Cümə günü, 16 oktyabr 2026
     

Problemli kreditlərin həllindən sonra da bank sektorunda vəziyyət dəyişmədi…

Image


Cari ilin əvvəlində fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzalanan fərmandan sonra problemli kreditlərin həcmi azaldı. Məlumdur ki, həmin ərəfəyə qədər ölkədə problemli kreditlərin həcmi 1 milyard 620 milyon manat idi və bu, kredit portfelinin təxminən 14 faizini təşkil edirdi. Eyni zamanda,  problemli kreditlərin həcminin çox olması ilə yanaşı, kredit portfelindəki payının çoxalması da müşahidə olunur. Nəzərə alaq ki, beynəlxalq praktikada, adətən, problemli kreditlərin kredit portfelindəki payı təqribən 5 faizə yaxın olur. Hətta inkişaf etmiş ölkələrdə bu, 3 faizə yaxındır.

Azərbaycanda isə bu göstərici ikirəqəmli idi. Bu baxımdan 2015-ci ildən problemli kreditlərin həcmində müşahidə edilən artımlar, eləcə də kredit portfelinin kiçilməsi, nəticə etibarilə, problemli kreditlərin kredit portfelində payının artmasına gətirib çıxarıb.

Problemli kreditlərlə bağlı Azərbaycan Prezidentinin məlum fərmanının icrası devalvasiya nəticəsində bank sektorunun və vətəndaşların boynundan asılan “problemli kredit yükü”nü həll etdi. Bu fərmandan sonra bank sektorunun vəziyyətinin yaxşılaşması gözlənilirdi. Hətta belə bir fikir vardı ki, fərmanın icrasından sonra Azərbaycanda bank sahəsi yenindən canlanacaq. Maraqlıdır, hazırda həmin canlanma hiss edilirmi?

  • “AtaBank”: “Hazırda “AtaBank”ın sağlamlaşdırılması istiqamətində müəyyən işlər görülür”

“AtaBank”ın ictimaiyyətlə əlaqələr şöbəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, fiziki şəxslərin problemli kreditlərinin həll olunması ilə bağlı imzalanan fərmandan sonra bankın vəziyyəti nisbətən yaxşılaşıb: “Hazırda “AtaBank”ın sağlamlaşdırılması istiqamətində müəyyən işlər görülür”.

  • "AccessBank" -  İlkin Əhmədov: “Məlum fərman, sözsüz ki, ümumilikdə, bütün sektora, o cümlədən, bu sektorun aparıcı oyunçularından biri olan “AccessBank”a müsbət təsir etdi”

"AccessBank"ın  PR meneceri İlkin Əhmədov qəzetimizə açıqlamasında qeyd etdi ki, ölkə başçısının müvafiq fərmanı, sözsüz ki, ümumilikdə, bütün sektora, o cümlədən, bu sektorun aparıcı oyunçularından biri olan “AccessBank”a müsbət təsir etdi: “Bundan öncə də “AccessBank”ın rəhbər şəxsləri öz çıxışlarında bu fərmanı ölkə rəhbərliyinin indiyədək reallaşdırdığı ən önəmli sosial layihələrdən biri kimi qiymətləndirib. Çünki fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Prezident 800 min nəfərin kredit problemini birdəfəlik həll etdi. Dövlət başçısı bu fərmanı fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzalayıb. Şübhəsiz ki, Prezident burada bank sektorunun maraqlarını da nəzərə alıb. Bunun üçün banklara 682 milyon manatadək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilib. Ölkə başçısı problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoyub, əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə alıb. Bu fərmanın icrası yüz minlərlə insanın güzəştdən istifadə etməsinə şərait yaratdı. Bu mühüm addım vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır”.

  • Pərviz Heydərov: “Bank sektorunda müsbət meyllər artıq bir müddətdir müşahidə edilir”

İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, bank sektorunda müsbət meyllər artıq bir müddətdir müşahidə edilir. Problemli kreditlərin həll olunması buna şübhəsiz ki, əlavə dinamika verməli idi. Lakin bu, belə qısa müddətdə özünü göstərə bilməz. Sadəcə olaraq, banklar bu dəfə köhnə səhvlərini təkrar etməməlidirlər. Əsas fəaliyyət yenə də istehlak kreditləri üzərində köklənəcəksə, bank sektorundakı canlanma sabun köpüyü effekti daşıyacaq. Odur ki, buna yol verilməməlidir: “Bundan əlavə, bankların təklif etdikləri kreditlər üzrə faiz dərəcələri yüksəkdir. Bu vəziyyət dəyişməz olaraq qalır. Açıq deyim, ölkəmizdə banklar kreditləşdirmə fəaliyyəti ilə deyil, sələmçiliklə məşğul olublar və məşğul olmaqda da davam etmək istəyirlər. Ümumiyyətlə, bankların canlanması üçün real sektor da inkişaf etməlidir. Bunsuz mümkün deyil. Burada risq səviyyəsi olduqca yüksəkdir. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bunu tədricən aradan götürməyə imkan verəcək. Odur ki, bank sektorunun sağlam inkişafı yalnız bununla bərabər mümkündür”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ