Cümə günü, 16 oktyabr 2026
     

Dünya “taxıl OPEK”i yaradılır, taxıl idxalçısı Azərbaycan üçün yeni taxıl ticarəti şəraiti...

Image


Son günlərdə dünya taxıl bazarında Azərbaycanı da yaxından maraqlandıran müəyyən proseslər cərəyan etməkdədir. Belə görünür ki, baş verənlər taxılın qiymətinin formalaşması istiqamətində yeni bir vəziyyətin yaranmasına gətirib çıxaracaq. Bu isə əksər ölkələri, xüsusən də Azərbaycanı yaxından ilgiləndirir. Ən azı o baxımdan ki, ölkəmiz hələ də xaricdən böyük həcmdə taxıl idxal edir.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 240,7 milyon ABŞ dolları dəyərində 1,112 milyon  tondan çox buğda idxal olunub. Hesabat dövründə ölkəyə idxal olunan buğdanın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 59%, həcmi isə 34,2% artıb. Araşdırmalar hələ də göstərir ki, Azərbaycanda yerli buğda növləri tələbatı ödəmək üçün kifayət deyil. Burada keyfiyyət və məhsuldarlıq problemi də var. Ona görə də daha keyfiyyətli məhsulların Rusiyadan, Ukraynadan, Qazaxıstandan idxal edilərək unüyütmə prosesində onlardan istifadə etmək məcburiyyəti yaranır. Dəyirmanlarda 100 kiloqram buğdanı keyfiyyətli una çevirmək üçün ona maksimum 30 kiloqram əlavə Azərbaycan buğdası qatılır. Digər tərəfdən, artıq o da faktdır ki, Azərbaycanda əhalinin, ölkəyə gələn turistlərin sayı artdıqca istehlak da artır. İstehlak artdıqca un və un məmulatları üçün xaricdən daha çox keyfiyyətli buğda gətirmək zərurəti yaranır. Ona görə də Azərbaycana xaricdən gətirilən buğdanın həcmi artır. Məhz belə bir vaxtda taxılın dünya miqyasında qiymətinin müəyyən edilməsi istiqamətində, yuxarıda qeyd olunduğu kimi, maraqlı hadisələr başlanıb. Söhbət ondan gedir ki, Rusiya baş nazirinin müavini Aleksey Qordeyev taxılın qiymətinin müəyyən olunması üçün OPEC-ə analoq təşkilat yaratmağı təklif edib. Məsələ ilə bağlı Rusiyanın “RİA Novosti” agentliyi yazır: “Oktyabrın əvvəlində Qordeyev Almaniyanın kənd təsərrüfatı və ərzaq naziri Yulia Klökner ilə görüşdə taxıl istehsalçılarının beynəlxalq təşkilatının yaradılması perspektivlərini müzakirə edib. Baş nazirinin müavini hesab edir ki, "taxıl OPEC"inə Rusiya, Avropa İttifaqı, Kanada, Argentina və digər ölkələr daxil ola bilər. Qiymətlərin koordinasiyası nəhəng buğda istehsalçılarına itkilərdən qaçmaq imkanı verməklə yanaşı, həm də idxalçı ölkələr üçün taxılı daha da əlçatan edəcək.

Bu təşəbbüsün niyə məhz Moskvadan gəldiyi aydındır. Son illər ərzində Rusiya aqrosənaye məhsullarının aparıcı tədarükçüsünə çevrilib. Rusiyanın Aqrobiznes Ekspert-Analitik Mərkəzinin məlumatına görə, keçən il dünya üzrə taxılın ixracı 190,6 milyon tona çatıb. Bunun 23,1 faizi Rusiyanın ixrac etdiyi taxılın payına düşür. Qordeyevin adını çəkdiyi "taxıl OPEC"inin potensial üzvləri isə bazarın 65,7 faizini idarə edirlər. Qeyd edək ki, kənd təsərrüfatı Rusiyanın ixracatında əsas yerlərdən birini tutur. Belə ki, ölkənin kənd təsərrüfatı naziri Dmitri Patruşevin sözlərinə görə, Rusiya ərzaq ixracından ümumilikdə 25,9 milyard dollar qazanıb. Bu, ölkənin silah satışından əldə etdiyi qazancdan təxminən iki dəfə çoxdur.

Taxıl kartelinin potensial üzvləri sırasında ABŞ-ın da adı çəkilir. Lakin ekspertlər əmindir ki, Vaşinqton yeni təşkilata qoşulmayacaq. Çünki məlumdur ki, amerikalılar yalnız özlərinin liderlik edə biləcəyi beynəlxalq ittifaqlara qoşulurlar. Buna görə də Amerikanın adının çəkilməsi yalnız Qordeyevin nəzakətlilik jesti olaraq qəbul edilə bilər. Bununla yanaşı, taxıl ixracatçılarının karteli Birləşmiş Ştatların dünya ərzaq bazarında onsuz da zəifləyən mövqeyini son nəticədə sarsıda bilər. Qeyd edək ki, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi oktyabrın əvvəlində dərc etdiyi icmalında Rusiya istehsalı olan buğdanın ixrac həcmləri ilə bağlı proqnozu dəyişməz olaraq 34 milyon ton səviyyəsində saxlayıb, Avropadan ixracat proqnozunu isə 28 milyon tona qaldırıb. ABŞ-ın öz ixrac proqnozuna gəldikdə isə, bu göstərici 26 milyon tonadək azaldılıb.

Rusiyanın Taxıl İttifaqında (RBİ) bu rəqəmlərin doğruluğunu təsdiqləyiblər, lakin həm də qeyd ediblər ki, ölkənin xarici ixracat portfeli buğda ilə məhdudlaşmayacaq. Rusiya 2020-ci ildə arpa və qarğıdalının hesabına dənli bitkilərin ixracını 47 milyon tonadək artıracaq. Qeyd edək ki, yağlı bitkilər ixracında da Moskva Vaşinqtonu geridə qoya bilər. RBİ-nin sədri Arkadi Zloçevski isə qeyd edib ki, bu il Rusiya yağlı bitkilərin yığımında rekorda imza atacaq. Hazırda Birləşmiş Ştatlar kənd təsərrüfatı məhsullarının idxalatını artırır. 2014-cü ildə kənd təsərrüfatı məhsullarının ixracı onların idxalından 40 milyard çox idisə, hazırda bu fərq 14,5 milyard dollar təşkil edir.

Yaxın illərdə ABŞ-dan kənd təsərrüfatı məhsullarının ixrac həcmi düşməyə davam edəcək. Bunun səbəblərindən biri də Birləşmiş Ştatların Çin və Avropa İttifaqı ilə apardığı ticarət müharibələridir. Vaşinqton ticarət müharibələrində kompromisə getməsə, amerikalı fermerlər ümidlərini ABŞ-dan iqtisadi cəhətdən asılı iki ölkəyə - Meksika və Kanadaya bağlamalı olacaqlar. Onlar isə maksimum 40 milyard dollar dəyərində kənd təsərrüfatı məhsullarını almağa hazırdırlar. Bazarın bu cür sıxılması onsuz da pis vəziyyətdə olan istehsalçılar üçün böyük problemlər yarada bilər. Təkcə keçən il ABŞ-ın Orta Qərb regionunda 84 aqrar birlik müflisləşib, bu rəqəm 2007-ci ilin anti-rekordunu yeniləyib. Əsas səbəb isə böyük borc yüküdür. ABŞ-ın kənd təsərrüfatı naziri Sonni Perdyu deyib: "Son beş il ərzində fermerlərin borclarının kəskin şəkildə artdığı müşahidə olunur. Borclar 2013-cü ildən 30 faiz, yəni 315 milyard dollardan 409 milyard dollaradək artıb". Ən optimistik hesablamalara görə, bu il Birləşmiş Ştatlar kənd təsərrüfatı məhsulları ixracatında əlavə 1,9 milyard dollarlıq itki ilə üzləşəcək". Bütün bu qeyd edilənlərdən aydın olur ki, taxıl və taxıl məhsullarının qiyməti yaxın tezlikdə dünya miqyasında neft kimi yeni çəkişmə predmeti olacaq.   Bu isə taxılın qiymətinin daha tez-tez dəyişəcəyini, hətta spekulyativ amillərin qurbanı ola biləcəyini istisna etmir. Məhz bu fonda taxılla bağlı baş verənlər bütün ölkələri, o cümlədən Azərbaycanı yaxından maraqlandırır. Amma bir məqamı da qeyd edək ki, Azərbaycan taxıl idxalından asılılığı azaltmaq üçün də əməli addımlar atır. Məlumat üçün qeyd edək ki, bu il taxıl biçini zamanı 3 milyon 228 min ton məhsul toplanıb. Respublika üzrə taxıl istehsalının orta məhsuldarlığı 31,3 sentner, o cümlədən buğda üzrə orta məhsuldarlıq 32,4 sentner, arpa üzrə isə 29,7 sentner təşkil edib. 2018-ci illə müqayisədə buğdanın məhsuldarlığı 2,3 sentner, arpanın məhsuldarlığı isə 1,8 sentner artıb. 2018-ci illə müqayisədə bu il 200 min ton artıq buğda və arpa məhsulu toplanıb. Qarşıdakı dövr ərzində bu rəqmələrin artması gözlənir və belə vəziyyətdə xaricdən taxıl idxalının azalması proqnozlaşdırılır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ