Cümə günü, 16 oktyabr 2026
     

Dünyada qızışan “valyuta müharibəsi” manata inamı artırır

Image


Dünya maliyyə bazarlarında baş verənlər artıq qlobal miqyasda yeni “valyuta müharibəsi”nin başlandığını göstərir. Həmişəki kimi isə, prosesdə əsas aktivlik ABŞ və Çinə məxsusdur. ABŞ-ın bütün etirazlarına baxmayaraq, Çinin milli valyutası olan yuanı ucuzlaşdırmaqda davam etməsinin nəticələrini isə bütün dünya, o cümlədən Azərbaycan da həssaslıqla izləyir. Çünki yaşananlar manatın gələcək məzənnəsinə də əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır.

Hazırda baş verənlər ABŞ-la Çinin “valyuta müharibəsi”ni daha da şiddətləndirəcəyini göstərir. Çünki Çin valyuğasını ucuzlaşdırır və ABŞ-ın da buna adekvat addımlar atması gözlənilir. Qeyd edək ki, Şanxay birjasında son hərrac zamanı yuanın dollara qarşı məzənnəsi 7,1425 təşkil edib. Bu da 2008-ci ildən etibarən ən aşağı həddir. ABŞ-la Çinin yeni danışıqlara başlaya biləcəyinə dair xəbərdarlıqlar da prosesə təsir göstərmir. Əksinə, yuanın bir qədər də ucuzlaşması gözlənir. Bunun ümdə səbəblərindən biri Çinin ABŞ-la ticarət savaşının dərinləşməsidir. Qeyd edək ki, ötən həftə Çin hökuməti ölkəyə idxal olunan 75 milyard dollarlıq ABŞ mallarına sentyabrın 1-dən və dekabrın 15-dən etibarən 5-10 faizlik rüsum tətbiq etmək qərarı verib. Bununla yanaşı, ABŞ soya paxlasına və neftinə 5 faizlik rüsum, avtomobillərinə isə yenidən 25 faizlik rüsum tətbiq olunacaq. Bundan sonra ABŞ prezidenti Donald Tramp 250 milyard dollarlıq Çin mallarına mövcud 25 faizlik rüsumun oktyabrın 1-dən etibarən 30 faizə, 300 milyard dollarlıq Çin idxalatına sentyabrın 1-dən tətbiq ediləcək yeni rüsumun isə 25 yox, 30 faiz həcmində təyin olunacağını açıqlayıb. Bununla yanaşı, Tramp ABŞ şirkətlərini Çindəki istehsalatı bağlamağa çağırıb. ABŞ Maliyyə Nazirliyi isə Çini “valyuta ilə manipulyasiya edən ölkə” adlandırıb. Yuanın məzənnəsinin azalması çinli ixracatçılara dünya bazarlarında qiymət üstünlüyü yaradır və ABŞ-da Çin mallarına qoyulmuş tarif hesabına yaranan ziyanı qismən yumşaldır. Çinlə Birləşmiş Ştatlar arasında ticarət müharibəsi 2018-ci ilin baharında başlanıb. O vaxt Vaşinqton bir sıra ölkələrdən, o cümlədən Çindən alüminium və polad idxalına rüsumların artırılması barədə qərar qəbul edib. “Böyük iyirmilik” ölkələrinin Buenos-Ayresdə keçirilmiş zirvə görüşündə Donald Tramp və Si Cinpin ticarət müharibəsində barışıq barədə razılığa gəlib və yeni ticarət rüsumları tətbiq edilməsini 2019-cu ilin martına qədər təxirə salmağı qərara alıblar, lakin sonrakı danışıqlar uğursuz olub. Bu fonda Çin ixracını qorumaq üçün yuanı ucuzlaşdırır. ABŞ da gələn aydan etibarən dolların ucuzlaşması üçün növbəti addım atacağını bəyan edib. Məhz bu hal “valyuta müharibəsi”nin yeni mərhələsi sayılır. Hesab edilir ki, dolların ucuzlaşması baş verərsə, dünya ölkələri onun payını ehtiyatlarında azaldacaq. Dolların daha çox qızılla əvəzlənməsi gözlənir ki, artıq bir sıra ölkələr bu istiqamətdə müvafiq addımlar atır. Xatırladaq ki, Azərbaycan da qızıl ehtiyatlarını artırır. Bu, “valyuta müharibəsi”nin mümkün mənfi nəticələrindən sığortalanmaq üçün ən yaxşı vasitə sayılır. Hazırda ölkəmizin qızıl ehtiyatları 100 tona çatır. Amma yaxın tezlikdə bu rəqəmin bir qədər də artması gözlənir. Digər tərəfdən, dolların enerji resurslarının satışında payının getdikcə azalması da ABŞ valyutası ilə bağlı daha ehtiyatlı siyasət yürüdülməsinə sövq edir.

Xatırladaq ki, ABŞ-ın dollarla təzyiq siyasəti üzündən bir sıra ölkələr enerji ehtiyatlarını digər valyutalarla satır. Bura yuan və milli valyutalar daxildir. Çin dünya neft ticarətində valyuta olaraq dolların yerini yuana vermək üçün artıq müvafiq addımlarını atıb. İran ən böyük neft tədarükçülərindən biri kimi neftini daha çox yuanla satır. Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsi artıq neftin qiymətini ABŞ dolları ilə deyil, Çin yuanı ilə hesablayır. Dövlət başçısının sözlərinə görə, bu addımın atılmasına səbəb ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalardır. Rusiyanın da prosesə qoşulması dolların mövqeyini əhəmiyyətli dərəcədə zəiflədəcək. Bu səbəbdən, Azərbaycan da daxil olmaqla, digər ölkələr ehtiyatlarında dolların payını azaltmağa məcburdur. Aydındır ki, qlobal miqyasda dollarla bağlı baş verənlər manata da təsirsiz ötüşməyəcək. Hesab olunur ki, Mərkəzi Bank tədbirlər görməsə, manat digər valyutalar qarşısında bahalaşacaq. Bundan əlavə, məsələnin Azərbaycanın valyuta ehtiyatlarına da təsiri var. Çünki valyuta ehtiyatlarının tərkibində dollar və avronun payı yüksəkdir. Hesab edilir ki, bu pulların daha çox hissəsi artıq qızılla əvəzlənməlidir. Yəni yaranmış vəziyyətdə Azərbaycan valyuta ehtiyatlarındakı dolların həcmi ilə bağlı siyasətini də yenidən nəzərdən keçirə bilər. Bunu artıq əksər ölkələr, məsələn, Rusiya, Çin, Türkiyə və digərləri edir. Onlar valyuta ehtiyatlarındakı dolları daha çox qızılla əvəzəlyir. Düzdür, burada onu da nəzərə almaq lazımdır ki, Azərbaycan valyuta ehtyiatlarını diversifikasiya edib. Bu mənada, ABŞ və Çinin ticarət savaşının valyuta ehtiatlarımıza təsiri o qədər də qorxulu həddə olmayacaq. Amma dolların zəifləməsi ilə manatın mövqelərinin güclənməsi qaçılmaz sayılır. Hesab edilir ki, inzibati müdaxilə olmasa, manat dollar qarşısında bahalaşacaq və ən azı dollar-manat nisbəti 1,5 həddinə düşəcək. Yəni 1 dollar üçün 1,5 manat ödəmək lazım gələcək. Lakin qeyri-neft sektorunda ixracın artırılması fonunda belə vəziyyət ölkəmiz üçün sərfəli sayılmır. Digər tərəfdən, dolların ticarət müharibəsi fonunda zəifləməsi neftin qiymətini də bahalaşdıra bilər ki, bu da Azərbaycanın valyuta gəlirlərinin artması demək olacaq. Hər halda, baş verənlər ölkəmiz tərəfindən xüsusi diqqətlə izlənir və müvafiq addımlar atılır. Yaranmış vəziyyətdə isə ölkə əhalisi artıq xarici valyutalarla müqayisədə manata daha çox üstünlük verməyə başlayıb. Manatlı yığımların artması, əhali tərəfindən valyuta alışının azalması da qeyd edilənlərin təsdiqi, milli valyutaya inamın artmasının real göstəricisidir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 10:53
Azərbaycan Jurnalistlərinin lX Qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ