Cümə günü, 16 oktyabr 2026
     

Prezidentin fevral qərarı, bankların yanlış kursu – problemli kreditlər yeni artımda...

Image


Ölkədə həyata keçirilən islahatlar fonunda hökumətin atdığı mühüm addımlardan biri də problemli kreditlərin həlli ilə bağlıdır. Çünki belə kreditlərlə bağlı yaranan məsələnin həlli bankların iqtisadiyyatda iştirak payını artırır və iqtisadi inkişafı sürətləndirir. Kredit probleminin həlli istiqamətində hökumətin atdığı addımlar fonunda banklardan əsas gözləntisi isə onların real iqtisadiyyatda xüsusi çəkisinin artması ilə bağlıdır. Amma görünən budur ki, banklar hələ də hökumətin bu istiqamətdə onlara etdiyi güzəşt və yardımları düzgün qiymətləndirə bilmir.

Bu barədə danışmazdan öncə xatırladaq ki, bu il fevralın 28-də ölkə başçısı problemli kreditlər məsələsinin həllilə bağlı fərman imzalayıb. Həmin fərmanla vətəndaşların banklardakı 10 min dollaradək problemli kreditlərinin qapanması üçün dövlət büdcəsindən 700 milyon manatdan artıq vəsait ayrılıb. Həmçinin, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə güzəştli kredit verilməsi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılan kreditin hesabına onların müraciəti əsasında 215 milyon dollar dəyərinədək xarici valyutada ifadə olunub, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar verilməsi reallaşdırılıb. Bütün bunların əsas məqsədi problemli kreditlərin həlli istiqamətində əsaslı dönüş etmək, bankların iqtisadiyyatda rolunu gücləndirmək, eləcə də vətəndaşların bu sahədə çətinliklərinin aradan qaldırılmasına nail olmaq idi. Amma görünən həm də budur ki, banklar dövlətin bu jestini hələ dəlayiqincə qiymətləndirə bilmir.

Məsələ burasındadır ki, banklar hələ də real sektordan uzaq qaçırlar. Eyni zamanda, onların əvvəlki kimi istehlak kreditinə meyllənməsi yenidən problemli kreditlərin artmasına rəvac verib. Mərkəzi Bankın açıqladığı məlumatlardan aydın olur ki, ötən ildən etibarən ev təsərrüfatlarına verilən istehlak kreditlərinin həcmi artır. Hesablamalar göstərir ki, cari ilin 8 ayında belə kreditlər təxminən 11 faiz artıb. Halbuki, hökumətin xüsusi maraqlı olduğu biznes kreditləri, real sektorda kreditlərdə artım qeydə alınmayıb. Bu vəziyyət yenidən proğblemli kreditlərin artımına rəvac verir. Mərkəzi Bankın məlumatına əsasən, artıq ölkədə vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 milyard 491,3 milyon manat təşkil edib. Bu, avqustun 1-i ilə müqayisədə 0,3% çoxdur. Ümumiyyətlə, problemli kreditlər iyul ayından bəri yenidən artım nümayiş etdirir. Avqustun sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,8% olub. Hökumətin müdaxiləsindən sonra problemli kreditlərin həcmi azalsa da, indi bankların kredit siyasəti əvvəlki kimi artıma rəvac verir. Belə vəziyyət həm bankların özləri, həm də iqtisadiyyat üçün ciddi təhdidlər yaradır. Halbuki, dövlət tərəfindən həyata keçirilən tədbirlərin əsas hissəsi ona yönəlib ki, banklar daha çox real sektorla işləsinlər. Yəni banklar sahibkarlara vəsait versinlər, daha çox qeyri-neft sektoruna investisiya yatırsınlar. Amma reallıq budur ki, banklar sahibkarlıq subyektlərinə müəyyən qədər vəsait versələr də, daha çox yüksək faizlə kredit verməkdə maraqlıdırlar. Bunun üçün ən yaxşı bazar sırf istehlak kreditləridir. Elə bundan irəli gəlir ki, son dövrlər istehlak kreditlərinin həcmi ümumi iqtisadiyyata qoyulan kreditlərin həcmi içərisində 40 faizi ötmək üzrədir. Yəni banklar daha çox vəsait əldə etmək üçün istehlak kreditləşməsinə yönəlirlər. Ekspertlər bildirir ki, bankların yenidən istehlak kreditlərinə maraq göstərməsi ciddi təhdidlər yaradır. İlk növbədə ona görə ki, bu, real sektorun kreditlərə olan tələbinin ödənilməsinə imkan vermir. Digər tərəfdən, istehlak kreditləri problemli kreditlərin artımının əsas mənbəyi sayılır. Ona görə də istehlak kreditlərinin həcminin artması risqlidir. Bu zaman banklar həm də xarici şoklara reaksiya verə bilmir, əhalinin gəlirlərinin strukturunda dəyişiklik baş verdiyi halda problemli kreditlərin həcminin artması müşahidə olunur.

Real vəziyyətdə tədqiqatlar həm də onu göstərir ki, problemli kreditlərin həcminin artmasında bankların məsuliyyəti indi daha çoxdur. Belə ki, Mərkəzi Bank kreditlərin verilməsi ilə bağlı sistemi elektronlaşdırıb. Hər bir kommersiya bankı həmin sistemə daxil olaraq, orada olan məlumat əsasında kredit vermək barədə qərar qəbul edir. Təəssüf ki, kommersiya banklarında bu prinsiplər gözlənilmədiyi üçün kreditin qaytarılması ilə bağlı çətinlik və problemlər yenidən artır. Digər tərəfdən o da faktdır ki, problemli kreditlərin yaranmasının başqa bir səbəbi kredit faizlərinin yüksək olmasıdır. Yəni vətəndaş kredit götürür, amma faizlər yüksək olduğu üçün həmin krediti müəyyən müddətdən sonra geri qaytarmaq mümkün olmur. Bu baxımdan faizlərin yüksək olması heç də kommersiya banklarının gəlir imkanlarını artırmır, əksinə, problem həcminin artmasına səbəb olur. Düzdür, vətəndaşların da problemli kreditlərin böyüməsində rolu var. Belə ki, bəzi vətəndaşlar öz ödəmə qabiliyyətini yoxlamadan kredit alırlar. Amma əsas məsuliyyət birbaşa bankların üzərinə düşür. Məsələnin həlli üçün hesab edilir ki, ilk növbədə Mərkəzi Bankın istehlak kreditləri üzrə ehtiyat normasına yenidən baxması və ehtiyat norması ilə bağlı şərtlərin daha da ağırlaşdırılması məqsədəuyğun olardı. Eləcə də bankların faiz dərəcələrini azaltması üçün addımlar atılmalıdır. Əks təqdirdə problemli kreditlər məsələsi yenidən böyük problemə çevriləcək. Xatırladaq ki, belə kreditlər, eləcə də kredit faizləri məsələsi dəfələrlə iqtisadçılar, maliyyəçilər tərəfindən qaldırılıb, parlamentdə də bu məsələ gündəmə gətirilib. Amma görünən budur ki, inzibati tədbirlər olmadan banklar müvafiq addımlar atmağa tələsmir. O səbəbdən inzibati tədbirlər mexanizminin yaxın tezlikdə hazırlanıb icraya yönəldilməsi vacib sayılır.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ