, Qərb isə 100 milyard dollar dəyərində itki ilə üzləşib. Eləcə də ABŞ-ın bir çox şirkətləri bu iqtisadi savaşdan əziyyət çəkir.

Digər tərəfdən, ABŞ-ın Çin və bir sıra digər ölkələrlə dərinləşən ticarət müharibəsi də vəziyyəti gərginləşdirir. Məhz bu durumda ölkələrin iqtisadi artımı, əhalinin sosial rifah halının yüksəlişini təmin etməsi müşkül bir duruma gəlir. Amma Azərbaycan timsalında tamam bir fərqli mənzərənin də şahidi olmaq mümkündür. Əvvəla, cari ilin ilk üç rübünün yekunları ölkədə iqtisadi artımın olduğunu təsdiqləyir. Xüsusən də qeyri-neft sektorunda bu artım özünü qabarıq büruzə verir. Digər tərəfdən, iqtisadi artım əhalinin maddi rifah halının yuksəlməsində də mühüm rol oynayır. Təkcə bu il ərzində həyata keçirilən sosial islahatları xatırlamaq kifayət edir ki, bunun real təsvirini görmək mümkün olsun.

Xatırladaq ki, sosial islahat paketi minimum əməkhaqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, o cümlədən problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması kimi önəmli islahat tədbirlərini özündə ehtiva edir. Ümumi olaraq sosial islahat paketi 3,9 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri əhatə edib. Bu il ərzində minimum əməkhaqqı 93 faiz artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Hazırda Azərbaycanda minimum əməkhaqqı ölkə üzrə yaşayış minimumunu 40 faiz üstələyir. Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əməkhaqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar. Bu da əhalinin yaşayış şəraitinə, sosial rifahına birbaşa təsir edən amillərdəndir. Bir məqamı da qeyd edək ki, dollarla ifadədə Azərbaycan minimum əməkhaqqı səviyyəsinə görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşıb. Amma qarşıdakı dövr ərzində Azərbaycanın bu istiqamətdə daha böyük nailiyyətlər əldə etməsi gözlənilir. Ən azı o baxımdan ki, gələn il əməkhaqqı və pensiyalarda növbəti artım gözlənilir. Elə Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə zamanı bu xüsusda artıq ilkin anaonslar verildi.

Müzakirədən belə bəlli oldu ki, ölkə iqtisadiyyatında qeydə alınan artım bundan sonra da insanların sosial rifah halında özünü göstərəcək. Doqquz ayın yekunlarına görə isə Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb. Yuxarıda qeyd olunduğu kimi, qeyri-neft sektorunda artım tempi daha yüksək olub, qeyri-neft üzrə ümumi daxili məhsulda 3 faiz, qeyri-neft sənayesində 15 faiz artım müşahidə olunub. Bu da məhz iqtisadi inkişafın və iqtisadiyyatda əldə edilən artımın mərhələli şəkildə neft sektorunun qeyri-neft sektoruna transfer olması mənasına gəlir. Bu həm də ondan xəbər verir ki, qeyri-neft sektoru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Hesab olunur ki, bu, 2015-ci ildən sonra dərinləşmiş islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsi ilə bağlı islahatların real nəticələrinin olmasının təzahürüdür. Məsələnin bu tərəfinə nəzər salan iqtisadçı ekspert Vüqar Bayramov bildirir: “Digər sektorlarda - aqrar, turizm, xidmət sektorlarında artım tempinin proqnozlaşdırıldığından daha çox olması, makroiqtisadi sabitliyin qorunub saxlanması geridə qalan ayların əsas iqtisadi nəticələri kimi xarakterizə olunmalıdır. Xüsusən qlobal ticari və iqtisadi savaşlar fonunda, qlobal şokların artdığı dövrdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda artımın qorunub saxlanması kifayət qədər pozitiv məqamdır. Bu ondan xəbər verir ki, islahatlar birmənalı şəkildə qeyri-neft sektorunun inkişafına xidmət edir”.

Ötən müddətdə Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyini daha da yaxşılaşdırdığını deyən V.Bayramov qeyd edib ki, Dünya Bankı Azərbaycanı 20 ən çox islahat aparan ölkə siyahısına daxil edib. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan öz mövqeyini 11 pillə möhkəmləndirə bilib, "Fitch" və "Moody`s" agentliklərinin hesabatlarında Azərbaycan stabil mövqeyini qoruyub saxlayıb, eləcə də ölkəmizdə bir sıra göstəricilər üzrə bir sıra irəliləyişlər əldə edilib. Qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar ölkəmizin beynəlxalq hesabatlardakı mövqeyinə müsbət təsir göstərir: “Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi. Söhbət, təbii ki, kadr islahatlarının davam etdirilməsi, daha çevik kadr siyasətinin reallaşması və bu kontekstdən büdcə gəlirlərində şəffaflığın gücləndirilməsindən gedir. Ölkə başçısı büdcə xərclərinin şişirdilməsi hallarının qarşısının alınması, büdcə şəffaflığı ilə bağlı konkret mexanizmlərin hazırlanması və tətbiqi ilə bağlı göstərişlər verdi. Bu, növbəti ildə həyata keçiriləcək islahatların strukturu, eyni zamanda, prioritetliyi baxımından çox vacibdir. Müşavirədə qeyd olunduğu kimi, gələn il həm də büdcə gəlirlərində artımın olacağı proqnozlaşdırılır. 2020-ci ildə ilk dəfə olaraq büdcə gəlirlərinin 40 faizindən çoxu sosial sferaya yönəldiləcək. Birbaşa əməkhaqqı xərclərinin payı 6,7 milyard manat, pensiya və təqaüdlərin həcmi 3,2 milyard manat olacaq. Bu o deməkdir ki, birbaşa əməkhaqqı, pensiya və təqaüdlərə 10 milyard manatadək yönəldiləcək ki, bu da büdcənin sosiallığından xəbər verir. Büdcə qeyri-neft sektorunda fərqli layihələrin maliyyələşdirilməsini həyata keçirəcək. 2020-ci il Azərbaycan üçün yeni iqtisadi strategiyanın hazırlanması baxımından önəmlidir. Strateji Yol Xəritəsinin birinci mərhələsi 2020-ci ildə başa çatır. Yeni iqtisadi islahatlar mərhələsi başlayır. Bu ilin 9 ayında əldə edilən göstəricilər ilin müsbət fonda başa çatacağını deməyə əsas verir. 2020-ci ildə daha dərinləşmiş iqtisadi və sosial islahatları müşahidə edəcəyik”.

Bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanı yeni iqtisadi uğurların gözlədyini deməyə əsas verir. Ən əsas məqamlardan biri odur ki, bu uğurlar dünya iqtisadiyyatında baş verənlərdən asılı olmayaraq əldə edilir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ