Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan aqrar sektordan daha çox valyuta qazanmaq ərəfəsində…

Image


Qeyri-neft sektorunun ən mühüm qollarından biri kimi aqrar sektorda məhsul istehsalının və ixracının artımı bu gün xüsusi diqqət mərkəzində yer alır. Qeyd olunan səpkidə dövlətin atdığı mühüm addımlardan biri isə fermerlərin daha çox məhsul istehsalına nail olmaları üçün onlara həm də maliyyə dəstəyi verilməsidir. Bu xüsusda ən vacib məqamlardan biri də fermerlərə subsidiyaların ödənilməsi üçün yeni qaydaların müəyyən edilməsidir.

Qeyd edək ki, Prezidentin cari ilin iyununda verilmiş “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası” təsdiqlənib. Qaydaya əsasən, 2020-ci il yanvarın 1-dən etibarən fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Artıq yeni qaydalarla bağlı fermerlərlə iş aparılır. Vəziyyətin təhlili göstərir ki, yeni subsidiya sistemi çərçivəsində fermerlər heç bir bürokratik əngəllər olmadan, elektron sistem vasitəsilə müraciət edə biləcəklər.

-Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirir ki, növbəti il üçün nəzərdə tutulan mexanizm sayəsində fermerlərin verdiyi məlumatların doğruluğunu araşdırmaq mümkün olacaq. Elektron sistem vasitəsilə aparılan müşahidə nəticəsində fermerin səhv məlumat verdiyi məlum olarsa, onun səhvi təqribən 5 faizədək olduqda bağışlanacaq. Agentliyin sədri bununla bağlı xüsusi meyarların da müəyyən olunduğunu diqqətə çatdırıb. Belə ki, səhv məlumatlar 50 faizi keçdikdə cari il və növbəti il üçün həmin fermerin torpağına subsidiya verilməyəcək. Bu mexanizmlər bəzi fermerləri bu cür neqativ hallardan qaçırmaq məqsədi daşıyır. Eyni zamanda, görülən tədbirlər artıq məhsulun istehsalının real həcmini də tam müəyyən etməyə imkan verəcək. Bu mənada, yeni subsidiya sisteminin böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.

Şübhəsiz ki, burada həm də ən əsas məqamlardan biri fermerlərin dövlət dəstəyini almasının asanlaşmasıdır. İndiyə qədər olan qaydalarda fermerlər il ərzində subsidiyanın alınması ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edirdilər. Bu da, təbii ki, daha çox prosedur deməkdir. Bəzi hallarda fermerlərin subsidiyalara əlçatanlığının təmin edilməsində çətinliklər olurdu. Yeni mexanizm birmənalı şəkildə imkan verir ki, fermerlər subsidiyanın alınması üçün elektron müraciət etsinlər. Bu da fermerlərin daha qısa zamanda subsidiya almasına imkan verəcək. Belə ki, fermerlərin müraciətləri müvafiq agentlik tərəfindən baxılaraq subsidiyanın verilməsi ilə bağlı qərar qəbul ediləcək. Növbəti ildə isə fermerin müraciətində dəyişiklik olmayacaqsa, onun yenidən müraciət etməsinə ehtiyac qalmayacaq. Məlumatlar elektronlaşdırılacaq, “Elektron hökumət” portalına inteqrasiya olunacaq. Bu da fermerin yenidən müraciətinə zəmin yaratmayacaq. Digər vacib məqamlardan biri aqrar sektorda istehsalın təşviq edilməsi, istehsalın regionlar və məhsullar üzrə təşviqinə nail olunmasından ibarətdir. Qaydalara əsasən, əkin və məhsul əmsalları tətbiq olunacaq, bu da baza qiymətinə vurularaq əkinçilik və məhsul istehsalına görə veriləcək subsidiyanın məbləği müəyyənləşdiriləcək. Bu zaman regionlar və məhsul istehsalı əsas amil kimi götürüləcək. Məqsəd bir sıra istehsal üzrə ixtisaslaşmış regionlarda məhsul istehsalına daha çox subsidiyanın verilməsinin həyata keçirilməsidir. Bu da, təbii ki, həmin regionlarda ənənəvi və ixtisaslaşmış məhsul istehsalının genişləndirilməsinə imkan verəcək. Bu həm də məhsul istehsalının daxili bazara və ixrac imkanlarına uyğun olaraq təşviq edilməsinə şərait yaradacaq. Çünki əvvəllər bəzi hallarda bir sıra məhsullar üzrə daha çox məhsul istehsal olunurdu, həmin məhsulların satılmasında problem yaranırdı, qiymət isə kəskin enirdi ki, bu da fermerlərin gəlirliliyinə mənfi təsir göstərirdi. Eyni zamanda, bəzi məhsullar az istehsal olunurdu, həmin məhsulların qiyməti yüksək olurdu. Subsidiyaların verilməsi imkan yaradacaq ki, disbalansın aradan qaldırılmasına nail olunsun. Bu, məhsul istehsalının həm növ, həm də regionlar üzrə təşviqinə imkan verəcək.

Ən əsas məqamlardan biri də budur ki, monitorinq mexanizmləri də kifayət qədər gücləndiriləcək. Bu, subsidiyanın verilməsində şəffaflığın artırılması baxımından vacibdir. Yeni monitorinq mexanizmlərinin tətbiqi zamanı məlumatın uzlaşdırılması həyata keçiriləcək, prosesdə şəffaflığın təmin edilməsinə nail olunacaq. Yeni qaydalar həm də fermerlərin kooperasiyalar formasında fəaliyyət göstərməsini təşviq edir. Belə ki, 50 hektardan artıq sahəyə malik olan fermerlər 10 faiz çox subsidiya alacaqlar. Bu da fermerlərin kooperativlər formasında fəaliyyət göstərməsini təşviq edən məqamlardan biridir, eyni zamanda, xərcin azaldılması və məhsul istehsalının genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda qaydalar subsidiyanın aqrar məqsədlə alınan kreditin ödənilməsi üçün də yönəldilməsinə imkan verir. Əgər fermerin aqrar krediti varsa, həmin razılaşma ilə subsidiyanın kreditin qaytarılmasına yönəldilməsi mümkündür. Bütün bunlar fonunda aqrar sahədə yeni bir vəziyyətin yaranması gözlənir. Belə vəziyyət ölkədə aqrar sahədə daha böyük həcmdə məhsul istehsal edilməsini istisna etmir. Aydındır ki, bu hal da öz növbəsində aqrar sahədə ixracın artiımına rəvac verəcək. Bu gedişlə aqrar sahə üzrə valyuta gəlirlərinin yüz milyonlarla dollar həcmində olması gözlənilir. Başqa sözlə, aqrar sektor Azərbaycana valyuta gətirən əsas sahələr sırasında yer alacaq.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ