çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycana bal idxalını dayandırmaq üçün ciddi əsaslar yetişib

Image


"Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik”. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov media nümayəndələrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq ölkə rəhbərliyinə də məktub ünvanlanıb: "Dünya təcrübəsində belə bir tendensiya var. Daxili istehsal bazarını qorumaq üçün idxala məhdudiyyət qoyulur. Türkiyə və İsrail kimi ölkələr belə bir addım atdıqdan sonra onlarda yerli istehsalda geniş inkişaf müşahidə olundu. Hətta qardaş ölkədə o qədər inkişaf qeydə alındı ki, onlar artıq dünya ikincisidirlər. Biz də bunu edə bilsək, Azərbaycanda arıçılıq sürətlə inkişaf edəcək”.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki istehsal isə artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan, həmçinin, artıq xaricə bal ixracını da həyata keçirir. Belə ki, bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda isə bu istiqamətdə İordaniya ilə də danışıqlar aparılır.

Maraqlıdır, bal idxalının qadağan edilməsi ölkə iqtisadiyyatına necə təsir edəcək?

  • Elvin Bayramlı: “Bal idxalının qadağan edilməsi indiki halda mümkündür”

Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı bizimlə söhbətində qeyd etdi ki, bal idxalının qadağan edilməsi indiki halda mümkündür: “Ölkəmizdə son illər arı sayında ciddi artımlar olub. Eyni zamanda, hər arı ailəsinə düşən balın həcmi də artır. Bu fonda, Azərbaycan Arıçılar Assosiasiyasının apardığı araşdırmalar nəticəsində məlum olur ki, cari ildə ölkəmiz bala olan tələbatı yerli istehsal hesabına tam şəkildə ödəmək gücündədir. Arı ailələri başına məhsuldarlır hardasa 15 kiloqrama yaxın olub. Buna görə də assosiasiyanın idarə heyəti toplanaraq peşəkar arıçıların dəstəyilə qərara gəldik ki, Azərbaycana idxal dayandırılmalıdır. Bunun üçün dünya təcrübəsində nümunələr də var, Türkiyə və İsrail artıq bal idxalına son qoyublar.

Məlumat üçün bildirim ki, Türkiyə artıq həm arı sayı, həm də bal ixracına görə dünyada ilk beşlikdə qərarlaşıb. İsrail hətta səhra ölkəsi olsa da, bal ixracatçısına çevrilib. Bu nümunələrdən dolayı assosiasiyamız da bal idxalına son qoymaq üçün addım atmaq qərarına gəldi. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanladıq və burada bal idxalının dayandırılmasını xahiş etdik. Analoji təkliflə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi qarşısında da çıxış etdik. Artıq Kənd Təsərrüfatı Nazirliyi məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, bal idxalının dayandırılması məsələsi araşdırılır. Güman ki, sonda bu istiqamətdə qərar veriləcək. İdxalın dayandırılması daxildə tələbata cavab verən səviyyədə bal istehsal edilməsilə bağlıdır. Cari il üçün istehsal artıq 6 min tona yaxınlaşır. Hətta bal ixracına da başlamışıq. Artıq Yaponiyaya, BƏƏ-yə 50-100 ton həcmində bal ixracı ilə bağlı danışıqlar da gedir. Bal ixracının həyata keçməsilə ölkədəki böyük şirkətlər onun ixracına üstünlük verəcək, orta və kiçik fermerlər isə daxili tələbatın ödənilməsində mühüm rol oynayacaqlar. Yəni bütün proses onu deməyə əsas verir ki, ölkədə artıq tələbatı ödəməyə, hətta ixraca yönəltməyə imkan verən səviyyədə bal istehsal olunur. Ona görə də artıq baln idxalına ehtiyac görmürük. Bu səbəbdən də istəyirik ki, onun idxalına son qoyulsun”

  • Rəşad Həsənov: “Hər hansı bir məhsul növü üzrə idxalın tamamilə dayandırılması və yaxud qadağan edilməsi bazar şərtləri daxilində yolverilməzdir”

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd etdi ki, bazarda rəqabət mühiti formalaşdırılmalıdır: "Yerli istehsalın müdafiə olunması baxımından, bir sıra hallarda, dövlətlər  idxal olunan məhsulların müəyyən formada məhdudlaşdırılması istiqamətində addımlar atırlar. Həmçinin, bəzi hallarda qiymət rəqabətliliyini artırmaq məqsədilə məhsulların rüsumlarının artırılması kimi alətlərdən də  istifadə edilir. Ona görə də bu başadüşüləndir. Amma hər hansı bir məhsul növü üzrə idxalın tamamilə dayandırılması və yaxud qadağan edilməsi bazar şərtləri daxilində yolverilməzdir. Çünki, əks halda, daxili bazarda qiymətlər kəskin artacaq. Bu isə dolayı yolla istehlakın və alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Azalan istehlak fonunda istehsal da geriləməyə başlayır. Bütün bunlar dövrü proseslərdir. Ona görə də belə halların qarşısını almaq məqsədilə bazarda rəqabət mühitinin formalaşdırılması vacib şərtlərdəndir. Əsas məsələ yerli istehsalçıların bazarda rəqabət apara bilməsidir. Eyni zamanda, hökumət istehsalın qiymət rəqabətini təmin etmək məqsədilə rüsum siyasətini yenidən gözdən keçirə bilər. Balın idxalı zamanı tətbiq edilən rüsum 15 faiz dərəcəsindədir. Bu da maksimum rüsum  səviyyəsidir. Ona görə də hər hansı rüsum alətindən istifadə imkanımız məhduddur. Belə olan təqdirdə, nəzarət mexanizmləri gücləndirilməlidir. Aşağı keyfiyyətli bal məhsullarının idxalının qarşısı alına bilər. Bu üsul yerli istehsal üçün daha əlverişli şərait yarada bilər”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ