Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın aqroekoturizm sahəsində görünməmiş dirçəliş…

Image


Ölkədə qeyri-neft sektorunun ən mühüm qollarından olan turizm bu gün həm də Azərbaycana ən çox valyuta qazandıran sahələrdən biri qismində çıxış edir. Artıq Azərbaycana gələn turistlərin ölkədə sərf etdikləri vəsaitin həcmi milyardlarla dollarla ölçülür. Ötən il ərzində xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Bir daha xatırladaq ki, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2.9 milyon və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib. Cari il ərzində isə bu rəqəmin daha yüksək olması gözlənilir.

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2019-cü ilin yanvar-avqust aylarında isə Azərbaycana səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 8,3% artaraq 2,1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxunu, daha dəqiq desək, 53%-ni Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Bu il ərzində isə Rusiyadan Azərbaycana daha çox turistin gəlişi gözlənilir. Özü də rus turistlər yüksək büdcəli turistlər sayılır və onların ölkəmizə, xüsusən də paytaxt Bakıya səfərlərinin əsas məqsədi daha çox alış-verişlə bağlıdır. Bunu Rusiyanın "TurStat" turizm portalının son araşdırması da təsdiq edir. Belə ki, “TurStat” portalı payız mövsümündə istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb. Reytinqə görə, Bakı MDB ölkələri arasında rusiyalı turistlərin ən çox payız səyahətinə çıxdığı beş şəhərdən biridir. Minsk, Astana, Almatı, Daşkənd şəhərləri də ilk beşliyə daxil edilib. Portalın məlumatında qeyd olunur ki, oktyabrın sonunda Azərbaycanın Göyçay rayonunda nar festivalı keçiriləcək və bu da turistləri özünə payızda cəlb edən mühüm faktorlardan biridir. “TurStat” turizm portalı onu da qeyd edib ki, rusiyalı turistlər MDB şəhərlərində və ölkələrində payız səyahəti zamanı qonaqlama və yemək üçün gündəlik 40-100 dollar arası pul xərcləyirlər. Onlar Minskə bazar günü istirahəti, Astana və Bakıya isə şopinq üçün gedirlər.

Onu da qeyd edək ki, Azərbaycana daha çox rus turistin gəlişi üçün genişmiqyaslı işlər görülür. Elə bu günlərdə Dövlət Turizm Agentliyi Rusiyanın paytaxtı Moskvada keçirilmiş “World Food Moscow 2019" beynəlxalq qida sərgisində təmsil olunub. Burada ziyarətçilər 40-dan çox Azərbaycan şirkəti ilə tanış olmaq imkanı əldə edib, 400 kvadratmetrdən böyük olan milli stenddə sərgilənən yerli kənd təsərrüfatı və qida məhsulları ilə tanış olublar. Yeri gəlmişkən qeyd edək ki, rus və digər turistlərin, Bakı ilə yanaşı, bölgələrə də səfərlərinin sayının artırılması üçün yerli kənd təsərrüfatı məhsullarının xaricdə təqdimatı geniş vüsət alıb. Burada əsas niyyətlərdən biri də aqroekoturizmin inkişaf etdirilməsidir.

Xatırladaq ki, aqroekoturizm, yeni yaranmasına baxmayaraq, dünyada sürətlə inkişaf etməkdə olan sahələrdəndir. Dünya əhalisinin sayının artması və urbanizasiya bu sahənin inkişafına təkan verir. Həmçinin insanlar artıq dəniz-qum-günəş üçlüyünün yaratdığı kütləvi turizmin yerinə, alternativ turizm növləri ilə daha çox maraqlanırlar. Şəhər sakinləri, qısa müddətlik də olsa, kənddə yaşamağı, fermada gecələməyi, təbii kənd məhsulları ilə qidalanmağı, təbiətlə təmas qurmağı arzulayırlar. Elə aqroekoturizmin meydana çıxmasının kökündə də məhz bu arzunu reallaşdırmaq istəyi dayanır. 1980-ci illərdə Avropada yaranan aqroekoturizm günümüzdə daha geniş əhatə dairəsinə malikdir. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə yerli fermerlərə dəstək və onlar üçün alternativ satış kanalları yaratmaq məqsədilə aqro-eko turlar təşkil olunur. Aqroekoturizmi sosialyönümlü layihə də adlandırmaq olar. Belə ki, turizmin bu sahəsi regionlarda yaşayan əhalinin işsizlik və az gəlir kimi problemlərinin həllinə töhfələr verə bilir. Bu məsələ artıq Azərbaycanda da xüsusi diqqət mərkəzində yer alır.

Onu da bildirək ki, dünyanın müxtəlif ölkələrində aqroekoturizmin təşkili və fəaliyyət istiqamələri də müxtəlifdir. Məsələn, İtaliyada aqro-eko turlar daha çox fermalarda qonaqlamaq üçün təşkil edilir. Bundan başqa, bu cür turlar kənd təsərrüfatı məhsulları almaq, təbiət qoynunda gəzmək, təsərrüfat heyvanlarını bəsləmək, meyvə toplamaq və digər məqsədlər üçün də təşkil olunur. Son vaxtlar ölkəmizdə turizm sektorundakı canlanma özünü aqroekoturizm sahəsində də hiss etdirir. Azərbaycanda həyata keçirilən aqroekoturizm layihələrinə “Şəhərdən Kəndə” layihəsini misal göstərmək olar. Layihə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. “Şəhərdən Kəndə”nin əsas məqsədi paytaxt sakinlərinin və xarici turistlərin asudə vaxtlarını səmərəli şəkildə keçirməsinə yardımçı olmaq, onlar üçün alternativ istirahət növü təşkil etmək, eyni zamanda, kəndlərdə yaşayan kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirini artırmaqdır. Bu günə qədər layihə çərçivəsində Şamaxının Qonaqkənd, Çaylı, Meysəri, İsmayıllının Təzəkənd kəndlərinə turlar baş tutub. Hazırda isə görünən odur ki, “Şəhərdən Kəndə” layihəsi davamlı olacaq və ölkəmizin həm kənd təsərrüfatı, həm də turizm sahəsinə öz töhfəsini verəcək.

Bununla yanaşı diqqət mərkəzində yer alan məqamlardan biri də ölkəyə təkcə Rusiya yox, digər istiqamətlərdən daha çox turist gəlişini təmin etməkdir. Bu sırada indi Pakistan, Hindistan, Avropa və ərəb ölkələri, Çin, İndoneziya və digərləri yer alır. Bu məqsədlə Azərbaycan Turizm Bürosu müxtəlif ölkələrdə təqdimatlar keçirir. Bunların nəticəsidir ki, ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur. Turizm potensialının tam relizə edilməsi məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Azərbaycana maraq göstərən turistlərin sayı ildən-ilə artır. Ölkəmizə gələn turistlərin sayı, şübhəsiz ki, qeyri-neft sektorundan gələn gəlirləri artırır, iqtisadi potensialı möhkəmləndirir. Bu sahədə infrastrukturun və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, viza sisteminin sadələşdirilməsi artımı təşviq edir. Turist axını həm də valyuta gəlirlərinin artımı deməkdir. Cari ildə tursizm sektoru üzrə gəlirlərin 2,5 milyard dollara kimi çatması istisna olunmur. Bütün bu sadalananlar deməyə əsas verir ki, bu gün dövlətin turizm sahəsinə qoyduğu sərmayə öz bəhrəsini verir. Qurulan infrastruktur Azərbaycanı getdikcə daha da cəlbedici edir. Bu gedişlə, şübhəsiz ki, Azərbaycan dünyanın ən çox turist cəlb edən ölkələrindən birinə çevriləcək. Təbii ki, bu da ölkənin iqtisadiyyatının yüksəlməsinə, xüsusən də xidmət sektorunun inkişafına mühüm təkan verəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ