Cümə günü, 16 oktyabr 2026
     

Dünya neft bazarında hər ötən gün Azərbaycanın dəqiq qiymət siyasəti apardığını sübut edir

Image


Dünya birjalarında neftin son dövrlərdə daha sürətlə dəyişən qiyməti bu gün təkcə hasilatçıları yox, həm də istehlakçıları ciddi narahat edir. Çünki qiymətlər az qala hər gün dəyişdiyindən, istehlakçılar da iqtisadi strategiyalarını formalaşdırmaqda, qiymət siyasətini müəyyənləşdirməkdə çətinlik çəkir. Belə görünür ki, hadisələrin qeyd edilən səpkidə inkişafı artıq ciddi narahatlıq predmetinə çevrilib. hətta iş o yerə çatıb ki, neftin qiymətinin ucuzlaşmasına ciddi diqqət ayıran ABŞ da artıq bu istiqamətdə siyasətini dəyişmək məcburiyyəti ilə üz-üzədir.

Qeyd edək ki, cari ildə mövcud qiymətlər hələlik Azərbaycan üçün hansısa təhdid yaratmır. Çünki büdcədə neftin qiyməti 60 dollardan götürülüb və il ərzində “Azeri Light” markalı neftin bir barrelinin qiyməti bundan aşağı olmayıb. Yəni Azərbaycanın qiymət siyasəti özünü doğruldur. Hazırda “Azeri Light”ın  bir barrelinin qiyməti 63 dollara yaxındır. Amma il ərzində qiymətlərin bir qədər də yüksəlməsi gözlənir. Buna əsas səbəb, yuxarıda qeyd olunduğu kimi, indi hətta ABŞ-ın belə neft sahəsində baş verənlərdən ciddi narahat olmasıdır. Real vəziyyət göstərir ki, ABŞ-ın neft hasilatında rekord qırıldığı bir vaxtda onun neft şirkətləri iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalıb. “RİA Novosti” portalı yazır ki, bu şəraitdə ABŞ hökuməti də neftin qiyməti ilə bağlı siyasətini dəyişməli olacaq: “Dünya üzrə neftə olan tələbat hasilatdan geri qalır,  hazırda tələbat hər il 1,2 faiz artır, 20 il əvvəl isə təxminən üç dəfə sürətlə artırdı. Bununla yanaşı, ABŞ-da “qara qızıl”ın hasilatı artmaqdadır, il ərzində hasilat təxminən 12 faiz (10,96 milyon bahreldən 12,45 milyon barhelə) artıb. 2020-ci ildə isə hasilatın əlavə olaraq 7,5 faiz, yəni 13,39 milyon barrelə qədər artacağı gözlənir.

Bu vəziyyət, xüsusən kiçik şist neft şirkətləri üçün təhlükəlidir. Mayda Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edib ki, şist neft şirkətlərinin rekord səviyyədə fəallığına baxmayaraq, onları qarşıda yeni bazar şoku gözləyir. Agentliyin hesablamalarına görə, 2014-2015-ci illərdə olduğu kimi, 2020-ci ilin əvvəllərində də dünya neft bazarında təklif bolluğu müşahidə ediləcək, hasilat tələbatı sutkada təxminən iki milyon barrel üstələyəcək.

Qeyd etmək lazımdır ki, şist neft yataqları adətən tez tükənir. Bu səbəbdən şist neft şirkətləri daim yeni quyular qazmalıdırlar ki, hasilatı və gəlirliliyi qoruyub saxlasınlar. Buna görə də şist neft şirkətlərinin inkişafa və səhmdarlara ödəmək üçün pulları qalmır. Digər bir yandan isə neft qiymətinin 60 dollar ətrafında var-gəl etməsi vəziyyəti daha da çətinləşdirir. Qeyd edək ki, neft qiymətləri keçən il hətta 75 dolları keçirdi.

Beynəlxalq Enerji Agentliyinin analitikləri əmindirlər ki, OPEC-in neft hasilatını aşağı səviyyədə saxlamaq səyləri kifayət etmir. Yəni qiymətlər düşməyə davam edir. Bu isə şist neft şirkətləri üçün pis xəbərdir. Qeyd edək ki, texnologiyaların inkişafı və yüksək neft qiymətləri 2010-2014-cü illərdə şist neft hasilatına sərmayə qoyuluşunda artıma səbəb olub. Lakin 2015-ci ildə “qara qızıl” kəskin şəkildə ucuzlaşıb və şist neft hasilatçıları "sağ qalmaq" üçün mübarizəyə başlayıblar. Həmin vaxt borcları ümumilikdə 70 milyard dolları keçən yüzə yaxın neft hasilatçısı bir il ərzində müflis olub.

Amerikanın "Haynes and Boone" hüquq şirkətinin hesablamalarına görə, 2015-ci ildən etibarən borcları 106 milyard dolları keçən 192 neft hasilatçısının müflisliyi qeydə alınıb. Bundan başqa, neft sənayesində xidmət göstərən 185 şirkətin də (65 milyard dollar borc ilə) müflisləşdiyi qeyd olunur. Analitiklər bütün bunlara səbəb kimi iqtisadiyyatda müşahidə olunan tənəzzülün fonunda enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasını göstərir.

Hazırda buna oxşar bir hadisə baş verməkdədir. Apreldən iyunadək "WTI" neftinin qiyməti 23 faiz düşüb. Nəticə etibarilə isə neft quyularının qazılması üzrə aparıcı şirkətlərdən biri "Weatherford" mayda müflisləşdiyini elan edib. Bundan başqa, neft və qaz axtarışı və hasilatı üzrə ixtisaslaşmış "California Resources" şirkəti də problemlərlə üzləşib. Bu sənayenin kiçik oyunçuları – "Bristow Group", "PHI", "Jones Energy" və "Rex Energy" şirkətləri isə borclarının ağırlığı altında iflasa uğrayıblar. Bu vəziyyəti sərmayədarlar düzəldə bilərdi, lakin görünür, onlar şist neft layihələrindən üz döndəriblər. "Haynes and Boone" şirkətinin analitikləri deyib: "Hələ 2015-ci ilin qiymət böhranı zamanı zərər çəkmiş bir sıra maliyyə problemli hasilatçıların sərmayədarları, çox güman ki, xam neft qiymətlərinin artmasının faydalı olacağına və vəziyyəti düzəldəcəyinə ümidlərini itiriblər". On il ərzində 40 nəhəng şist neft şirkəti bu sənayenin layihələrinə qazandığından 200 milyard dollar çox yatırıb. Minlərlə şist neft quyusu sərmayədarlara vəd ediləndən az neft hasil edir. Keçən il Uoll-Strit bu sahəyə 2017-ci ildən iki dəfə az sərmayə yatırıb. Amerikanın aparıcı "Goldman Sachs" investisiya bankı isə xəbərdarlıq edib ki, 2025-ci ilə şist neft artıq iqtisadi əhəmiyyətini itirəcək.

Sərmayələrin azalmasının səbəblərindən biri odur ki, şist yataqlarında hasilat sürətlə azalır və istehsalatı yüksək səviyyədə saxlamaq üçün şirkətlər daim yeni quyular qazmalıdır. Bu isə böyük xərclər deməkdir. Digər bir səbəb isə qazıntı zamanı ekoloji məhdudiyyətlər və ya alternativ yanacaq növlərinə keçidlə bağlıdır. Nyu-Yorkun "Matrix Asset Advisors" sərmayə şirkətinin prezidenti Devid Kats qeyd edib: "Sərmayədarlar narahatdırlar ki, neft şirkətləri pullarını tənəzzülə uğrayacaq bir sahəyə xərcləyir. Bu isə elektromobillərin və hibrid avtomobillərin populyarlığının artması ilə qaçılmaz olub". Dünya üzrə neft bolluğunun qiymətlərin düşməsinə səbəb olduğu bir şəraitdə şist neft şirkətləri daim pul itirir. Onlar yalnız səhmlərini satmaqla və yeni borclar götürməklə biznesdə qala bilir.

Uzun illər boyu ABŞ xarici neft hasilatçılarından azad olmaq arzusu ilə yaşayıb. Ölkə bu arzusuna çatıb: ABŞ-ın neft şirkətləri hazırda rekord həcmdə xam neft və qaz istehsal edir və hətta ixracatçılar sırasında liderə çevriliblər. Lakin "The New York Times" qəzetinin vurğuladığı kimi, ABŞ şirkətləri üçün bu azadlığın qiyməti həddindən artıq böyük olub”. Belə vəziyyətdə məhz neft şirkətlərinin basqısı altında ABŞ hökumətinin də qiymətləri yüksəltməyə çalışacağı tamamilə gözlənilən sayılır. OPEC+ formatının məsələyə müdaxiləsi isə qiymətlərin əhəmiyyətli dərəcədə yüksəlməsini tətikləyə bilər. Ukraynalı ekspert Aleksandr Oxrimenko hesab edir ki, hələlik OPEC dünya neft bazarında əsas oyunçudur. O qeyd edir ki, Azərbaycan da OPEC+ formatının təşəbbüskarı və iştirakçısıdır. Ekspert Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında bu təşkilatın bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın hasilat göstəricilərindən bəhs edən hesabatın müzakirə edilməsini bu xüsusda yüksək qiymətləndirir. O vurğulayr ki, Azərbaycan dünya üçün faydalı olan bu prosesin həm təşəbbüskarı, həm də fəal iştirakçısı kimi qlobal enerji təhlükəsizliyinə böyük töhfə verdiyini növbəti dəfə təsdiq etmiş oldu. Vaxtında OPEC-lə əməkdaşlıq bu mənada Azərbaycanın düzgün strategiya seçiminin nəticəsi olaraq da qiymətləndirilir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 10:53
Azərbaycan Jurnalistlərinin lX Qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ