Cümə günü, 16 oktyabr 2026
     

Bankların narazılıq doğuran faizlər kursunun mahiyyəti – pulu aldıqlarından bir neçə dəfə baha satırlar

Image


Dövlət tərəfindən banklara son dövrlərdə göstərilən böyük dəstəyə rəğmən, kredit faizlərinin yüksək səviyyədə qalması bu maliyyə institutlarının ölkə iqtisadiyyatının inkişafına töhfəsini əngəlləyən başlıca faktor qismində qalmaqda davam edir. Banklar əvvəlki qaydada daha çox vəsait əldə etmək üçün kredit faizlərini endirməkdən imtina edir. Bu isə fiziki şəxslərin, o cümlədən sahibkarlırın böyük əksəriyyətinin ucuz kreditlərə çıxış imkanlarını əngəlləyir. Hazırda yeni kredit götürənlər, o cümlədən sahibkarlar daim faiz dərəcələrinin yüksək olmasından şikayətlənir.

Ekspertlər qeyd edir ki, əslində, kreditlərin faizlərinin aşağı düşməsi üçün bütün amillər var. Əvvəla, yuxarıda qeyd olunduğu kimi problemli kreditlərin həlli ilə bağlı dövlət təərfindən atılan addımlar banklara böyük dəstək olub. Eyni zamanda milli valyutanın mübadilə məzənnəsi uzun müddətdir sabitdir və belə görünür hökumət bu sabitliyi yaxın dövrdə də qorumağa çalışacaq. Rəsmi inflyasiya səviyyəsi aşağı həddədir. Mərkəzi Bankın yumşaq pul-kredit siyasəti, yəni, uçot dərəcələrinin aşağı salınması, ehtiyat normalarının minimum səviyyədə olması kimi amillər də kreditlərin aşağı faizlə verilməsini stimullaşadıran faktorlar sırasında yer alır. Bankların cəlb etdikləri resursların ucuz olması da burada mühüm rol oynayır. Amma bunlara   rəğmən, kreditlərin ucuzlaşması baş vermir.  Məsələnin bu tərəfinə nəzər salan iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edir: "Hazırda Azərbaycanda kommersiya banklarının depozit portfeli ilə kredit portfeli arasında faizlər baxımından kəskin fərq var. Bankların kredit qoyuluşları 13 milyard 146 milyon manatdır, vətəndaşlardan cəlb etdiyi əmanətlərin həcmi isə 8 milyard 736 milyon manatdır. Bankların vətəndaşlardan cəlb etdiyi əmanətlər ümumi kredit qoyuluşlarının 65 faizini təşkil edib. Bu isə o anlama gəlir ki, bankların təklif etdiyi hər 100 manatdan 65 manatı vətəndaşdan cəlb edilən vəsaitlərdir". O bildirib ki, kredit faizləri ilə depozit faizləri arasında kəskin fərq var: "Aparıcı banklar manatla depozitlərə orta hesabla 7 faiz, xarici valyutada olan depozitlərə hətta 1 faizdən az dividend təklif edirlərsə, kreditlər üzrə faiz dərəcələri tamamilə fərqlidir. Milli valyutada kreditlər üzrə faiz dərəcələri 24 faizədək, bəzi banklarda 29 faizədək yüksəlir. Xarici valyutada kredit faizləri 15 faiz ətrafında dəyişir. Bu, ondan xəbər verir ki, əmanət faizləri ilə kredit faizləri arasında nəinki faiz, hətta bir neçə dəfə fərq var. Bu, o deməkdir ki kommersiya bankı bir vətəndaşdan manatla vəsaiti 7 faizlə alır, digər vətəndaşa isə həmin pulu 3 dəfə baha təklif edir".

Onun fikrincə, əslində əmanət faizləri ilə kredit faizləri arasındakı münasibətin qorunub saxlanmasına ehtiyac var: "Əmanətlər bankların cəlb etdiyi vəsaitlərin içərisində xüsusi paya malikdir. Biz təklif edirik ki, Maliyyə Bazarlarına Nəzarət Palatası inzibati deyil, tövsiyə xarakterli tədbirlər həyata keçirsin. Xüsusilə Palatanın faizlər arasında limitin müəyyən edilməsi ilə bağlı banklara tövsiyə xarakterli müraciət etməsi məqsədəuyğun olar. Çünki əmanət faizləri ilə kredit faizləri arasında fərqin hətta 2 dəfədən çox olması belə iqtisadi baxımdan izah edilə bilməz. Əslində fərq 2 dəfədən az olmalıdır. O baxımdan bunun tənzimlənməsinə ehtiyac var".

Ekspert bununla yanaşı bildirib: "Qısa müddətli dövr üçün faizlər arasında tövsiyə edilən həddin birbaşa banklara təqdim edilməsi daha məqsədəuyğundur. Amma məsələnin fundamental və strateji həlli bank sektorunda rəqabətin gücləndirilməsidir". O bildirib ki, fərqin yaranmasının əsas səbəbi bankların yenə də daha çox gəlir əldə etməyə çalışmasıdır: "Təəssüf ki, qısa müddətə daha çox gəlir əldə etmək prinsipi banklar üçün prioritet olaraq qalır. Bu da özünü kredit strukturunda göstərir. Bu gün bankların təklif etdiyi kreditlərin 43 faizi istehlak kreditləridir. 17 faizi ticarətə yönəldilən kreditlərdir. Cəmi 5,8 faizi istehsal və sənayeyə yönəldilib. Kənd təsərrüfatına yönəldilən kreditlərin həcmi ümumi kredit portfelinin 4 faizindən azdır. Bu da bankların yenə də daha yüksək faizlə istehlak kreditlərinə meyilli olmasından xəbər verir". Ekspertin sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə əmanət ilə kredit faizləri arasında bir əlaqə mövcuddur: "Çünki əmanət faizi ümumi kredit faizinin xərcini formalaşdırır. İnkişaf etmiş ölkələrdə kredit faizləri 3-5 faiz, əmanət faizləri isə 1 faiz ətrafında dəyişir. Həm əmanət, həm də kredit faizləri aşağıdır. Əmanət ilə kredit faizləri arasındakı münasibətin tənzimlənməsinə ehtiyac var. Əks halda banklar vətəndaşdan aşağı faizlə pulu cəlb edib daha yüksək faizlə kredit kimi təklif etməkdə davam edəcək". bütün bunlardan bir daha görünür ki, bankların mövcud kredit siyasəti və bu zaman müəyyən edilən fiazlərin əslində, heç bir iqtisadi əsası yoxdur. Halbuki, depozitlərin illik faiz dərəcəsi kreditlərin illik faiz dərəcəsinə birbaşa təsir göstərməlidir. Amma banklar nədənsə bunu nəzərə almır.

Bundan əvvəl banklar tərəfindən belə iddialar da səslənirdi ki,  ölkə iqtisadiyyatında risklərin yüksək olması səbəbindən faizlər yüksəkdir. Amma həyata keçrilən son islahatlar bankların bu bəhanəsini də aradan qaldırıb. İqtisadiyyatda  risklərin aşağı olması və bunun beynəlxalq maliyyə qurumları tərəfindən də bəyan edilməsi verilən kreditlərin geri qayıtma ehtimalının yüksək olmasını təsdiqləyir.  Bu səbəbdən belə vəziyyət də bankların kredit faizlərini aşağı salmasına təsir göstərməlidir. Lakin banklar yenə də faizləri aşağı salmaqdan imtina edir. Bundan əlavə son dövrlər ölkədə kredit faizlərinin aşağı salınması ilə bağlı dünyada geniş tətbiq edilən iki vacib mexanizm işə salınıb. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri yaradılıb və bu reyestr imkan verir ki, daşınmaz əmlakı olmayan sahibkarlar dövriyyə vəsaitlərini girov qismində təqdim edərək kredit ala bilsin. Digər tərəfdən kredit zəmanəti mexanizminin yaradılması da riskləri azaldan və dünyada uğurla sınaqdan çıxmış mexanizmlərdir. Bu mexanizmlərə rəğmən də banklar yüksək kredit faizləri təyin etmək siyasətindən geri çəkilmir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ