Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın aqrar sektorunda inqilabi gediş…

Image


Aqrar sahədə uzun müddətdən bəri həllini gözləyən daha bir mühüm problem, nəhayət, dövlətin müdaxiləsi ilə həllini tapdı. Sözbət aqrar sahədə sığorta mexanizminin tətbiqindən gedir. Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

Fərmanda göstərilir ki, fond ölkədə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək. Nazirlər Kabinetinə fondun nizamnaməsini Kənd Təsərrüfatı Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq etmək tapşırılıb. Bundan başqa, "Aqrar sığorta" informasiya sisteminin əsasnaməsi, bu sistemə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların siyahısı hazırlanacaq.

Fondun ilkin nizamnamə kapitalı bir milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. O da qeyd olunur ki, dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılaraq, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Ölkələrin kənd təsərrüfatı mütəxəssislərin görüş və səfərləri, əldə edilmiş razılıqlar, təcrübə mübadilələri bu sahədə mövcud sistemləri dərinliklə öyrənməyə imkan verib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq, Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb. O da bildirilir ki, yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq, müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Sığorta şirkətlərinin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir sığorta hadisəsi baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq. Təkrarsığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin ediləcək, katastrofik fəlakətlər zamanı dövlət büdcəsinin artıq yüklənməsinin qarşısı alınacaq. Bu tədbirlər çərçivəsində etibarlı kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi qeyri-neft sektorunda ÜDM-nin artırılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və aqrar sektorun investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərmək imkanına malikdir. Nəticədə yeni aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı istehsalının davamlılığının təmin edilməsinə yönəlib.

Ekspertlər hesab edir ki, aqrar sığortanın tətbiqi fonunda kənd təsərrüfaıt məhsullarını istehsalında qarşıdakı dövr ərzində dinamik artım gözləmək olar. Məsələn, iqtisadçı ekspert Pərviz Heydərov qeyd edir ki, kənd təsərrüfatı sahəsində sığorta iqtisadiyyatın digər sahələrindən daha çox vacibdir. O bildirib ki, bu sahədə qəbul olunan qanun aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək: “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Azərbaycan Respublikası prezidentinin Fərmanı böyük əhəmiyyət kəsb edir. Qanunun girişində də yazıldığı kimi, ölkədə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək”. İqtisadçının sözlərinə görə, Azərbaycanda aqrar sığorta ümumilikdə kənd təsərrüfatının inkişafına bağlı məsələdir: “Belə ki, sığortanın müvəffəqiyyətli tədbiqi bütövlükdə aqrar sektorun inkişaf səviyyəsindən asılıdır. Çünki sığortanın əsas prinsiplərindən biri budur ki, sığorta olunan tərəfindən müvafiq ödəniş həyata keçirilsin. Son illər ərzində aqrar sahəyə xüsusi diqqət yetirilməyə başlanıb. Hökumət başa düşür ki, həm ölkənin valyuta bazarında sabitliyi qorumaq, həm ərzaq təhlükəsizliyini təmin etmək, həm də idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatı istehsalını artırmaq lazımdır. Bunun da əsas yolu aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafından keçir. Aqrar sığortanın tam effektiv tətbiqi də o zaman mümkün olacaq ki, aqrar sektorda gəlirlilik indikindən azı 2-3 dəfə yüksək olsun”.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə diqqəti ona yönəldir ki, kənd təsərrüfatında obyektiv və subyektiv risklər mövcuddur. Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi, dolu düşməsi, leysan yağması kənd təsərrüfatı məhsullarına 30-40 faiz həcmində zərər vura bilir: "Ona görə də bütün dünyada kənd təsərrüfatında aqrar sığorta sistemi tətbiq olunur. Məqsəd isə budur ki, fermerlərin il ərzindəki ziyanlarının bir hissəsi dövlət tərəfindən qarşılansın". Ekspert bildirib ki, bundan sonra növbəti addım kimi aqrar sığorta sisteminin mexanizmləri işlənəcək: "Ümumiyyətlə, aqrar hadisənin iddiaları dəqiq bilinməlidir. Yəqin ki, bununla bağlı qaydalar hazırlanacaq. Əsas iştirakçılardan biri də Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Bilirsiniz ki, maliyyə qurumları Palatanın üzvüdür. Onların koordinasiyasını həmin Palata həyata keçirir". N.Nəsirlinin fikrincə, mövcud vəziyyət ondan ibarətdir ki, hər il aqrar sığorta məqsədilə bir milyon manatdan çox vəsait ayrılır, lakin bunun cüzi hissəsi istifadə edilir: "Çünki bizdə aqrar sığorta bazarının iştirakçıları aktiv deyil. Azərbaycanda 18 sığorta şirkəti fəaliyyət göstərir, onlardan da cəmi üçü bazara aqrar sığorta alətlərini təqdim edir. Fikrimcə, bundan sonra banklara dövlət zəmanəti veriləcək. Məqsəd isə budur ki, banklar aqrar sığortanı ödəyəndə fermerdən asılı olmayan məsələlər ortaya çıxanda zərər ödənilsin".

Onu da bildirək ki, gələn ildən icraya yönəldiləcək sığorta modelində vahid fond olacaq. Bütün risqlərin maliyyələşməsi də bu fond hesabına həyata keçriləcək. Bu isə təkrar sığorta imkanları yaradacaq. Təkrar sığorta şirkətləri vahid daxılı sığortalamaqda maraqlı olacaqlar. Halbuki, onlar ayrı-ayrı sığorta şirkətlərinin üzərinə götürdüyü risqləri sığortalamaq istəmirlər. Bundan əlavə, yeni kənd təsərrüfatı sığortası modeli sığorta şirkətlərinin fermerlərlə vahid fond arasında vasitəçi funksiyası yerinə yetirərək komisyon haqqı almasını nəzərdə tutur. Sığortaçı fondun adından müqavilə imzalayır və buna görə haqq alır. Fermer sığorta haqqının bir hissəsini ödəyəcək. Qalan hissəsini dövlət subsidiya formasında ayıracaq və fonda ödəyəcək. Yəni sığorta haqqının fermerin üzərinə və dövlətin üzərinə düşən hissəsi olur və hər ikisi fonda ödənilir. Sığorta hadisəsi olduğu təqdirdə sığorta şirkətinə məlumat verilir, şirkət isə fonda məlumat verir. Hadisə üzrə müstəqil ekspert təyin olunur və o, zərərin məbləğini fonda bildirir. Fond ödənişi birbaşa fermerin bank hesabına köçürür. Məhz bu fonda fermerlərin aqrar sığortaya marağının əhəmiyyətli dərəcədə artması gözlənilir. Hesab edilir ki, belə vəziyyətdə aqrar sahədə məhsuldarlıq əhəmiyyətli dərəcədə artacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ