Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan dünyanın ən güclü ixracatçı ölkələri sırasında – Ermənistan və Gürcüstan siyahıdan çıxarıldı

Image


Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və onun nəticələri beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Müxtəlif təşkilatların hazırladığı hesabatlardan belə bəlli olur ki, bu islahatlar Azərbaycanda iqtisadi yüksəlişi daha intensiv hala gətirməkdə, onun ixrac potensialını yüksəltməkdə, xüsusən də qeyri-neft sektorunun inkişafına mühüm təkan verməkdədir. Bu xüsusda ona da diqqət çəkilir ki, həyata keçirilən işlər Azərbaycanı tədricən ixracatçı ölkəyə çevirir. Bu xüsusda Amerikanın "HowMuch" reytinq agentliyi də ölkəmizdə görülən işləri yüksək qiymətləndirir.

Qeyd edək ki, agentlik dünyanın ən iri ixracatçı ölkələrinin siyahısını dərc edib. Siyahıda Azərbaycanın da adı var. Açıqlanan nəticələrin xidmət sahəsinə deyil, əmtəəyə aid olduğu xüsusi vurğulanır. Analitiklərin sözlərinə görə, ixrac beynəlxalq ticarətin əsas aspektlərindəndir. Dünya ölkələri resurs və əmtəələrini satışa çıxarmaqla iqtisadiyyatlarını möhkəmləndirirlər. Dünya iqtisadiyyatında ixrac üzrə liderlik edən ölkələr sırasında isə, əvvəlki kimi, birinci yerdə Çin gəlir. 2018-ci ildə ölkə 2,5 trilyon dollarlıq əmtəə ixrac edib. ABŞ ikinci yerdədir. Bu ölkə içki və qida da daxil olmaqla ərzaq məhsulları, xam neft, mülki təyyarələr, avtomobil hissələri və sənaye texnikası daxil omaqla 1,7 trilyon dollarlıq məhsul ixrac edib. O da qeyd olunur ki, ABŞ və Çin arasında ticarət müharibəsi davam edir və bu da ümumilikdə dünyanın ixracat sahəsinə ciddi təsir göstərə bilər. Azərbaycanda illik ixrac dövriyyəsinin 22 milyard dollar olduğu qeyd edilir. Minimal ixrac dövriyyəsi olan ölkələr kimi Ermənistan və Gürcüstan isə siyahıdan çıxarılıb. Beləliklə, Cənubi Qafqazdan yalnız Azərbaycanın adı siyahıya daxil edilib. Bütün bu prosesdə isə ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm rol oynadığı danılmazdır.

Təkcə bu ilin altı ayında qazanılan uğurlara nəzər salmaqla buna əmin olmaq olar. Ölkə iqtisadiyyatı bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb. Ən böyük göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz mühüm nəticələr verir.  Bunu “Moodys” Beynəlxalq Reytinq Agentliyinin yaydığı hesabat da təsdiq edir. Qurum, 2016-cı ildən fərqli olaraq, qeyri-neft ixracının indi sürətlə artdığını, bunun büdcə gəlirlərinə mühüm təsir göstərdiyini bəyan edir: “Hələ neft qiymətinin 2016-cı ildə kəskin ucuzlaşması Azərbaycan manatına da təsirsiz ötüşmədi. Bu təsir nəticəsində manat dollarlaşmış bank sistemində təzyiqlə üzləşdi ki, bu da bank nəzarəti sahəsində islahatların aparılmasına, yeni makroprudensial tədbirlərin hazırlanmasına və qanunvericilik təşəbbüslərinə təkan verdi. Neft gəlirlərinin davamlılığını nəzərə alaraq iqtisadi diversifikasiya məqsədilə Azərbaycan hökuməti təşəbbüsünü yenilədi. 2016-ci ildə Azərbaycandakı durğunluğa baxmayaraq, yaxın zamanlarda qəbul edilmiş maliyyə qaydaları siyasətin proqnozlaşdırılmasını artıracaq, qeyri-neft budcə kəsirini azaldacaq”. Ümumiyyətlə, qeyri-neft sektorunun real inkişaf göstəricisi təsdiq edir ki, Azərbaycan bütün sahələrdə dayanıqlı inkişaf yolundadır. Hazırda ölkə yeni texnologiyaların tətbiqinə, iqtisadiyyatın diversifikasiyasına ciddi önəm verir. Ümumilikdə isə bütün bunlar sənayeləşmə siyasətinin çox uğurlu olduğunu təsdiq edən faktlardır. Xüsusən qeyri-neft sektorunda ixracın göstəricilərinin yüksəlməyə başlaması ölkə iqtisiadiyyatına daha böyük perspektivlər vəd edir. İndilikdə isə ölkədə həyata keçirilən iqtisadi islahatlarda daxili bazarın yerli məhsulla tam təminatı, ölkədən valyuta axınının qarşısının alınması və makroiqtisadi göstəricilərin stabilliyi hədəf kimi qoyulub. Bütün bunlar nəticələrini verir və Qafqazda Azərbaycanın lider mövqeyini gücləndirir. Yeri gəlmişkən qeyd edək ki, bu prosesdə Azərbaycan düşmən Ermənistanla müqayisədə daha sürətlə önə çıxır. Belə ki, Ermənistanın 2019-cu il büdcəsində 9 faiz, xərclərdə isə 12 faiz artım nəzərdə tutulub. Rəqəmlərlə ifadədə bu, gəlirlərin 3,1 milyard dollar, xərclərin isə 3,4 milyard dollar olması deməkdir. Ermənistanın 2019-cu ildə xarici borcu isə 7 milyard dollardan artıq olmalıdır. Azərbaycan ölkə iqtisadiyyatına cəmi 6 ayda 6,4 milyard manat sərmayə qoymağı planlaşdırıb və onun 5,7 milyard manatı artıq reallaşıb. Yəni faktiki olaraq, Azərbaycanın altı ayda iqtisadiyyata qoyduğu sərmayə Ermənistanın illik gəlirindən iki dəfə çoxdur. Onu da qeyd edək ki, bu ilin ilk altı ayı ərzində valyuta ehtiyatları 4 milyard dollar artaraq 49 milyard dollar təşkil edib! Yəni Azərbaycanın altı ay ərzində valyuta ehtiyatı Ermənistanın illik büdcə gəlirlərindən təqribən 1 milyard dollar çoxdur. Eyni zamanda xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti baxımından da Ermənistan Azərbaycandan çox geridə qalır. Xatırladaq ki, 1 iyul 2019-cu il tarixinə Azərbaycanın xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları və ya 15 milyard 164.1 milyon manat, xarici dövlət borcunun ümumi daxili məhsula olan nisbəti 19 faiz təşkil edir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Ermənistanda isə xarici dövlət borcunun ümumi daxili məhsula olan nisbəti artıq 60 faizə çatır. Qarşıdakı dövr ərzində Azərbaycanın xarici dövlət borcunun azalması, Ermənistanda isə artması proqnozlaşdırılır. Bütün bunlar Azərbaycanın Ermənistanla müqayisədə iqtisadi baxımdan da daha ön mövqedə olacağını aydın nümayiş etdirir. Ən əsası isə, qarşıdakı dövr ərzində Azərbaycan daha böyük ixracatçı ölkəyə çevriləcək. Çünki valyuta gəlirlərinin uzunmüddətli dövrdə davamlılığının təmin olunması baxımından ixrac gəlirlərinin artırılması və neftdən asılılığın azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən fəal xarici ticarət strategiyası həyata keçirilir. İxracyönümlü istehsal sahələrinə qarşılıqsız maliyyə yardımları, aşağı faizli kreditlər və digər dövləti yardımlar bu prosesə əlavə mühüm təkan verir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 10:53
Azərbaycan Jurnalistlərinin lX Qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ